Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-555/2023 26.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X9 və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) X10 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X14 xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X9 verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X5 ərizə ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilən xx.xx.2023-cü il tarixli inzibati xəta haqında protokolun və onun əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. X5 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, əməkdaşlarının tərtib etdiyi protokola əsasən xx.xx.2023-cü il tarixdə MN No ******* saylı qərar qəbul edilmişdir. Qərara əsasən o Qoxmuq Bələdiyyəsinin sədri vəzifəsinin müvəqqəti icra edən şəxs olduğum üçün vəzifəli şəxs qismində İXM-nin 271-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə olunmuşam. Həmin protokol və onun əsasında qəbul edilən qərar qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, bələdiyyənin xx.xx.2015-ci il tarixli 03 nömrəli qərarı ilə bələdiyyə ərazisində kənd sakinlərinin məişət tullantılarının atılması üçün 1000 kv m torpaq sahəsi ayrılmışdır. Həmin tullantılar hər ay tərəfimizdən təmizlənilir. Həmin tullantıların gündəlik təmizlənməsi üçün bələdiyyənin həm vəsaiti həm də texnikası yoxdur. Sözügedən ərazi insanların yaşayış yerindən kifayət qədər aralıda yerləşir. Yəni qərarda göstərilən pozuntuya tərflərindən yol verilməmişdir. Barəsində tərtib olunan protokol əsasında inzibati tənbeh tətbiq edilməsi barədə qəbul edilərkən mənim iştirakım təmin olunmamış, izahatı alınmamış, vəsatəti və etirazı olub-olmaması aydınlaşdırılmamışdır. Həmçinin qəbul edilən qərar mənə təqdim olunmamış, şikayət vermək hüquqları izah edilməmişdir. Göründüyü kimi Şəki Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli protokolu və onun əsasında qəbul edilən xx.xx.2023-cü il tarixi MN- 1389098 saylı qərar qəbul edilərkən qanunverivciliyin tələblərini kobud surətdə pozulmuşdur. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında X9 etibarnamə üzrə nümayəndəsi (vəkili) X18 şikayət ərizəsini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X19 izahat verərək bildirdi ki, Şəki rayonu Qoxmuq kənd bələdiyyə sədri X15 barəsində Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə Şəki Şəhər Rayon Polis Şöbəsi tərəfindən tərtib olunan xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokol və protokol əsasında Azərbaycan Respublikası ETSN-nin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli MN1389098 nömrəli tənbehvermə haqqında qərar tam qanuni və əsaslıdır. Belə ki, X15 barəsində Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə Şəki Şəhər Rayon Polis Şöbəsi tərəfindən protokol tərtib olunmuşdur ona görə ki, reyd keçirilən zaman Şəki rayonu Qoxmuq kənd bələdiyyəsinə məxsus ərazidə sənaye və məişət tullantılarının qalaqlanması faktı aşkar edilmiş və foto şəkillər çəkilərək inzibati işin materiallarına əlavə edilmişdir. Bundan əlavə Şəki rayonu Qoxmuq kənd bələdiyyə sədri X6 Şəhər Rayon Polis Şöbəsi tərəfindən tərtib olunan xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokolla razılaşmış və protokola şəxsən imza etmişdir. Şikayət ərizəsi əsassız olduğu üçün təmin edilməməlidir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadə verərək bildirdi ki, bələdiyyədə mühasib işləyir. Həmin ərazi bələdiyyə qərarı ilə zibillik kimi ayrılmışdır. Protokol yazılarkən zibil quyuda deyil, kənarda olmuşdur. Həmin ərazidə “bura zibil atmaq olmaz” yazılan plakat vardır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, bələdiyyə tərəfindən zibil poliqonu kimi ayrılmışdır. O ekskovatorla hər ay zibilləri təmizləyir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək bildirdi ki, o bələdiyyə üzvüdür. Zibilləri bələdiyyənin vəsait hesabına ayda bir dəfə təmizləyirlər. Məhkəmə şikayət verən şəxs X9 şikayətini, iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, X9 şikayəti qismən təmin edilməli, yəni 09 iyun 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir Belə ki, iş materiallarında olan 09 iyun 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəki rayonu, Qoxmuq kəndi ərazisində bələdiyyəyə məxsus ərazidə müəyyən olunmamış yerdə sənayə və məişət tullantılarının qalaqlanmasına görə X1 Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə 2000 manat cərimə olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş, Şəki Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X17 tərəfindən tərtib edilmiş 18 may 2023-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Gülnarə Seyidova tərəfindən xx.xx.2023-cü il tarixdə Şəki rayonu, Qoxmuq kəndi ərazisində məişət tullantılarının qalaqlanması qaydalarının pozulması faktı müəyyən olunmuşdur. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə MN seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli qərardaddan görünür ki, X15 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokolun ETSN-nin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 12 sentyabr 2022-ci il tarixli, 13 nömrəli protokoldan görünür ki, çoxsaylı səs vermənin nəticəsində bələdiyyə sədrinin səlahiyyətləri müvəqqəti olaraq Şəki rayonu, Qoxmuq bələdiyyəsinin sədr müavini X12 həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş 22 iyun 2023-cü il tarixli aktdan görünür ki, Şəki rayon, Qoxmuq kəndində, Qoxmuq bələdiyyə ərazisində, bələdiyyənin təyinatlı zibil poliqonu sahəsində mütəmadi təmizlik işləri aparılmışdır. Aktın doğruluğunun X20, X11, X16, X4 və X24 öz imzaları ilə təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş Şəki rayon, Qoxmuq bələdiyyəsinin 24 fevral 2015-ci il tarixli, 03 nömrəli iclas protokolunun qərar hissəsindən çıxarışdan görünür ki, məişət tullantılarının atılması üçün torpaq sahəsinin ayrılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Şəki rayon, Qoxmuq bələdiyyəsinin 13 avqust 2022-ci il tarixli, 12 nömrəli iclas protokolunun qərar hissəsindən çıxarışdan görünür ki, zibil poliqonu ərazisində təmizlik işlərinin aparılması üçün bələdiyyənin büdcəsi hesabından 70 (yetmiş) manat vəsaitin ayrılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Şəki rayon, Qoxmuq bələdiyyəsinin 01 mart 2023-cü il tarixli, 04 nömrəli iclas protokolunun qərar hissəsindən çıxarışdan görünür ki, kəndin zibil tullantıları üçün ayrılmış zibil poliqonun daxili və ətrafında pərakəndə halda olan, ətrafa yayılmış bildirilməklə pis vəziyyətin alındığının qeyd edilməsi, həmin zibil poliqonu daxili və ətrafında yaranmış vəziyyətin aradan qaldırılması, təmizlik işlərinin aparılması üçün bələdiyyənin büdcəsi hesabından 300 (üç yüz) manatın ayrılması qərar alınmışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.11ci bəndinə əsasən həmin Məcəllənin 228,230, 234, 236 - 242, 243.0.2, 243.0.3, 243.0.5, 243.0.6, 243.0.8, 243.0.9, 244 (meşə fondu torpaqlarına aid hissəsində), 253, 253-1.2 - 253-1.4, 254 - 261, 264.0.1, 264.0.4, 264.0.6, 264.0.7, 266.1, 266.2, 266.5–266.13, 269, 271, 273, 274, 275.1 – 275.3, 291, 292 və 541-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsində qeyd edilir ki, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Qanunvericiliyin qeyd edilən normalarının məzmunundan aydın olur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi olduqda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən baxılır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* nömrəli protokol Şəki-Şəhər Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi tərəfindən tərtib edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair qərarından görünür ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Məhkəmə araşdırması zamanı da müəyyən edildi ki, X9 barəsində İXM-nin 271-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanması Şəki ŞRPŞ-də toplanmış materiallar olmuşdur, Şəki şəhər-rayon polis şöbəsi də X15 barəsində qeyd edilən inzibati xəta pozuntusu ilə bağlı toplanmış müvafiq materialları aidiyyəti üzrə müvafiq orqana göndərməli olduğu halda 18 may 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş, baxılması üçün Azərbaycan Respublikası ETSN-nin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi də qanunvericiliyin tələbini nəzərə almadan X9 əməlində Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə təqsirli bilərək onu 2000 (iki min) manat inzibati qaydada cərimə etmişdir. İşin faktik hallarından görünür ki, inzibati xəta haqqında iş üzrə icraat aparılarkən Azərbaycan Respublikası İXM-nin tələbləri pozulmuş, X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* nömrəli, 18 may 2023-cü il tarixli protokol səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edilmiş və X15 barəsində səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən protokol tərtib edilmədən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bu isə öz növbəsində İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması ilə nəticələnmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması», «bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X15 tərəfindən verilmiş şikаyət qismən təmin edilməli, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat miqdarında inzibati qaydada cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarı ləğv edilməli və həmin iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qaytarılmalı, Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə isə işə baxarkən, polis şöbəsinin protokol tərtib edib baxılması üçün Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərərkən qanunvericiliyin tələblərinə düzgün əməl edib-etməməsi dəqiq araşdırılmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, X15 şikayətində əlavə olaraq səlahiyyətli orqan tərəfindən onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun da ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayətin həmin dəlilini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində yalnız inzibati xəta haqqında iş üzrə qərarlardan və ya qərardadlardan şikayət verilməsi nəzərdə tutulmuş, inzibati xəta haqqında protokoldan şikayət verilməsi isə nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, şikayət həmin hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-131 və 135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. X12 inzibati tənbeh verilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X14 xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qaytarılsın. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-555/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-555/2023
26.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver