Məhkəmə qərarları › İş №3(075)-536/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-536/2020

18.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-536/2020 18.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X6 oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1972-ci il tarixdə Şəki rayonu Baltalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əlilliyi olmayan, il ərzində inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi əməklə məşğul olan, Şəki rayonu Baltalı kəndində yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs narkotik vasitə olan marixuana qəbul edərək Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs narkotik vasitə narkotik vasitə olan marixuana qəbul etmişdir. Bu səbəbdən də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəki rayonu Baltalı kəndində mağazadan oğurluq edilmişdir. Bununla bağlı Şəki ŞRPŞ-yə izahatı alınmaq üçün dəvət edilmiş, orada izahatı alınarkən polis əməkdaşları sərxoş olduğundan şübhələndikləri üçün onu müayinəyə aparmışlar. “İnvitro” X1 sərxoşluğun bütün növlərinin təyini məqsədilə aparılan müayinə zamanı sidiyindən müayinə edilmiş və onun narkotik vasitə qəbul etməsi faktı aşkar edilmişdir. Əlavə olaraq bildirdi ki, təxminən 3 ay əvvəl özünə məxsus mal-qaranı otararkən yerdən büküm tapmışdır. Əvvəllər narkotik vasitələrdən istifadə etdiyi üçün onun marixuana olduğunu bilmiş və qəbul etmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş edir. İşdə olan “İnvitro” X2 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə tərtib edilmiş laboratoriyanın rəyindən görünür ki, Şəxs sidiyindən müayinə edilmiş, onun sidiyindən marixuana qəbulu faktı aşkar edilmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin xx xxxxxxxx 2020-ci il tarixli, 189-22953-1220 saylı məktubundan görünür ki, xx xxxxxx 1976cı il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, Şəki rayonu Baltalı kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan X3 xx xxxxxxxx 2020-ci il tarixdə Şəki ŞRPŞ-nə ərizə ilə müraciət edərək, xx xxxxxxxx 2020-ci il tarixdə ona məxsus Şəki rayonu Baltalı kəndində yerləşən mağazadan naməlum şəxs və ya şəxslərin 50 manat pul və 30 manat dəyərində olan siqaret qutularını oğurlaması barədə məlumat vermişdir. Həmin müraciət xx xxxxxxxx 2020-ci il tarixdə HK-1/1218 sayda Şəki şəhər-rayon Polis Şöbəsində qeydiyyata alınmış və hal-hazırda faktla bağlı Şəki ŞRPŞ-nin TB-də araşdırma aparılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməsi, əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə də Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam təsdiq edildi. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar