Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-540/2020 21.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci il tarixdə Şəki rayonu, Aşağı Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, İİİ qrup əlil, Şəki rayonu, Aşağı Göynük kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə Protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 216/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 1080 manat məbləğində borc alınaraq X1 ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-216/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 1080 manat məbləğində borc alınaraq X1 ödənilməlidir.İcra sənədi xx.xx.2020-ci il tarixində icraata daxil olmuş, həmin tarixdə tələbin könüllü icrası üçün borcluya 10 gün müddətində vaxt verilmişdir. Lakin, könüllü icra müddəti ərzində heç bir ödəniş edilməmişdir.Məcburi icra tədbirləri həyata keçirilərkən Şəxs rəsmi qaydada xəbərdarlıq göndərilmiş, lakin bu dəfə də onun tərəfindən borc məbləği ödənilməmişdir. Əmlak vəziyyəti və gəlirləri barədə sorğu edilərkən ona məxsus hər hansı əmlak aşkar edilməmiş, 110 manat pensiya aldığı müəyyən edilmişdir. “Elektron icra” İnformasiya sistemində sorğu edilərkən onun vergi ödəyicisi kimi qeydiyyatdan keçərək bitkiçilik sahəsində digər xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğul olduğu məlum olmuşdur. xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində verdiyi izahatlarında kənd təsərrüfatı ilə məşğul olduğunu və pensiya aldığını göstərmiş, lakin ödəmək üçün maddi imkanının aşağı olduğunu bildirmişdir. xx.xx.2020-ci il tarixində İcra və probasiya şöbəsində olarkən ondan sonuncu dəfə borc məbləğindən əsaslı ödəniş edilməsi tələb edilsə də, onun tərəfindən heç bir ödəniş edilməmişdir. Qeyd edilən 1080 manat borc məbləğindən bu günə qədər heç bir ödəniş edilməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Əlavə olaraq bildirdi ki, xx xxxxxxxx 2020-ci il tarixdən, saat 09:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 16:40-da məhkəməyə aparılmışdır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-216/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən ondan cəmi 1080 manat məbləğində borc alınaraq X1 ödənilməlidir. İcra sənədindən məlumatı var. Borcunu ödəməli olduğunu bilir. İİİ qrip əlildir və buna görə 110 manat pensiya alır. Heç bir yerdə işləmir və hər hansı gəliri yoxdur. Buna görə də icra sənədi üzrə borcunu bir dəfəyə ödəyə bilmir. Yalnız borcunu hər ay 20-30 manat olmaqla hissə-hissə ödəyə bilər. Həmçinin göstərdi ki, hələ tələbkar ona qarşı iddia qaldırmazdan əvvəl ona ayda 100 manat ödəməsi ilə bağlı razılığa gəlmişdir. Lakin sonradan razılaşmaları pozulmuş və tələbkar 2019-cu ilin dekabr ayında məhkəməyə müraciət etmişdir. Əlavə olaraq bildirdi ki, xx xxxxxxxx 2020-ci il tarixdən, saat 09:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 16:40-da məhkəməyə aparılmışdır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydad həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdən, saat 09:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 16:40-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı xx xxxxxxxx 2020ci il tarixdən, saat 09:00-da məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, xx xxxxxxxx 2020-ci il tarixdən, saat 09:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, xx xxxxxxxx 2020-ci il tarixdən, saat 09:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-540/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-540/2020
21.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver