Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-526/2020 25.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X4, Şəxs-nin nümayəndəsi X5 iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş Şəxs X1 barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 11000-1321/20 saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş Şəxs X1 barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 11000-1321/20 saylı inzibati xəta haqqında protokoladan müəyyən olunur ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (Vöen **********) tərəfindən xx.xx.2019-cu il tarixli 16/12/19 saylı müqavilə əsasında xx.xx.2019-cu il tarixli, **********5707 sorğu nömrəli gömrük bəyannaməsi üzrə çəkisi 150 kq, dəyəri 600 ABŞ dolları olan “Tütün” yükü rəsmiləşdirilərək Gürcüstan Respublikasında yerləşən “MRK” şirkətinin ünvanına ixrac edilmişdir. Şəxs tərəfindən ixrac edilən yükün dəyəri 600 (altı yüz) ABŞ dolları olan valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. Bu əmələ görə Azərbaycan Respublikası Maliyyə X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ehtimalına görə xx xxxxxxxx 2020-ci il tarixli, 11000-1321/20 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X6 izahat verərək göstərdi ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (Vöen **********) tərəfindən xx.xx.2019-cu il tarixli 16/12/19 saylı müqavilə əsasında xx.xx.2019-cu il tarixli, **********5707 sorğu nömrəli gömrük bəyannaməsi üzrə çəkisi 150 kq, dəyəri 600 ABŞ dolları olan “Tütün” yükü rəsmiləşdirilərək Gürcüstan Respublikasında yerləşən “MRK” şirkətinin ünvanına ixrac edilmişdir. Şəxs tərəfindən ixrac edilən yükün dəyəri 600 (altı yüz) ABŞ dolları olan valyuta vəsaiti bəyan edildiyi gündən180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. Buna görə də Şəxs barəsində İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Hesab edir ki, protokol əsaslıdır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şəxs-nin nümayəndəsi X7 izahat verərək göstərdi ki, o, Şəxs-nin müdiridir. Şəxs tərəfindən xx.xx.2019-cu il tarixli 16/12/19 saylı müqavilə əsasında xx.xx.2019-cu il tarixli, **********5707 sorğu nömrəli gömrük bəyannaməsi üzrə çəkisi 150 kq, dəyəri 600 ABŞ dolları olan “Tütün” yükü rəsmiləşdirilərək Gürcüstan Respublikasında yerləşən “MRK” şirkətinin ünvanına ixrac edilmişdir. Şəxs tərəfindən ixrac edilən yükün dəyəri 600 (altı yüz) ABŞ dolları olan valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. Protokolda göstərilən inzibati xətanı qəbul edir. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, tərtib edilmiş inzibati xəta haqqında protokolu nəzərdən keçirib və onlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs X1 Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və bu səbəbdən də cəmiyyətə həmin maddədə nəzərdə tutulmuş cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə X3 tərəfindən Şəxs X1 barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 11000-1321/20 saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (Vöen **********) tərəfindən xx.xx.2019-cu il tarixli 16/12/19 saylı müqavilə əsasında xx.xx.2019-cu il tarixli, **********5707 sorğu nömrəli gömrük bəyannaməsi üzrə çəkisi 150 kq, dəyəri 600 ABŞ dolları olan “Tütün” yükü rəsmiləşdirilərək Gürcüstan Respublikasında yerləşən “MRK” şirkətinin ünvanına ixrac edilmişdir. Şəxs tərəfindən ixrac edilən yükün dəyəri 600 (altı yüz) ABŞ dolları olan valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. və bu əmələ görə Azərbaycan Respublikası Maliyyə X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi qənaətinə gəlinmişdir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsində deyilir ki, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 483-cü maddəsinə əsasən Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (Vöen **********) tərəfindən xx.xx.2019-cu il tarixli 16/12/19 saylı müqavilə əsasında xx.xx.2019-cu il tarixli, **********5707 sorğu nömrəli gömrük bəyannaməsi üzrə çəkisi 150 kq, dəyəri 600 ABŞ dolları olan “Tütün” yükü rəsmiləşdirilərək Gürcüstan Respublikasında yerləşən “MRK” şirkətinin ünvanına ixrac edilmişdir. Şəxs tərəfindən ixrac edilən yükün dəyəri 600 (altı yüz) ABŞ dolları olan valyuta vəsaiti bəyan edildiyi gündən180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər diqqətəlayiq halları nəzərə alaraq, Şəxs X2 Azərbaycan Respublikasının İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş valyuta vəsaiti, yəni 600 ABŞ dolları məbləğinin 30 (otuz) faizi miqdarında inzibati cərimə növündə (qərarın icra olunduğu günə manata məzənnəsi üzrə) inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə də, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini tələblərini rəhbər tutaraq, Qərara aldı: Şəxs X2 Azərbaycan Respublikasının İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş valyuta vəsaiti, yəni 600 ABŞ dolları məbləğinin 30 (otuz) faizi (qərarın icra olunduğu günə manata məzənnəsi üzrə) miqdarında inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-526/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-526/2020
25.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver