Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-54/2021 22.01.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlunun sədrliyi, Ağabalayev Səxavət Məmməd oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi, Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə 14 avqust 1987-ci il tarixdə Şəki rayonu, Aşağı Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şəki rayonu, Aşağı Göynük kəndində pasport qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs 22 yanvar 2021-ci il tarixdə, saat 00:30 radələrində Şəki rayonu, Aşağı Göynük kəndində yaşadığı evin həyətində və qarşısında ucadan ünvansız nalayiq ifadələr işlətmiş, həmin vaxt polis əməkdaşları onu sakitləşdirməyə cəhd göstərsələr də o, öz hərəkətlərini davam etdirərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaqdan qəsdən imtina etmişdir. Məhkəmə iclası zamanı protokol tərtib etmiş Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X6 izahatında göstərdi ki, Şəxs 22 yanvar 2021-ci il tarixdə, saat 00:30 radələrində Şəki rayonu, Aşağı Göynük kəndində yaşadığı evin həyətində və qarşısında ucadan ünvansız nalayiq ifadələr işlətmiş, həmin vaxt polis əməkdaşları onu sakitləşdirməyə cəhd göstərsələr də o, öz hərəkətlərini davam etdirərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaqdan qəsdən imtina etmişdir. Buna görə də Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, o, Şəki rayonu, Aşağı Göynük kəndində yaşayır. 21 yanvar 2021-ci il tarixdə axşam tərəfi spirtli içki qəbul etmiş və bundan sonra evə gəlmişdir. İçkili olduğu üçün evdə arvadı ilə aralarında mübahisələri düşmüşdür. Buna görə də arvadı bu barədə öz valideynlərinə xəbər vermiş və bundan sonra polis şöbəsinə verilmiş məlumat əsasında evinə polis əməkdaşları gəlmişlər. O, da evinə polis əməkdaşlarının gəlməsindən əsəbiləşərək evinin həyətində və qarşısında ucadan nalayiq sözlər işlətmişdir. Həmin vaxt polis əməkdaşları onu sakitləşdirməyə və nizam-intizama dəvət etməyə çalışsalar da, əsəbi və sərxoş olduğundan öz hərəkətlərini bir müddət davam etdirmişdir. Buna görə də onu Şəki ŞRPŞ-nə gətirilmişlər. Şəki ŞRPŞ-də isə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Etdiyi hərəkətdən peşmandır. Himayəsində 2 və 3 yaşlarında olmaqla 2 azyaşlı uşağı vardır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X7 izahatında göstərdi ki, 21.01.2021 -ci il tarixdə Şəki rayonu, Aşağı Göynük kəndində yaşayan Nüşabə adlı şəxs Şəki ŞRPŞ-nin Növbətçi Hissəsinə zəng edərək, Şəki rayonu, Aşağı Göynük kəndində qızının kürəkəni tərəfindən narahat olunması və aralarında münaqişə olması barədə məlumat vermişdir. Daxil olmuş müraciətlə əlaqədar olaraq, əməliyyat qrupunun üzvü Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Araz Binyətli, eləcə də, Şəki ŞRPŞ-nin PPXB-nün polis nəfəri, polis baş serjantı Tural Mahmudov ilə birlikdə Nüşabə adlı şəxsin qızı X2 yaşadığı Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən ünvana getmişlər. Hadisə yerində olarkən, Əfsanə Əliyevanın əri Şəxs sərxoş vəziyyətdə olmasına şübhə yaranmışdır. Bundan başqa X5 da Şəki ŞRPŞ-nə ərizə ilə müraciət edərək, əri Şəxs qeyd olunan tarixdə sərxoş vəziyyətdə yaşadığı ünvanda münaqişə yaratdığını bildirmişdir. Qeyd olunan hadisə yerində olarkən, Şəxs yaşadığı ünvanın giriş qapısının yanında aqressiv hərəkətlər etməklə polis əməkdaşlarının həmin ünvana gəlməsinə narazılıq etmiş və o, Şəxs Polis Şöbəsinə müraciət daxil olması ilə əlaqər hadisə yerinə gəlməsini bildirmişdir. Şəxs bununla bağlı onunla mübahisə edərək, eləcə də, ucadan ünvansız nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. O, nalayiq ifadələr işlətməməsini, qanunlara hörmətlə yanaşması bildirdikdə, Şəxs öz hərəkətlərini davam etdirərək ucadan ünvansız nalayiq ifadələr işlətməkdə davam etmişdir. Bundan sonra Şəxs Şəki Narkoloji şöbəsinə sərxoşluğunun müəyyən edilməsi səbəbilə aparılmış və Şəxsun sərxoşluq müayinəsi zamanı orta dərəcə sərxoş vəziyyətdə olması müəyyən edildikdən sonra tərəflərindən polis şöbəsinə gətirilmişdir. Beləliklə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün, şahidin izahatları və iş materialları ilə tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair materialda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməsə də, məhkəmə araşdırması zamanı onun törətdiyi əməldən peşman olması, həmçinin əməli sərxoş vəziyyətdə törətməsi müəyyən edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs həmin əməli törətməsindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs həmin əməli sərxoş vəziyyətdə törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun törətdiyi inzibati xətanın xarakterini və onun şəxsiyyətini nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım : Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elçin Mehdiyev.
Məhkəmə qərarları › İş №3(075)-54/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-54/2021
22.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver