Məhkəmə qərarları › İş №3(075)-551/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-551/2022

29.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-551/2022 29.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Şəki ŞRPŞ-nin DYPB-nin yol-patrul xidməti baş inspektoru, polis baş serjantı X6, X1 iştirakı ilə, X1 barəsində tərtib edilmiş 09 avqust 2022-ci il tarixli, İXP-4809410 nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə şikayət ərzəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəki rayonu Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X8 tərəfindən barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP-4809410 nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli İXP-4809410 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi, barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 09 avqust 2022-ci il tarixdə özünə məxsus **-CC-*** dövlət qeydiyyat nömrəli avtomobili ilə Şəki rayonu Qoxmuq kəndindən Şəki şəhərinə getmək istəmişdir. Həmin vaxt Qoxmuq kəndi ərazisində olan “Buta” marketin qarşısında özündən öndə gedən avtomobili ötmə əməliyyatı edərək qarşı hərəkət zolağına çıxmış və ötmə əməliyyatını yerinə yetirərək öz yoluna qayıtmışdır. Ötmə əməliyyatı edilən yerdə düz xətt olmamış, düz xətt qırıq-qırıq olmuşdur. Ötməni həyata keçirdikdən sonra öz yolunda avtomobillərin tədricən daha yavaş hərəkətini müşahidə etmişdir. İrəli boylanıb baxarkən bir YPX əməkdaşı tərəfindən bütün yolda olan avtomobillərin qarşısında dayandığını və avtomobilləri dayandırdığını görmüşdür. Daha sonra ona məlum olmuşdur ki, Şəki şəhəri istiqamətindən xarici qonaqlar gələrək H.Əliyev Mərkəzinə doğru getməli olduqlarından yolda hərəkət dayandırılmışdır. O, ötməni həyata keçirib yolda duran avtomobillərin arxasında dayanmış, lakin daha irəlidə duran Şəki DYPİ-nin rəisi Ş.Uluxanov ona əl işarəsi verərək hərəkətini davam etdirməsini istədiyindən, o da qarşı hərəkət zolağına keçərək hərəkət edib dayanmış avtomobilləri keçib getmək istəmişdir. Lakin Ş.Uluxanov onu saxladaraq barəsində inzibati protokol tərtib edilməsinə göstəriş vermişdir. Bundan sonra Şəki ŞRPŞ-nin DYPB-nin yol-patrul xidməti baş inspektoru, polis baş serjantı X8 onun avtomobilləri ötüb keçməsini əsas gətirərək barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Hesab edir ki, şikayəti əsaslıdır. Ərizənin təmin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəki ŞRPŞ-nin DYPB-nin yol-patrul xidməti baş inspektoru, polis baş serjantı X8 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 09 avqust 2022-ci il tarixdə Şəki rayonu Qoxmuq kəndi ərazisində xidmətdə olduqları zaman xarici qonaqlara məxsus avtomobil karteci gəldiyi üçün magistral yolda hərəkət edən bütün avtomobillərə hərəkəti dayandırmaq işarəsi verilmişdir. Qonaq qismində olan xarici səfirliklərin əməkdaşları Şəki şəhərindən Qoxmuq körpüsü üzərindən H.Əliyev Mərkəzinə getməli idilər. Lakin Şəki şəhəri istiqamətində olan “VAZ 2115” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı minik avtomobil ötmə əməliyyatı edərək dayanmış avtomobilləri ötərkən Şəki DYPİ-nin rəisi Ş.Uluxanov dərhal həmin sürücüyə saxla işarəsi edərək avtomobili saxlatmışdır. Daha sonra o, sürücüyə yaxınşalaraq özünü təqdim etmiş, sürücüyə törətdiyi inzibati xətanı izah etmişdir. Həmin zaman sürücü barəsində inzibati protokol tərtib etmişdir. Göstərmişdir ki, həmin vaxt rayonun bütün rəhbər şəxsləri ərazidə olmuş və tras olduğu üçün çəkiliş aparılmamışdır. Göstərmişdir ki, Ş.Uluxanov şikayətçiyə əl edərək onun hərəkətinin davam etdirilməsini istəməmiş, şikayətçi özü YPX əməkdaşının dayanma işarəsi verildiyi halda buna məhəl qoymayaraq yol hərəkəti qaydalarını pozaraq ötmə əməliyyatı həyata keçirmişdir. Hesab etmişdir ki, şikayət əsaslı deyildir. Ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İşdə olan sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X1 şikayəti əsaslı deyildir. Belə ki, işdə olan Şəki ŞRPŞ-nin DYPB-nin yol-patrul xidməti baş inspektoru, polis baş serjantı X8 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP-4809410 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 İXM-nin 327.2-ci maddəsinin tələblərini pozduğuna görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati iş üzrə X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayətiçi İXMnin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmədiyini bildirsə də, məhkəmədəki izahatında “ötməni həyata keçirib yolda duran avtomobillərin arxasında dayanmış, lakin daha irəlidə duran Şəki DYPİ-nin rəisi Ş.Uluxanov ona əl işarəsi verərək hərəkətini davam etdirməsini istədiyindən, o da qarşı hərəkət zolağına keçərək hərəkət edib dayanmış avtomobilləri keçib getmək istəmişdir” deməklə inzibati xəta törətməsini etiraf etmişdir. Şəki ŞRPŞ-nin DYPB-nin yol-patrul xidməti baş inspektoru, polis baş serjantı X8 isə öz növbəsində Ş.Uluxanovun şikayətçiyə əl edərək onun hərəkətinin davam etdirilməsini istəmədiyini qeyd etmiş və şikayətçinin özünün YPX əməkdaşının dayanma işarəsi verildiyi halda buna məhəl qoymayaraq yol hərəkəti qaydalarını pozaraq ötmə əməliyyatı həyata keçirməsini bildirmişdir. X3 inzibati xəta törətməsi onun özünün, Şəki ŞRPŞ-nin DYPB-nin yol-patrul xidməti baş inspektoru, polis baş serjantı X6 izahatı, həmçinin iş materiallarına əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X3 barəsində tərtib olunmuş 09 avqust 2022-ci il tarixli, İXP-4809410 nömrəli inzibati xəta haqqında protokol qanuni və əsaslıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, X1 barəsində tərtib edilmiş 09 avqust 2022-ci il tarixli, İXP-4809410 nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: X1 barəsində tərtib edilmiş 09 avqust 2022-ci il tarixli, İXP-4809410 nömrəli inzibati xəta haqqında protokolun və onun əsasında verilmiş qərarın ləğv edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar