Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-544/2025 15.10.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Şəki-Zaqatala Regional şöbəsinin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 iştirakları ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Şəki- Zaqatala Regional şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Şəki-Zaqatala Regional şöbəsindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokol baxılması üçün aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərmişdir. İştirak etdiyi xx.xx.2025-ci il tarixli məhkəmə iclasında X10 Xidməti nümayəndəsi X13 bildirdi ki, X8 xx.xx.2025-ci ildə hüquqlarının pozulması ilə bağlı müraciət etmişdir. O, Əmək Məcəlləsinin 70-ci maddəsinin D bəndilə işdən azad olunduğunu bildirmişdir. Xanımın 63 yaşı var. Müvafiq sənədlərin əldə olunması üçün sorğu göndərmişlər. Lakin hələ də məlumat daxil olmayıb. 30 iyun 2025-ci il tarixində protokola dəvət göndərmişlər. Ona da cavab verilməmişdir. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokol tərtib edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Şəki- Zaqatala Regional şöbəsinin nümayəndəsi X9 oğlu bildirdi ki, protokolu müdafiə edir. Hüquqi şəxsə sənədlərin təqdim edilməsi barədə sorğu göndərilmiş, elektron qaydada çatdırılmış, lakin təqdim edilməmişdir. Buna görə də hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. İştirak etdiyi xx.xx.2025-ci il tarixli məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X12 bildirdi ki, şirkət əslində "xxxx" ASC-nin törəmə şirkətidir. Əslində fəaliyyət göstərmir. 2023-cü ildən etibarən fəaliyyətini dayandırıb. Formal olaraq rəhbər vəzifəsini icra edir. Məlumatlar ”ASK Aqro” MMC-yə göndərilib, lakin nəticə əldə edə bilməyiblər?!. Ancaq bu belə deyil. Təxminən bir həftə qabaq ona bildiriş göndəriblər. Sonra o, müfəttişliyin əməkdaşları ilə görüşmüş, sənədləri təqdim etmişdir. Ancaq şirkətə başqa bir məktub göndərilməyib. O, ƏMAS-da olan elektron kabineti aça bilər. Çünki əgər göndərilərsə, orada olmalıdır, ona müdaxilə etmək və ya silmək olmur. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Şəxs MMC-nin nümayəndəsi X6 və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 Sosial İnformasiya Sistemində Şəxs MMC-nin ASAN imza ilə elektron kabinetinə daxil olaraq, orada olan bildirişlər bölməsini nümayiş etdirir. Orada Əmək müfəttişliyi xidmətinin Şəki-Zaqatala Regional şöbəsindən heç bir bildiriş, məktub daxil olmadığı nümayiş etdirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X7 izahatında göstərdi ki, onlara heç bir sənəd daxil olmamışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, X5 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2ci hissəsinə əsasən Şəxs MMC-yə xx.xx.2025-ci il tarixli, 3-17-5/2-62729/2025 nömrəli məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX-nin Şəki-Zaqatala Regional şöbəsinə tam, düzgün və vaxtında təqdim olnması tələb olunmuş, lakin MMC tərəfindən sənədlər təqdim edilməmişdir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Şəki-Zaqatala Regional şöbəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-62729/2025 nömrəli məktubun məzmunundan görünür ki, X5 müraciətində qeyd etdiyi məsələyə münasibət bildirilməsi və 7 iş günü ərzində şöbəyə qeyd olunan sənədlərin təqdim edilməsi tələb olunmuşdur. X5 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Şəxs MMC-dən Əmək Məcəlləsinin 70-ci maddəsinin D bəndilə işdən azad olunduğunu və əmək haqqının ona ödənilmədiyini bildirərək köməklik göstərilməsini xahiş etmişdir. DOST X2 xx.xx.2025-ci il tarixdə məhkəmə sorğu verərək xx.xx.2025-ci il tarixli 3-17- 5/2-62729/2025 sorğu məktubunun Şəxsnə çatdırılması ilə bağlı - X10 Xidmətinin Şəki- Zaqatala regional şöbəsinin məsul şəxsi tərəfindən ƏMAS üzərindən "xxxx" MMC-nin elektron kabinetinə göndərilibmi, bildiriş "xxxx" MMC-nin elektron ünvanına çatdırılıbmı, çatdırılma zamanı texniki problem olubmu (ola bilərmi), sorğu barədə bildiriş emal edilibmi, ümumiyyətlə, həmin məlumat MMC-nin elektron kabinetinə çatmaya bilərmi, bu məsələlərə dair əməliyyat tarixçəsi tələb edilmişdir. Lakin xx.xx.2025-ci il tarixədək sorğunun cavabı məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 5 3.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan işin hallarına düzgün qiymət verməmiş, iş üzrə zəruri əhəmiyyət kəsb edən halları araşdırmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. İşdə olan sənədlər inzibati xətanın tərkibinin olmasını təsdiq etməyə kifayət etməmişdir. Əksinə əsaslı şübhə vardır ki, tələb edilən sənədlərin təqdim edilməsini sorğu edən məktubun hüquqi şəxsə çatdırılmamışdır. Şübhələri aradan qaldırmaq və inzibati xətanın tərkbinin mövcud olmasını sübut etmək isə İnzibati xəta haqqında protokol tərtib edən inzibati orqanın üzərinə düşür. Ona verilən vaxt ərzində inzibati orqan tərəfindən bu şübhənin əksini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi işə məhkəmədə baxılarkən Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması təsdiq olunmadı. Qeyd edilənlərə əsasən həmin hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərvanə Məmmədova
Məhkəmə qərarları › İş №3(075)-544/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-544/2025
15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver