Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-553/2022 01.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxx 1981-ci il tarixdə Şəki rayonu Təpəcənnət kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Şəki rayonu Təpəcənnət kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-patrul xidməti alayından daxil olmuş inzibati xətaya dair işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, Muradov X1 Xətalar Məcəllənin 338.4-338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması halına (hallarına) yol vermiş, nəticədə İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-patrul xidməti alayından Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə və zərərçəkmiş şəxs X3 məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİNnin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-patrul xidməti alayı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, zərərçəkmiş şəxs X4 isə gəlməmişdir. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki rayonu Təpəcənnət kəndində yaşayır. 07 avqust 2022-ci il tarixdə özünə məxsus mal-qaranı örüş sahəsindən gətirərkən asfalt örtüklü yolun üzərindən kəndə tərəf keçirərkən Zaqatala istiqamətindən Yevlax istiqamətinə hərəkət edən TİR markalı 34HN8410 Türkiyə dövlət nömrə nişanlı yük avtomobili tərəfindən saat 20:35 radələrində havanın qaranlıq vaxtı vurulmuşdur. Hadisə baş verən zaman ona məxsus mallardan bir maş mal vurulmuşdur. O özü malların yola qaçmalarının qarşısını ala biləmiş və bununlada hadisə baş vermişdir. Zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ondan hər hansı bir şikayət və tələbi yoxdur. Odur ki, qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan zərərçəkmiş şəxs X2 izahatından görünür ki, 07 avqust 2022ci il tarixdə, saat təxminən 20:35 radələrində idarə etdiyi DAF markalı tır ** NH ***0 Türkiyə dövlət nömrə nişanlı yük avtomobili ilə Zaqataladan Yevlax istiqamətinə gedərkən Yevlax- Zaqatala-Gürcüstan yolunun 41 km-liyindən keçən hissəsində hərəkətdə olduğu zaman yolun sağ hissəsindən yolun ortasına qəfildən bir neçə iri buynuzlu malı qaçmışdır. Malları vurmamaq üçün səy göstərsə də, maşını saxlaya bilməmiş, bir baş malı vurmuşdur. Hadisə nəticəsində heç bir xəsarət almasa da, maşına maddi ziyan dəymişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 08 avqust 2022-ci il tarixli, 80 nömrəli rəydən görünür ki, DAF markalı, **-HN-***0 Türkiyə dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan xidmət işinin dəyəri 350 manat, lazım olan ehtiyat hissələrinin mal və material dəyəri 690 manat olmaqla, cəmi 1040 manat təşkil edir. İş materiallarında olan 07 avqust 2022-ci il tarixli qəbzdən görünür ki, X5 alkotester vasitəsilə müayinə edilmiş, onda serxoşluq aşkar edilməmişdir. Göründüyü kimi Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları ilə tam təsdiq olunur. Belə ki, Şəxs 07 avqust 2022-ci il tarixdə özünə məxsus heyvanları günün qaranlıq vaxtında asfalt yollarla ötürmüş, bu zaman DAF markalı, **-HN-***0 Türkiyə dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4–338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini və onun şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, məhkəmə Şəxs Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulan minimum həddə inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-553/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-553/2022
01.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver