Məhkəmə qərarları › İş №3(075)-534/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-534/2020

16.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-534/2020 16.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Şəki ŞRPŞ-nin Sarıca PB-nin, polis sahə rəisi, polis leytenantı X1 iştirakı ilə, xx xxxxxxx 1974-cü il tarixdə Şəki rayonu, Böyük Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Şəki rayonu, Böyük Dəhnə kəndində qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-nin Sarıca PB-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə Protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə ucadan səs-küy salaraq, nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin Sarıca PB-nin, polis sahə rəisi, polis leytenantı X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 20:40-da Şəki ŞRPŞnin Sarıca PB-nin növbətçi hissəsinə Şəki rayonu Böyük Dəhnə kənd sakini X4 tərəfindən daxil olmuş şikayət əsasında saat 21:00-da Şəki ŞRPŞ-nin Sarıca PB-nin əməliyyat müvəkkili, polis leytenantı Cavid Əzizli, Şəki ŞRPŞ-nin Sarıca PB-nin sahənin polis nəfəri, polis serjantı Məmədov Eminlə birlikdə şikayət olunan Şəxs yaşadığı ünvana getmişlər. Orada olarkən Şəxs sərxoş halda X3 ailə üzvlərini nalayıq söyüşlərlə təhqir etmiş, polis əməkdaşları ondan bu hərəkətlərini dayandırmasını tələb etdıkdə isə küçədə onlara qarşı uca səslə, qışqıraraq nalayiq söyüşlər söymüş, polisin qanuni tələblərindən yayınaraq əlqol hərəkətləri ilə tabesizlik göstərmişdir. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, əvvəllər Rusiya Federasiyasında yaşamış və orada soyğunçuluq etdiyinə görə 5 il, 8 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bundan başqa Şəki rayon məhkəməsinin qərarları ilə əvvəllər bir neçə dəfə inzibati tənbeh edilərək həm cərmə həm də inzibati həbs olunmuşdur. Bu zamanadək ailə qurmamışdır. Hazırda balaca qardaşıgillə birlikdə yaşayır. Dərt-səri ilə əlaqədar tez-tez spirtli içki qəbul edir. xx xxxxxxxx 2020-ci il tarixdə sərxoş halda evə gəlmiş və evdə qardaşı qızından televizorun pultunu istəmişdir. Qardaşı qızı pultu vermədiyindən ona yüngül sillə vurmuş və pultu ondan almışdır. Buna görə qardaşı arvadı ona yaxınlaşaraq öz iradını bildirmiş və bu barədə evdə olmayan qardaşı Eynura zəng vurmuşdur. Bundan sonra qardaşı evə gələrək onun üstünə qışqırmışdır. Bundan sonra isə polis əməkdaşları onların evinə gəlmişdir. Bu zaman o, içkili olduğundan bir az səs-küy salmışdır. Səs-küydən qonşuları da çölə çıxmışlar. Daha sonra isə polis əməkdaşları onu polis bölməsinə gətirmişlər. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 20:40-da Şəki ŞRPŞ-nin Sarıca PB-nin növbətçi hissəsinə Şəki rayonu Böyük Dəhnə kənd sakini X4 tərəfindən daxil olmuş şikayət əsasında saat 21:00-da Şəki ŞRPŞ-nin Sarıca PB-nin sahənin polis nəfəri, polis serjantı Məmədov Eminlə birlikdə şikayət olunan Şəxs yaşadığı ünvana getmişlər. Orada olarkən Şəxs sərxoş halda X3 ailə üzvlərini nalayiq söyüşlərlə təhqir etmiş, onlar həmin şəxsdən bu hərəkətlərini dayandırmasını tələb etdikdə isə küçədə onlara qarşı uca səslə, qışqıraraq nalayiq söyüşlər söymüş, onların qanuni tələblərndən yayınaraq əl-qol hərəkətləri ilə tabesizlik göstərmişdir. Həmin vaxt qonşular hadisə olan həyətə daxil olmasalar da küçəyə yığışmış və Seymurun bütün hərəkətlərini görmüşlər. Seymur bərk sərxoş olmuş, hətta onları da nəlayiq söyüşlərlə təhqir etmişdir. Onu PB-nə dəvət etsələr də getməkdən imtina etmiş və onlara tabesizlik göstərmişdir. Daha sonra kömək çağıraraq Seymuru polis bölməsinə gətirməyə müvəffəq olmuşlar. Əlavə olaraq göstərdi ki, Şəki rayonu, Böyük Dəhnə kəndi onun xidmət etdiyi əraziyə aid olduğundan Seymuru yaxşı tanıyır. Belə ki, Seymur əvvəllər məhkumluq həyatı yaşamış, həmçinin bir neçə dəfə inzibati qaydada tənbeh olunmuşdur. Bundan başqa o, demək olar ki, hər gün kənddəki “Zirvə” şadlıq sarayının qarşısında duraraq içki içir, gəlib-gedənə söz ataraq kənd camaatını narahat edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 da şahid X7 ilə eyni məzmunlu ifadə verdi. İşdə olan xx xxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 21:00-da inzibati qaydada tutulmuşdur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı, və Şəki ŞRPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli inzibati qaydada tutulduğu xx xxxxxxxx 2020-ci il saat 21:00-dan hesab edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar