Məhkəmə qərarları › İş №3(075)-549/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-549/2023

23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-549/2023 23.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki rayonu YNH inspektoru, polis kapitanı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs X7 Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Şəki ŞRPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki rayonu YHN inspektoru, polis kapitanı X6 tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli protokoldan və iş materiallarında olan digər sənədlərdən görünür ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan Şəxs sərxoş vəziyyətdə xx.xx.2023-cü il tarixdə “BMW” minik markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “VAZ 2106” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub, yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə “VAZ 2106” markalı **-DP-*** markalı avtomobilə maddi zərər vurmuşdur. Bununla o, Azərbaycan Respublikası İXM-nin 327.2 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Şəki rayonu YNH inspektoru, polis kapitanı X6 protokolu müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs törətdiyi inzibati xəta ilə bağlı təqsirini etiraf edərək bildirdi ki, xx.xx.2023-cü il taridə saat 18:40 radələrində etibarnamə ilə idarə etdiyi “BMW” markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Şəki rayonu, Cəfərəbad kəndindən üzü Əliyar kəndi tərəf istiqamətdə olan zaman spirtli içki qəbul etdiyi üçün idarə etməni itirərək “VAZ 2106” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşlar. Qarşı tərəflə razılıq əldə etmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisisi X1 Fərid Tahir oğlunun təqsirini etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.2 və 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 21:20-də tutulmuşdur. İş materiallarında olan “Şəxsi axtarış və fiziki şəxslərdə olan şeylərin yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs üzərinə baxış keçirilən zaman 1 ədəd telefon, qızıl üzük, adapter və 20 qəpik pul götürülmüşdür. İş materiallarına olan 80 nömrəli «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında Şəxs alkotesterlə müayinə edildiyi, orta dərəcəli sərxoş olduğu göstərilmişdir. İş materiallarında olan Jupiter x markalı alkotestirin 22 iyun 2023-cü il tarixli analizindən görünür ki, Şəxs sərxoşluq aşkar edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 22 iyun 2023-cü il tarixli, 156 nömrəli rəydən görünür ki, “VAZ 2106” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan xidmət işinin dəyəri 360 manat, lazım olan ehtiyat hissələrinin mal və material dəyəri 134 manat olmaqla, cəmi 494 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-cü maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin qeydinin 1-ci bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görənəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən, Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə edilir. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan Şəxs etibarnamə ilə idarə etdiyi “BMW” minik markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2023-cü il tarixdə sərxoş vəziyyətdə Şəki rayonu, Cəfərəbad kənd yolunda, Əliyar kənd tərəf istiqamətdə olarkən qarşı hərəkət zolağına çıxmaqla ötmə qaydasını pozaraq eyni istiqamətdə hərəkət edən “VAZ 2106” markalı **- DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qanadından vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə “VAZ 2106” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı markalı avtomobilə 494 manat məbləğində ziyan dəymişdir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.2 və 33.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünü təqsirli bilməsi ilə yanaşı işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, YNH inspektoru, polis kapitanı X6 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 327.2 və 333.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələr ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azad etmək üçün əsaslar məhkəmə baxışında müəyyən edilməmişdir. Məhkəmə baxışında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş əlavə tənbeh olaraq nəqliyyat vasitələrini idarəetmə hüququnun məhdudlaşdırılması, əsas tənbeh kimi inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şəxs 22 iyun 2023-cü il tarixdə saat 21:20-dən inzibati qaydada tutulması nəzərə alınmaqla, barəsində təyin ediləcək inzibati cərimənin məbləği azaldılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 31, 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 333.3-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 700 manat məbləğində inzibati cərimə edilsin. Şəxs 22 iyun 2023-cü il tarixdə saat 21:20-dən inzibati qaydada tutulması nəzərə alınmaqla, ona təyin olunmuş inzibati cərimə azaldılaraq 500 (beş yüz) manat məbləğində müəyyən olunsun. Qərarın icrası Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar