Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-547/2020 05.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin DYPB-nin nümayəndəsi: X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs-nin qanuni təmsilçisi X2 iştirakı ilə, xx xxxxxx 1965-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki şəhəri, G.Vahabova küçəsi, 1/3 ünvanında yerləşən Şəxs-nin haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verməmiş və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki ŞRPŞ-dən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin DYPB-nin nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs ona məxsus nəqliyyat vasitəsinin sürücüsü haqqında qanunda nəzərdə tutulmuş 5 gün müddət ərzində Şəki ŞRPŞ-nə məlumat verməmişdir. Belə ki, Şəxs ona göndərilmiş məktub-bildirişi xx.xx.2020-ci il tarixdə almışdır.Şəxs ona göndərilmiş bildirişi xx.xx.2020-ci il tarixdə almasına baxmayaraq daha 5 gün gözləmişdir. Buna görə də Şəxs barəsində İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş qaydanı pozduğuna görə xx xxxxxxxx 2020-ci il tarixdə inzibati protokol tərtib edilmşdir. Hesab edir ki, protokol əsaslıdır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs-nin qanuni təmsilçisi X4 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəxs-nin mülkiyyətində olan MİTSUBİSHİ L200 (minik) markalı, ** AA *** i/o dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarının pozulmasına və nəqliyyat vasitəsini idarəetmək hüququna malik şəxs barədə məlumat verilməsinə dair məktubu xx.xx.2020-ci il tarixində qəbul etmişdır. Həmin vaxtdan etibarən bununla bağlı sənədlərin təqdim edilməsi üçün dəfələrlə Şəki DYPB-də olsalar da, əlaqədar şəxsin məzuniyyətdə olması və daha sonra da bir neçə, dəfə işdə olmaması ilə əlaqədar müraciət edə bilməmişlər. Həmçinin göstərilən qayda pozuntusu qərarlı olmadığı üçün ödəniş etmək də mümkün olmamışdır. Qeyd olunanlarla yanaşı, xx.xx.2020-ci il tarixində tələb olunan sənədlərin Şəki DYBP-yə təqdim olunduğunu və cərimənin ödənildiyini nəzərə alaraq, iş üzrə icraata xitam veilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Şəki ŞRPŞ-nin DYPB-nin nümayəndəsi: X3 tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, AP-0169641 seriya nömrəli protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən Şəxs tərəfindən MİTSUBİSHİ L200 (minik) markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi barədə məlumat verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci-ci maddəsinə əsasən Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə-vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Beləliklə, Şəxs-nin qeyd olunan hərəkəti Şəki ŞRPŞ-dən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. İşdən görünür ki, Şəxs ona göndərilmiş məktub-bildirişi xx.xx.2020-ci il tarixdə almış, qanunvericilikdə göstərilən 5 gün ərzində Şəxs-yə məxsus nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verməmiş və buna görə də barəsində İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş qaydanı pozduğuna görə xx xxxxxxxx 2020-ci il tarixdə inzibati protokol tərtib edilmşdir. Məhkəmə Şəxs” MMC-nə Azərbaycan Respublikası İXM-nin 347-ci-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-547/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-547/2020
05.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver