Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-552/2020 07.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Rüstəmli Məmmədemin Siracəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs: X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, Zərərçəkmiş şəxs X4 iştirakları ilə, xx xxxxx 1990-cı il tarixdə Şəki rayonu, Abbas kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şəki rayonu, Abbas kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə DİN-in BDYPİ YPXA-dan daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə, zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması halına (hallarına) yol vermişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X5 izahat verərək göstərdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə Şəki rayonu, Abbas kəndi ərazisində özün məxsus mal-qaranı günün qaranlıq saatlarında yəni saat təxminən 21:00 radələrində asfalt yolda ötütətkən yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə X1 maddi zərər dəymişdir. Buna görə də Şəxs barəsində İXM-nin 338.7-ci maddəsi ilə tərəfindən protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul ediləsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şəxs izahat verərək göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə, Şəki-Qax yolunda təxminən axşam saat 20:30 radələrində işdən çıxdıqdan sonra özünə məxsus 5 baş malı özlərinə məxsus örüş sahəsindən evlərinə gətirərkən, həmin vaxt hava qaranlıq olduğundan alışqanın fənəri vasitəsi ilə yoldan keçən avtomobillərə surətlərini azaldmaları üçün işarə vermişdir. Həmin vaxt bir avtomobilin yüksək surətlə gəldiyini görmüş, fənər vasitəsi ilə ona nə qədər işarə versə də avtomobil surətini azaldmayaraq onun üzərinə gəlmiş və buna görə də o, yoldan kənara çəkilmişdir. Lakin nəticədə avtomobilin sürücüsü ona məxsus mallara yaxınlaşan zaman birdən surətini azaldmış və 2 baş malını vurmuşdur. Mallardan biri yerindəcə, digəri isə bir az sonra ölmüşdür. Hesab edir ki, avtomobilin sürücüsü qanunla müəyyən edilmiş surət həddini aşmış və avtomobili yüksək surətlə idarə etdiçi üçün yol nəqliyyat hadisəsi baş vermişdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək göstərdi ki, o, şirkətdə sürücü vəzifəsində çalışır. xx xxxxxxxx 2020-ci il tarixdə axşam saatlarında təxminən 21:30 radələrində idarə etdiyi “VAZ-2107” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki-Qax yolu istiqamətində hərəkətdə olan zaman qarşıdan tır-yük avtomobili gəlmiş və o hərəkətini davam etdirdikdə birdən asfalt yolda qarşısında mal-qara olduğunu görmüşdür. Həmin malları vurmamağa çalışsa da mallar onun qarşısına qəfildən çıxdığından avtomobilini saxlaya bilməmişdir. Nəticədə o, yolda olan malı vurmuşdur. Bildirdi ki o, avtomobili yüksək surətlə idarə etməmişdir. Belə ki, əgər avtomobili yüksək surətlə idarə etsə idi baş vermiş yol nəqliyyat hadisəsi zamanı özü ya həlak olardı və yaxudda ki, yaralanardı. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, İXP-3551345 saylı protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə, zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması halına (hallarına) yol verdiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli aktdan görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində X2 1425 manat məbləğində maddi zərər dəymişdir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərəflərin izahatı, həmçinin DİN-in BDYPİ YPXA-dan daxil olmuş materialla təsdiq olundu. Belə ki, Azərbaycan Respublikası İXM-nin 338.5.5-ci maddəsinə əsasən mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 338.7-ci maddəsinə əsasən, bu Məcəllənin 338.4-338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə günün axşam saatlarında malqaranı yollardan xüsusi olaraq ayrılmayan yerlərdən keçirərkən yol nəqliyyat hadisəsi vaş vermiş və nəticədə X2 maddi zərər dəymişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. Bu səbəbdən də Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib, 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-552/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-552/2020
07.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver