Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-549/2022 15.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis kapitranı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx xxxxxx 2001-ci il tarixdə Şəki rayonu, Cumay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, DSXnin N nömrəli hərbi hissəsində hərbi qulluqçu, k/çi, Şəki rayonu, Cumakənd kəndində qeydiyyatda olmaqla, Xızı rayonunda yaşamaqla xidmətdə olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: xx.xx.2022-ci il tarixdə Şəki rayon məhkəməsinə daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində Şəki rayonu, Birinci Biləcik kəndində ucadan nalayiq ifadələr işlədərək polis əkdaşlarının qanuni tələbini qəsdən tabe olmamışdır. Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis kapitranı X3 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 14 avqust 2022-ci il tarixdə PPXB-nin polis əməkdaşları Toğrul Nizamov, Gəray Qaffarov və Elnur Mahmudov birlikdə avtopatrulla şəhər ərazisində xidmətdə olduqları zaman təxminən saat 18:17 radələrində onlara Növbətçi hissədən daxil omuş məlumat əsasında Şəki rayonu Birinci Biləcik kəndi ərazisində bir nəfər şəxsin YPX 5-ci tağım inspektoruna tabesizlik göstərilməsi bildirilmişdir. PPXB-nin polis əməkdaşları Toğrul Nizamov, Gəray Qaffarov və Elnur Mahmudov həmin məlumat əsasında dərhal hadisə yerinə getmişlər. Polis əməkdaşları həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsdən nə üçün polis əməkdaşının qanuni tələbinə tabe olmadığını soruşduqları zaman o, cavabın, “siz kimsiz, mən hərbiçiyəm, siz mənə tay ola bilməzsiniz, gedin işinizlə məşğul olun” kimi ifadələr işlətmişdir. Həmin şəxsin Şəki rayonu, Cumakənd sakini olması məlum olmuşdur. Polis əməkdaşları onu nizam-iltizama dəvət etmiş, həmçinin həmin şəxsin sərxoş olması məlum olmuşdur. Bundan sonra polis əməkdaşları onu qanunlara hörmətlə yanaşmağı bildirsələr də, həmin şəxs daha da aqressiv şəkildə öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra həmin şəxs polis əməkdaşları tərəfindən avtopatrulla Şəki ŞRPŞ-nə gətirilmişdir. Şəki ŞRPŞ-də Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, o, Azərbaycan Respublikası DSX-nin Xızı rayonu, Sitalçay kəndində yerləşən “3100” nömrəli hərbi hissəsində müddətdən artıq hərbi xitmətdədir, kiçik çavuşdur. Bildirmişdir ki, xidmət etdiyi Xızı rayonundan 4 günlük icazə əsasında Şəki rayonu, Cumakənd kəndinə gəlmişdir. Bibisi oğluna məxsus olan “Assamand” markalı avtomobili idarə edən zaman Şəki rayonu Birinci Biləcik kəndi ərazisində YPX əməkdaşı tərəfindən saxlanılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, inzibati xəta törədən şəxs Xızı rayonunda DSX-nin hərbi qulluqçusudur. Bu səbəbdən hazırki İnzibati xətaya dair işin aidiyyəti üzrə müvafiq hərbi məhkəməyə göndərilməsini xahiş etmişdir. İş materiallarında olan 214 saylı arayışdan görünür ki, Şəxs DSX-nin N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xitmətdədir. Kiçik çavuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən (214 saylı arayışdan) görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Xızı rayonu, Sitalçay kəndində yerləşən N saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçudur və ona görə də, hazırkı inzibati xəta haqqında protokola Şəki Rayon Məhkəməsi tərəfindən deyil, inzibati xətanın törədilməsi yeri üzrə aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsi tərəfindən baxılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 525-535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Həmin Məcəllənin 43.4-cü maddəsinə əsasən bu Məcəllənin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, habelə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr baxır. Göründüyü kimi hazırkı inzibati xəta haqqında işə baxılması məhkəmə aidiyyəti üzrə rayon məhkəməsinin deyil, hərbi məhkəmənin səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikasının İXM-nin 106.0, 106.0.1-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1, 109.1.7-ci maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə iş materiallarını tam şəkildə araşdırıb bu nəticəyə gəlir ki, hərbi qulluqçu olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 106, 109, 110-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Hərbi qulluqçu Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilsin. Hakim: Cahid imanov
Məhkəmə qərarları › İş №3(075)-549/2022
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-549/2022
15.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver