Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-554/2023 25.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil və zərərçəkmiş şəxs X1 iştirakları ilə xx xxxxxx 1976-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, subay, işləməyən, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş 25 iyun 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-924/2021 nömrəli, 21 may 2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 24 mart 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 130 manat aliment alınaraq tələbkar X3 ödənilməlidir. Sözügedən borclar borclu tərəfindən ödənilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədləri üzrə tələbin icrası təmin edilməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X6 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-924/2021 nömrəli, 21 may 2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 24 mart 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 130 manat aliment alınaraq tələbkar X3 ödənilməlidir. İcra sənədi üzrə tələbin məcburi icrası ilə bağlı borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədi ilə müxtəlif dövlət orqanlarına və banklara sorğular verilmiş, sorğulardan alınan cavablara əsasən borclunun adına hər hansı əmlak və ya qızıl-ziynət əşyası aşkar edilməmişdir. Hazırda icra sənədi üzrə borclu Şəxs ödənilməmiş aliment borclu 680 manat təşkil edir. Sözügedən aliment borcu icra edilmədiyi üçün borcluya rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədi üzrə tələbin icrası təmin edilməmişdir. icra sənədinin məcburi icrası ilə əlaqədar olaraq borclu Şəxs İcra məmurunun çağırışlarına gəlmədiyi üçün onun barəsində olan Şəki Rayon Məhkəməsinin məcburi gətirilməsi haqqında qərardadı xx.xx.2022-ci il tarixdə icra olunması üçün Şəki ŞRPŞ-nə göndərilmişdir. xx.xx.2023-cü il tarixində Polis əməkdaşları tərəfindən Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmiş və həmin tarixdə izahat alınmışdır. Borcludan yaranmış aliment borcunun bu günə kimi ödənilmədiyinin səbəbi soruşulmuşdur. Borclu izahatında maddi vəziyyətinin yaxşı olmadığını, həmçinin yaranmış aliment borcundan ödəniş etmək imkanının olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixində icra sənədinin icrası ilə əlaqədar olaraq borclunun ünvanında olduqları zaman borclunun həmin ünvanda olmadığı və yaşamadığı tərəflərindən müəyyən edilmişdir. Borclu barəsində “Borclunun axtarılması haqqında” xx.xx.2023-cü il tarixli qərar qəbul edilərək icra edilməsi üçün Şəki ŞRPŞ-nə göndərilmişdir. Borclu Şəxs xx.xx.2023-cü il tarixində polis əməkdaşları tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. xx.xx.2023-cü il tarixində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə borclu izahat verərək maddi vəziyyətinin yaxşı olmadığını, həmçinin yaranmış aliment borcundan ödəniş etmək imkanının olmadığını bildirmişdir. Hazırda 100 manat ödəyə biləcəyini bildirmişdir. Odur ki, keçən müddət ərzində icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən tam olaraq icra edilməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Protokolu müdafiə etmiş, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, borclu Şəxs 24 iyun 2023-cü il tarixdə saat 17:00-da polis əməkdaşları tərəfindən saxlanılmış və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək 25 iyun 2023-cü il tarixdə məhkəməyə aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 924/2021 nömrəli, 21 may 2021-ci il tarixli icra sənədinə əsasən ondan 24 mart 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 130 manat aliment alınaraq tələbkar X3 ödənilməlidir. İcra sənədindən məlumatı vardır. Bildirmişdir ki, keçən ilin dekabr ayınadək 870 manat aliment borcu var idi. Keçən ilin dekabr ayından indiyədək 130 manat aylıq aliment məbləğindən əlavə olaraq hər dəfə 70- 100 manat arası aliment borcundan ödəniş etmişdir. Hal-hazırda 680 manat aliment borcu mövcuddur. 21 iyun 2023-cü il tarixində anası ilə 160 manat göndərsə də, icra məmuru tərəfindən qəbul olunmamışdır. Göstərmişdir ki, o, hal-hazırda işləmir. İş olan fəhləlik edir. Bundan başqa hər hansı gəlir yeri yoxdur. O, ödənilməmiş 680 manat aliment borcundan hal-hazırda 100 manat ödəyə bilər. Gələn ayın 11-12-si 200 manat ödəniş edə bilər. Onun axtarışda olduğundan məlumatı olmamışdır. Əlavə olaraq bildirdi ki, o, 24 iyun 2023-cü il tarixdə saat 17:00-da polis əməkdaşları tərəfindən saxlanılmış, 25 iyun 2023-cü il tarixdə məhkəməyə aparılmışdır. Törətmiş olduğu əməlindən peşmandır. Himayəsində 8 aylıq azyaşlı uşağı vardır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək bildirmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-924/2021 nömrəli, 21 may 2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 24 mart 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 130 manat aliment alınaraq ona ödənilməlidir. Bildirmişdir ki, borclu Şəxs qərəzli olaraq bu günə kimi tələb olunan aliment məbləğini ona ödəməmişdir. O, bir ana kimi uşaqların qayğısına qalır, çətinliklədə olsa uşaqlarının maddi təminatlarını qarşılamağa çalışır. Borclu tərəfindən aliment borcunun tam şəkildə, vaxt-vaxtında ödənilməsini tələb edir. Bildirmişdir ki, o, dəfələrlə borcludan alimenti ödəmədiyi üçün şikayətçi olmuş, lakin borclu Şəxs yenə də alimentin ödənilməsini təmin etməmişdir. Borcun tam ödənilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Belə ki, icra sənədi barədə məlumatı və imkanı olduğu halda qərəzli olaraq icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar böyük icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya böyük icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 24 iyun 2023-cü il tarixdə saat 17:00-da polis əməkdaşları tərəfindən saxlanılmış və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 24 iyun 2023-cü il tarixdən, saat 17:00 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq azadlığı məhdudlaşdırılmışdır. Bu baxımdan da, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli 24 iyun 2023-cü il tarixdən, saat 17:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 24 iyun 2023-cü il tarixdən, saat 17:00-dan hesablansın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-554/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-554/2023
25.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver