Məhkəmə qərarları › İş №3(075)-547/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-547/2023

21.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-547/2023 21.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X7 oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və onun müdafiəçisi X1 iştirakı ilə, xx xxxxxx 1984-cü il tarixdə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:xxxxxxx olan, əlilliyi olmayan, orta təhsilli, evli, nəzarətçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 tərəfindən tərtib edilmiş 21 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 21 iyun 2023-cü il tarixdə, saat 11:30 radələrində Şəki rayonu, Qoxmuq kəndində qurulmuş postda yoxlama aparılarkən ictimai qaydanı pozaraq ucadan səs-küy salmış və polis əməkdaşlarının qanuni əmrlərinə qəsdən tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəxs 21 iyun 2023-cü il tarixdə, saat 11:30 radələrində Şəki rayonu, Qoxmuq kəndində qurulmuş postda yoxlama aparılarkən ictimai qaydanı pozaraq ucadan səs-küy saldığından və polis əməkdaşlarının qanuni əmrlərinə qəsdən tabe olmadığından polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. Bundan sonra Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protkol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Qax rayonundan Şəki şəhərinə ailə üzvlərini Bakı şəhərinə yola salmaq üçün gəlmişdir. İdarə etdiyi özünə məxsus “Vaz 2106” markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobil ilə Şəki rayonu, Qoxmuq kəndində qurulmuş postdan keçərkən ona saxla işarəsi verilmişdir. O avtomobili saxladığı zaman YPX əməkdaşları ondan müvafiq sənədləri təqdim etməsini tələb etmişlər, avtomobilə baxış keçirilərkən ön şüşəsinin qanuna uyğun olmadığı və tərəflərindən protokol tərtib olunacağı bildirilmişdir. Ondan yenidən sənədləri təqdim etməsini tələb etdiklərində avtomobilin öz adına olduğunu bildirmiş və sənədləri təqdim etməkdən boyun qaçırmışdır. Ailəsini Bakı şəhərinə yola salmağı üçün avtovağzala getməsinə icazə vermişlər. Bundan sonra o yenidən həmin posta geri qayıtmışdır. Orada onun barəsində protokol tərtib etmişlər. Protokol ilə razılaşmadığı üçün imza etməmiş və telefon ilə çəkiliş etməyə başlamışdır. Polis əməkdaşlarına Qax Rayon Prokurorluğuna şikayət edəcəyini bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin Şəki ŞRPŞ-nin ictimai təhlükəsizlik bölməsi sahəsinin polis nəfəri, polis baş serjantı X5 ifadə verərək bildirdi ki, Şəki rayonu ərazisində keçirilən "Sərhəd-siper" şərti adlı tədbir zamanı xx.xx.2023-cü il tarixdə saat 09:00-dan 21:00-dək 3 saylı postda polis sahə rəisi, Vüqar Salamov, CAB-nin əməliyyat müvəkkili Bəhman Məmmədov, YPX inspektoru Sənan Məmmədov və PPXB-nün polis nəfəri Murad Abdullayevlə birlikdə xidmətdə olduqları zaman təxminən saat 11:30 radələrində VAZ-2106 markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomaşın YPX inspektoru tərəfindən saxlanılaraq maşına baxış keçirilən zaman qeyd olunan avtomaşının ön şüşəsinin qanuna uyğun olmaması aşkar olunmuş, adı sonradan onlara məlum olan həmin avtomobilin sürücüsü, Qax rayon sakini Şəxs qanunlar izah olunaraq inzibati tədbir görülməsi üçün avtomaşının sənədləri istənildikdə həmin sürücü ucadan səs-küy salaraq ünvansız nalayiq ifadələr işlətməyə, "sənədlərim üstümdədir, ancaq mən sizə sənəd təqdim etməyəcəm, mən uzun müddətdir bu maşını belə sürürəm sürəcəmdə, mənə protokol yazsaz Qax rayon Prokurorluğunda cavab verməli olacaqsınız" deyərək səs-küy salaraq mobil telefon vasitəsilə çəkilişlər etməyə, ətrafda olan insanların nəzərini öz üzərinə çəkməyə çalışmışdır. Tərəflərindən dəfələrlə vətəndaş nizam-intizama dəvət olunaraq qanunlara hörmətlə yanaşması izah olunsa da o, öz hərəkətlərini davam etdirdiyi üçün 3 saylı postda PPX əməkdaşları dəvət olunaraq polis şöbəsinə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis serjantı X4 digər şahid Azərbaycan Respublikası DİN-nin Şəki ŞRPŞ-nin ictimai təhlükəsizlik bölməsi sahəsinin polis nəfəri, polis baş serjantı X5 ilə oxşar məzmunda izahat vermişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X2 məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 11:45-də tutulmuşdur. İş materiallarında olan “Şəxsi axtarış və fiziki şəxslərdə olan şeylərin yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs üzərinə baxış keçirilən zaman 1 ədəd siqaret, sənədlər, maaş kartları, 17 manat nəğd pul götürülmüşdür. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı, və Şəki ŞRPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsinin sanksiyasında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şəxs 21 iyun 2023-cü il tarixdə saat 11:45-dən inzibati qaydada tutulması nəzərə alınmaqla, barəsində təyin ediləcək inzibati cərimənin məbləği azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs 21 iyun 2023-cü il tarixdə saat 11:45-dən inzibati qaydada tutulması nəzərə alınmaqla, ona təyin olunmuş inzibati cərimə azaldılaraq 100 (yüz) manat məbləğində müəyyən olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar