Məhkəmə qərarları › İş №3(075)-552/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-552/2025

13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-552/2025 13.08.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Cəfərova Şəfəq Natiq qızının sədrliyi, X7 oğlunun katibliyi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6, X10 Vəkil Bürosunun vəkili Hacı-X1 iştirakları ilə xx.xx.1996-ci il tarixdə Şəki şəhəri, Şəki rayonu Oxud kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Şəki şəhəri, Şəki rayonu Oxud kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 13 avqust 2025-ci il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(046)-269/2025 saylı xx.xx.2025-ci il tarixli,Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-2277/2024 nömrəli xx.xx.2024-cü il tarixli, 2(075)- 156/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 8i-8673 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 1073.43 manat mələğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ,172.50 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin və 1972.04 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətiin, 788.98 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və 525 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, yaranmış borclarından məlumatlıdır. Müqavilələr onun adına bağlansa da, bəzilərini başqa şəxslər üçün bağlamışdır. Lakin hər hansı ödəniş etməmişdir. İcra və probasiya şöbəsi tərəfindən göndərilən məktublar evdə olmadığı üçün ona çatmamışdır. Bir neçə dəfə icra məmuruna şifahi şəkildə müraciət edərək borcunu hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Rəsmi işyeri olsa da, icra məmuru tərəfindən əmək haqqından tutulmalar aparılmış, bu səbəbdən əmək haqqından öz xərcləri üçün az məbləğ qalmış, bu səbəbdən işdən çıxmışdır. İşdən çıxdıqdan sonra məşğulluq orqanına işsiz olması ilə bağlı müraciət etməmişdir. Hal-hazırda borcu tam şəkildə ödəmək imkanı yoxdur, rəsmi işə qəbul edilərsə, aylıq qazancının bir hissəsinin tutulmasına etirazı olmayacaq. X10 Vəkil Bürosunun vəkili X3 oğlu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün və icra məmurunun izahatları və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. İş materiallarına əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il e-2(046)-269/2025 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs xx.xx.2023-cü il tarixli SNR000208 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 150 manatn ödənilməmiş hissə, 22.50 manat olmaqla cərimə, cəmi 172,50 manat pul alınıb iddiaçı "xxxx" QSC-yə verilməlidir. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il e-2(075)-2277/2024 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs xx.xx.2023-cü il tarixli FUL000884 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 50 manat ödənilməmiş hissə, 7.50 manat olmaqla cərimə, 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 87,9 manat pul alınıb iddiaçı "xxxx" QSC-yə verilməlidir. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il e-2(075)-1756/2024 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 948 manat məbləğində əsas borc, 95 manat cərimə, 3043 manat dövlət rüsumu olmaqla, cəmi 1073.43 manat məbləğində pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli İcra qeydinə əsasən Şəxs "xxxx" MMC-nin xeyrinə ümumilikdə 788,98 manat pul tutulmalıdır. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2025-cü il tarixli İcra qeydinə əsasən Şəxs "xxxx" ASC-nin xeyrinə ümumilikdə 1972,04 manat pul tutulmalıdır. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli İcra qeydinə əsasən Şəxs “X12” MMC-nin xeyrinə ümumilikdə 525 manat pul tutulmalıdır. Tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Şəxs Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli İcra qeydinə əsasən yaranmış borcun ödəməli olması barədə Şəki rayonu üzrə İcra və probasiya şöbəsi tərəfindən məlumat verilmişdir. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il e-2(075)-1756/2024 saylı icra sənədinə əsasən yaranmış borcun ödəməli olması barədə Şəki rayonu üzrə İcra və probasiya şöbəsi tərəfindən məlumat verilmişdir. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Şəxs Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli İcra qeydinə əsasən yaranmış borcun ödəməli olması barədə Şəki rayonu üzrə İcra və probasiya şöbəsi tərəfindən məlumat verilmişdir. Tələbin könüll icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Şəxs Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli İcra qeydinə əsasən yaranmış borcun ödəməli olması barədə Şəki rayonu üzrə İcra və probasiya şöbəsi tərəfindən məlumat verilmişdir. Tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il e-2(046)-269/2025 saylı icra vərəqəsinə əsasən yaranmış borcun ödəməli olması barədə Şəki rayonu üzrə İcra və probasiya şöbəsi tərəfindən məlumat verilmişdir. Tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il e-2(075)-2277/2024 saylı icra vərəqəsinə əsasən yaranmış borcun ödəməli olması barədə Şəki rayonu üzrə İcra və probasiya şöbəsi tərəfindən məlumat verilmişdir. Borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin qərarına əsasən borlcu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olamdığı üçün həmin şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi əmlakının, bankda pul vəsaitinin olub olmaması barədə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı, bankda pul vəsaiti aşkar edilməmişdir. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra vərəqənin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, ödənilməmiş borcunun məbləğini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının aşağı həddində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 13 avqust 2025-ci il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 13 avqust 2025-ci il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni 13 avqust 2025-ci il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 13 avqust 2025-ci il tarixdən saat 11:00-dan hesab edilsin. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar