Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-548/2023 22.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş yol nəqliyyat hadisələri üzrə inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs və onun müdafiəçisi (vəkil) X3 iştirakı ilə xx xxxx 1958-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, İİ qrup əlil, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 və 333.3-cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs sərxoş vəziyyətdə yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınmışdır. Belə ki, o, 21 iyun 2023-cü il tarixdə, saat 22:00 radələrində, idarə etdiyi “Mercedes Benz E230” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki şəhəri B.Vahabzadə küçəsində hərəkətdə olarkən, X2 idarə etdiyi “Neoplan” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusu vuraraq hadisə yerindən yayınmışdır. Bununla da onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 333.3-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və toplanmış materiallar baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə, inzibati materialın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə aid hissəsinə münasibətdə qeyd edir ki, həmin maddə ilə qərar qəbul etmək İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsində qeyd edildiyi kimi rayon (şəhər) məhkəmələrinə aid deyil. Əgər Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinin tələbləri pozulmuşdursa, o zaman YPX əməkdaşı özü qərar qəbul edərək pozuntu törədən şəxsi inzibati məsuliyyətə cəlb etmək səlahiyyətinə malikdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş yol nəqliyyat hadisələri üzrə inspektoru, polis kapitanı X4 bildirmişdir ki, qeyd edilən yolnəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılmış, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 və 333.3-cü maddələrinin tərkibi olduğundan onun barəsində protokol tərtib edilmişdir. Ona görə də, Şəxs qeyd edilən maddələrin sanksiyası çərçivəsində cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, həqiqətən də qeyd edilən inzibati xətanı törətmişdir. Əməlindən peşmandır. Bir daha bu cür hərəkətlərə yol verməyəcəkdir. Ona görə də, ona təqsirləndirildiyi maddədə nəzərdə tutulmuş yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs müdafiəçisi X5 barəsində inzibati protokol tərtib edilmiş şəxsə yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Şəxs tərəfindən Şəki şəhər-rayon Polis Şöbəsində verdiyi izahatından görünür ki, o, yol-nəqliyyat hadisəsi törədərək, sərxoş olduğundan hadisə yerindən yayınmış, törətdiyi inzibati qayda pozuntusunu səmimi etiraf etmişdir. İş materiallarına əlavə edilmiş 22 iyun 2023-cü il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 22 iyun 2023-cü il tarixli 155 nömrəli rəydən görünür ki, **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusa 300 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş portaldan çıxarışdan götünür ki, Şəxs İİ qrup əlildir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi təsdiq оlunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxs özünün də təsdiq etdiyi kimi 22 iyun 2023-cü il tarixdə onun təqsirli hərəkəti nəticəsində qeyd edilən yol nəqliyyat hadisəsi baş vermişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi Şəxs təqsirli hərəkətləri nəticəsində X2 idarə etdiyi “Neoplan” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusa 300 manat məbləğində maddi ziyan dəymişdir. Azərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən belə qənaətə gəlir ki, o, 65 yaşında olduğundan, eyni zamanda İİ qrup əlil olduğundan, barəsində inzibati həbs tənbehi tətbiq edilə bilməz. Çünki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Beləliklə məhkəmə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 700 manat məbləğində cərimə inzibati tənbeh tədbirini tətbiq etməyi qаnuni, əsаslı və ədаlətli hesаb edir. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 10 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişindən azad ediləcəyi hüququnun olduğu, qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi miqdarında dəbbə pulu hesablanacağı, dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq ediləcəyi izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-548/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-548/2023
22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver