Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-535/2020 28.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Ərizəçi X2 iştirakı ilə, Ərizəçi X2 Oğuz rayonu Yol patrul xidməti inspektoru, polis serjantı X5 tərəfindən barəsində tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X4 ərizə ilə məhkəməyə müraciət edərək, Oğuz rayonu Yol patrul xidməti inspektoru, polis serjantı X5 tərəfindən barəsində tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini, Oğuz rayonu Yol patrul xidməti inspektoru, polis serjantı X5 barəsində təqdimat çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarından şikayət verilmiş şəxs Oğuz rayonu Yol patrul xidməti inspektoru, polis serjantı X5 məhkəmə iclasına gəlməmişdir. Sədrlik edən qərarından şikayət verilmiş şəxs Oğuz rayonu Yol patrul xidməti inspektoru, polis serjantı X3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçi X4 bildirdi ki, onun barəsində Oğuz rayonu Yol patrul xidməti inspektoru, polis serjantı X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə xx xxxxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Oğuz rayonu Yol patrul xidməti inspektoru, polis serjantı X5 tərtib etdiyi xx xxxxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda göstərmişdir ki, o, guya xx xxxxxxxx 2020-ci il tarixdə, saat 11:41 radələrində inzibati xəta törətmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş qərar qanunsuz olduğundan ləğv edilməlidir. O, heç bir inzibati xəta törətməmiş, heç bir qanuni əsas olmadan Oğuz rayonu Yol patrul xidməti inspektoru, polis serjantı X5 tərəfindən saxlanılmışdır. Belə ki, o, dönmə əməliyyatı aparmamışdan əvvəl işıq cihazını yandırmış, lakin sonradan sönmüşdür. Ona görə dönmə əməliyyatı apararkən yenidən işıq cihazını yandırmışdır. Bütün bunları nəzərə alaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ərizəçini dinləyib iş materiallarını tədqiq edərək onlara birlikdə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 rayonu Bayan kəndi ərazisində xx xxxxxxxx 2020-ci il tarixdə, saat 11:41 radələrində «Ford Transit yük-sərnişin» markalı, **- SM-*** dövlət nömrə nişanlı avtomobili ilə işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmuşdur. İş materiallarına əlavə edilmiş video görüntüdən görünür ki, «Ford Transit yüksərnişin» markalı, **-SM-*** dövlət nömrə nişanlı avtomobil Oğuz rayonu Bayan kəndi ərazisində hərəkətdə olarkən yolayırıcına çatmamış, müəyyən olunmuş məsafədə dönmə işıqlarını yandırmalı olduğu halda dönmə əməliyyatını həyata keçirdikdən və polis əməkdaşı tərəfindən “saxla” işarəsi verildikdən sonra işıq cihazlarından istifadə etmiş, beləliklə, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərdən X2 qeyd olunan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə otuz manat məbləğində cərimə edilir. Ərizəçi X2 məhkəməyə təqdim etdiyi ərizəsində Oğuz rayonu Yol patrul xidməti inspektoru, polis serjantı X5 tərəfindən barəsində tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın tərtib edilməsinə yetərli əsas və sübutun olmadığını bildirməsi, qeyd olunan vaxt işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmadan hərəkətini davam etdirməsi işə əlavə edilmiş materiallarla öz təsdiqini tapmır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən və video görüntüdən qeyd olunan tarixdə X2 idarə etdiyi avtomobilin dönmə əməliyyatı yerinə yetirərkən işıq cihazından istifadə etmədən hərəkətini davam etdirməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinin tələblərini pozması öz təsdiqini tapır. Məhkəmə ərizəçinin qeyd olunan qərarın qanunsuz və əsassız olması qeyd etməsi barədə ifadələrini inzibati məsuliyyətdən yaxa qurtarmaq cəhdləri kimi qiymətləndirir. X2 dönmə əməliyyatı aparmamışdan əvvəl işıq cihazını yandırması, lakin sonradan sönməsi, ona görə dönmə əməliyyatı apararkən yenidən işıq cihazını yandırmasının avtomobilin iş prosesi olması barədə fikirlərinə münasibətdə məhkəmə qeyd edir ki, avtomobil real dönmə əməliyyatını icra etdiyi zaman dönmə əməliyyatını bildirən işıq cihazı yanılı olmalı idi. Ərizəçi X2 şikayət ərizəsində qeyd etdiyi Oğuz rayonu Yol patrul xidməti inspektoru, polis serjantı X5 tərəfindən barəsində tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olması ilə bağlı müddəalar öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, X2 Oğuz rayonu Yol patrul xidməti inspektoru, polis serjantı X5 tərəfindən barəsində tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi ilə bağlı ərizəsi təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-52, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Oğuz rayonu Yol patrul xidməti inspektoru, polis serjantı X5 tərəfindən barəsində tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi ilə bağlı ərizəsi təmin olunmasın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-535/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-535/2020
28.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver