Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-541/2020 23.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxxx 1968-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, il ərzində inzibati məsuliyyətə cəlb edilməyən, ikinci dərəcə əlilliyi olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1703/2011 saylı, xx xxxxxx 2011-ci il tarixli icra sənədinə əsasən Şəxs xx xxxxxx 2011-ci il tarixindən hesablanmaqla hər ay hər bir uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində aliment alınaraq xx xxx 2004-cü il təvəllüdlü X3 və xx xxxxxx 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün tələbkar İsmayılova (Hacıyeva) Təranə Əlikram qızına ödənilməlidir. Məhkəmə qərarının icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, tələbkara ödəməli olduğu borclarının ödənişindən qərəzli olaraq yayınaraq Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1703/2011 saylı, xx xxxxxx 2011-ci il tarixli icra sənədinə əsasən Şəxs xx xxxxxx 2011-ci il tarixindən hesablanmaqla hər ay hər bir uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində aliment alınaraq xx xxx 2004-cü il təvəllüdlü X3 və xx xxxxxx 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün tələbkar İsmayılova (Hacıyeva) Təranə Əlikram qızına ödənilməlidir. Hal-hazırkı tarixə icra sənədi üzrə borclu Şəxs 10500 manatməbləğində aliment borcu yaranmışdır. Qeyd olunan icra sənədi üzrə xx xxxxxx 2012-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmiş, həmin müddət ərzində icra sənədi üzrə tələb borclu tərəfindən icra edilməmişdir. Tərəflərindən aliment borcunun ödənilməsi barədə borcluya xəbərdarlıq edilmiş, borclu şöbəyə dəvət edilmiş, onunla icra sənədi üzrə yaranmış borc məbləğinin ödənilməsi istiqamətində söhbətlər aparılmış və izahatı alınmışdır. Borclu Şəxs xx xxxx 2020-ci il və xx xxxx 2020-ci il tarixli izahatlarında 2012-ci ildə məhkəmə hökmü ilə 1 il 6 ay müddətinə, 2017-ci ildə isə 1 il 9 ay müddətinə həbs cəzasına məhkum edildiyini, hər ay 130 manat müavinət aldığını, əlavə iş yeri və gəlirinin olmadığını, ona görə də yaranmış aliment borcunu ödəyə bilmədiyini bildirmişdir. Borclu icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə əməl etməkdən qəsdən boyun qaçırdığı üçün xx xxxx 2020-ci ıl tarixində borclu Şəxs barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbləri əsasında inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə borclu barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol bank sorğularının natamamlığı səbəbindən geri qaytarılmışdır. Dəfələrlə rəsmi və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq borclu Şəxs icra sənədi icraata daxil olduğu vaxtdan, yəni xx xxxxxx 2012-ci il tarixindən hal-hazırkı tarixədək heç bir aliment ödənişi etməmişdir. xx xxxxxxxx 2020-ci il tarixində icra sənədinin icrası ilə əlaqədar olaraq yenidən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində olan borclu Şəxs verdiyi izahatında hal-hazırkı tarixdə və yaxın vaxtlarda icra sənədi üzrə borc məbləğindən heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 1703/2011 saylı, xx xxxxxx 2011-ci il tarixli icra sənədinə əsasən Şəxs xx xxxxxx 2011-ci il tarixindən hesablanmaqla hər ay hər bir uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində aliment alınaraq xx xxx 2004-cü il təvəllüdlü X3 və xx xxxxxx 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün tələbkar İsmayılova (Hacıyeva) Təranə Əlikram qızına ödənilməlidir. Hazırda borcunu ödəməyə imkanı yoxdur. Belə ki, 2012-ci ildə məhkəmə hökmü ilə 1 il 6 ay müddətinə, 2017-ci ildə isə 1 il 9 ay müddətinə həbs cəzasına məhkum edilmişdir. İkinci dərəcə əlilliyi olduğuna görə hər ay 130 manat müavinət alır. Əlavə iş yeri və gəliri yoxdur. Bütün bunları nəzərə alaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatı və digər sənədlərlə təsdiq olundu. Şəxs heç yerdə işləmədiyi üçün borcunu ödəyə bilmədiyini bildirsə də, məhkəmə qərarının qanuni qüvvəyə minməsindən keçən 8 il ərzində sonuncu heç bir ödəniş aparmamışdır. Bu, bir daha onu sübut edir ki, Şəxs borcunu ödəməkdən qərəzli olaraq yayınır və məhkəmə iclasında dedikləri özünümüdafiə xarakteri daşıyır. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən icra məmurunun qanuni tələblərinə əməl etməkdən qəsdən boyun qaçırmasını, məhkəmə qərarının qəbul edilərək icraya yönəldilməsindən kifayət qədər müddətin keçməsinə baxmayaraq icra sənədi üzrə borcunun ödəməməsini, həmçinin ikinci dərəcə əlilliyi olmasını nəzərə alaraq ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin sanksiyasında nəzərdə tutulmuş inzibasti cərimə növündə inzibati tənbeh tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-541/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-541/2020
23.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver