Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-556/2025 19.11.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs X8 Vəkil Bürosunun vəkili Vəkil2 iştirakları ilə xx.xx.1985-ci il tarixdə Şəki rayonunun Qoxmuq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi sahibkar, Şəki rayonunun Qoxmuq kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 3(075)-556/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan Zərərçəkmiş şəxs şikayət verərək, Şəki Rayon Məhkəməsinin 3(075)- 556/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 3(107)-307/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxs X1 nümayəndəsi X2 tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilməsinə dair Şəki Rayon Məhkəməsinin 3(075)-556/2025 nömrəli, 18 avqust 2025-ci il tarixli qərarın ləğv edilməsi, inzibati xəta haqqında protokol və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Şəki Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin nümayəndəsi icra məmuru X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(107)- 215/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs Azərbaycan Respublikası Mərkəzi Bankının borcun icra edildiyi günə Azərbaycanın manatına olan məzənnəsi ilə hesablanmaqla ******* (17800,44 manat) rubl və 15 manat icra rüsumu üzrə tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə Şəki rayonunda İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icrata başlanılmışdır. Borcluya icra barədə könüllü icrası haqqında bildiriş birlikdə borcluya göndərilmişdir.İcra sənədi üzrə tələbin məcburi icrası ilə bağlı borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə müxtəlif dövlət orqanlarına və banklara sorğular verilmiş, sorğulara alınan cavablara görə borclunun adına hər hansı əmlak və ya qızıl-zinət əşyası təsbit edilməmişdir. Borclu Şəxs Şöbəyə gəlmədiyinə görə xx.xx.2024-cü il tarixdə borclunun məcburi gətirilməsinə dair təqdimat hazırlanaraq baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsi tərəfindən borclu Şəxs məcburi gətirilməsi barədə 8(075)-229/2024 saylı, xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 8(075)-64/2020 saylı, xx.xx.2020-cu il tarixli qərardad icra olunması üçün Şəki Şəhər Rayon Polis Şöbəsinə göndərilmişdir. Borclu Şəxs xx.xx.2025-ci il tarixdə şöbəyə gətirilmişdir. Həmin tarixdə borcludan izahat alınmışdır. Borclu şöbədə verdiyi izahatda tələbkar X3 hazırda 50 min manat pul borcu olduğunu və həmin borcu mərhələlərlə ödəyəcəyini bildirmişdir. Həmçinin borclu ona məxsus torpaq sahəsini də sataraq həmin borcun bir hissəsini ödəyəcəyini bildirmişdir. Borclu növbəti məhkəmə iclasına torpağının hazırlıq bazar edən yerin ətrafında 45-50 min manat dəyərində olduğuna dair rəsmi sənəd təqdim edəcəyini bildirmişdir.Həmin izahat X3 təqdim edilmişdir. Həmçinin borclu həmin izahatı məhkəmədə oxunacağını və məhkəməyə təqdim ediləcəyini bildirmişdir. Bununla əlaqədar icra sənədləri üzrə borclunun borcu ******* (17800,44 manat) rubl təşkil edir. Yuxarıda göstərilən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X7 protokolda qeyd edilənləri təsdiq etməklə əlavə olaraq izahatında bildirdi ki, icra sənədləri üzrə borclu borcundan heç bir ödəniş etmədiyindən onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin suallarına cavab olaraq icra məmuru bildirdi ki, hazırda borcların əvəzləşdirilməsinə dair hər hansı rəsmi müraciət edilməmişdir. Həmin iş üzrə icra icraatı ayrıdır. Nazirlikdə araşdırılır. O işin buna aidiyyəti yoxdur. Sonda qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, tələbkarla qohumdurlar. Əslində tələbkarın da ona borcu var. Onlar arasında münasibətlər pis olduğununa görə onun qardaşı ilə tələbkar arasında qeyri-rəsmi razılıq əldə edilmişdir. Razılıq ondan ibarət olmuşdur ki, o, tələbkardan borcunu tələb etməyəcək, tələbkar da icra sənədi üzrə olan borcu ödəməyi ondan tələb etməyəcək. Bu minvalla tərəflər arasında hər hansı mübahisə yaranmamışdır, icra məmuru tərəfindən ondan borcun ödənilməsi tələb edilməmişdir. Lakin tələbkar 2024-cü ildə icra şöbəsinə ərizə ilə müraciət edərək icra sənədi üzrə borcun ödənilməsini tələb etmişdir. Bu gün o, borcu qarşı tərəf tərəfindən olan ödənilməli olan icra sənədini icra etmədiklərinə görə ödəmir. O borclar əvəzlşədirilməlidir. Borclu protokol üzrə borclarının olmasını təsdiq etməklə bərabər məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etdi. X8 Vəkil Bürosunun vəkili Vəkil2 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(107)-215/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs Azərbaycan Respublikası Mərkəzi Bankının borcun icra edildiyi günə Azərbaycanın manatına olan məzənnəsi ilə hesablanmaqla ******* (17800,44 manat) rubl və 15 manat icra rüsumu üzrə tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli İcraata başlamaq haqqında qərardan görünür ki, icra məmuru tərəfindən icra sənədi üzrə icraata başlanılmış, həmin tarixli bildirişlə Şəxs müraciət edilərək tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif edilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli İcra ödənişinin alınması haqqında qərardan görünür ki, icra məmuru tərəfindən borclu Şəxs 81066.86 rus rublu məbləğində icra ödənişinin alınması qərara alınmışdır. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin "xxxx" QSC-yə ünvanladığı xx.xx.2019cu il tarixli məktuba əsasən borclu Şəxs barəsində tərtib edilmiş inkasso sərəncamı icra edilməsi üçün həmin banka göndərilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin "xxxx" QSC-yə ünvanladığı xx.xx.2021ci il tarixli məktuba əsasən borclu Şəxs barəsində tərtib edilmiş inkasso sərəncamı icra edilməsi üçün həmin banka göndərilmişdir. X1 Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə ünvanladığı inzibati məsuliyyətə cəlb olunması haqqında 13 avqust 2024-cü il tarixli ərizədən görünür ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(107)-215/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs Azərbaycan Respublikası Mərkəzi Bankının borcun icra edildiyi günə Azərbaycanın manatına olan məzənnəsi ilə hesablanmaqla ******* (17800,44 manat) rubl və 15 manat icra rüsumu üzrə tutularaq onun xeyrinə ödənilməlidir, borcun tam şəkildə ödənilməyəci təqdirdə borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə inzibati protokolun tərtib edilərək məhkəməyə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə ünvanladığı 13 avqust 2024-cü il tarixli məktuba əsasən Şəxs məxsus Şəki rayonu, Öyrət kəndində yerləşən 3.21 ha və 3.59 ha torpaq sahələri 12 saylı Şəki Ərazi İdarəsində qeydiyyata alınmışdır. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli borclunun məcburi gətirilməsi haqqında qərarından görünür ki, icra məmuru tərəfindən borclu Şəxs icra sənədi üzrə tələbi təmin etmədiyi üçün onun 3 gün müddətində könüllü olaraq şöbəyə gəlməyəcəyi təqdirdə barəsində məcburi gətirilmə haqqında məhkəməyə təqdimat verilməsi qərara alınmışdır. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, icra məmuru tərəfindən icra sənədi üzrə borclu Şəxs müraciət edilərək tələbin 3 gün müddətində icra və probasiya şöbəsinə gəlməsi təklif edilmiş, əks halda ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəməyə təqdimatla müraciət ediləcəyi bildirilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli borclunun axtarışı haqqında qərarından görünür ki, icra məmuru tərəfindən icra sənədi üzrə borclu Şəxs Şəki rayonu, Qoxmuq kəndində yaşamadığı müəyyən edildiyi üçün onun barəsində axtarış elan edilmişdir. Şəki Rayon Məhkəməsinin 8(075)-230/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən Şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin 8(075)-229/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən Şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilməsi qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin 8(075)-227/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(107)-215/2019 saylı, xx.xx.2019cu il tarixli icra sənədi üzrə borc məbləğinin borclu Şəxs məxsus olan Şəki rayonu, Öyrət kəndində yerləşən 3.59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməklə həmin sahənin üzərinə həbs qoyulması qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdırıb və proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir və buna görə o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Borclu tərəfindən icra sənədlərində göstərilən borcdan ödəniş edilməmiş, icra sənədləri tam olaraq icra edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs protokol tərtib edilənədək icra sənədi üzrə ödəməli məbləğindən ödəniş etməməsi və protokol tərtib edildikdən sonra da heç bir ödəniş etməməsi inzibati tənbeh tədbirindən yayınmaq məqsədi daşımaqdadır. Yuxarıda qeyd olunan Şəki Apellyasiya Məhkəməsi qərarında qeyd etmişdir ki, Şəxs barəsində birinci instansiya məhkəməsi tərəfindən cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə baxmayaraq, qeyd olunmuş hal Şəxs öz əməlinə tənqidi münasibətin formalaşması ilə nəticələnməmiş, o, zərərçəkmiş şəxsə olan borcundan hər hansı ödəniş etməmişdir. Göründüyü kimi, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 19 noyabr 2025-ci il tarixdən, saat 15:15-dən məhdudlaşdırıldığından, Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan, yəni 19 noyabr 2025-ci il tarixdən, saat 15:15-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 19 noyabr 2025-ci il tarixdən, saat 15:15-dən hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərvanə Məmmədova
Məhkəmə qərarları › İş №3(075)-556/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-556/2025
19.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver