Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-552/2022 18.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx xxxx 1970-ci il tarixində Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta barədə protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-285 saylı, xx.xx.2011-ci il tarixli icrası sənədinə əsasən borclu Şəxs cəmi 3020 manat alınaraq tələbkar X2 ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-285 saylı, xx.xx.2011-ci il tarixli icrası sənədinə əsasən borclu Şəxs cəmi 3020 manat alınaraq tələbkar X2 ödənilməlidir. İcra sənədi üzrə tələbin məcburi icrası ilə bağlı borclunun əmlak vəziyyətinin müəyyən edilməsi ilə məqsədi ilə müxtəlif dövlət orqanlarına və banklara sorğular verilmiş, sorğulara alınan cavablarda borclunun adına hər hansı əmlak və ya qızıl-zinət əşyası aşkar edilməmişdir. Hazırda İcra sənədi üzrə borclu Şəxs ödənilməmiş borcu 3020 manat təşkil edir. Sözügedən aliment borcunun borclu tərəfindən icra edilmədiyi üçün borcluya rəsmi xəbərdarlıqlar edilmiş və xəbərdarlıqlara baxmayaraq icra sənədi üzrə tələbin icrası təmin edilməmişdir. Borcludan borcun bu günə kimi hansı səbəbdən ödəmədiyi sual edilmişdir. Borclu izahatında imkanı olmadığına görə borcundan ödəniş etmək imkanının olmadığını bildir. Bununlada keçən müddət ərzində icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən tam olaraq icra edilməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs barəsində inzibati protokol tərtib edərək məhkəməyə vermişdir. Lakin işə məhkəmədə baxılanadək zərərçəkmişlə borclu borcun ödənilməsi üzrə razılığa gələrək barışmışlar. Odur ki, müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-285 saylı, xx.xx.2011-ci il tarixli icrası sənədinə əsasən borclu Şəxs cəmi 3020 manat alınaraq tələbkar X2 ödənilməlidir. Onun icra sənədlərindən məlumatı olmamışdır. Bu səbəbdən icra sənədlərində göstərilən borcunu tam ödəməmişdir. Məhkəmə qərarı çıxarıldıqdan sonra evdən müəyyən məbləğlərdə ösəniş etmişlər. Bildirmişdir ki, o, fərdi əməklə məşğul olur. gündəlik 15, 20 manat qazancı olur. Başqa gəlir yeri yoxdur. Maddi imkanı aşağıdır. Lakin hazırda zərərçəkmiş şəxs X3 ilə borcun ödənilməsi üzrə razılığa gəlmişlər. Buna görə də ona köməklik edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 məhkəməyə ərizə təqdim edərək izahatında göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-285 saylı, xx.xx.2011-ci il tarixli icrası sənədinə əsasən borclu Şəxs cəmi 3020 manat alınaraq ona ödənilməlidir. Göstərmişdir ki, o, borclu Şəxs ilə razılaşmışdır. Borcludan hal-hazırda heç bir tələbi yoxdur. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 tərəfindən məhkəməyə ünvanlanmış inzibati xəta haqqında protokolun və digər sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə işdə olan materiallara baxaraq hesab edir ki, inzibati xəta üzrə iş onu vermiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. İş materialında olan Şəki Rayon Məhkəməsinin 2(075)-285 saylı, xx.xx.2011-ci il tarixli icra sənədi üzrə borclu Şəxs cəmi 3020 manat alınaraq tələbkar X2 ödənilməlidir. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında iş onu verən orqana geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında iş Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Hakim Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-552/2022
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-552/2022
18.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver