Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-557/2022 22.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxx 1989-cu il tarixində Şəki rayonu, Bideyiz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, Şəki rayonu, Bideyiz kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta barədə protokolda göstərilir ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)- 17/2019 nömrəli, 07 yanvar 2019-cu il tarixli icra sənədi üzrə borclu Şəxs hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 80 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Bundan başqa Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1047/2020 nömrəli, xx.xx.2020-cu il tarixli icra sənədi üzrə borclu Şəxs hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X9 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-17/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu Şəxs hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 80 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2019-cu ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. Bundan başqa Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1047/2020 nömrəli, xx.xx.2020-cu il tarixli icra sənədi üzrə borclu Şəxs hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2020-cu ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və icra sənədləri bir icraata birləşdirilmiş, qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində tələbin icrası təmin edilməmiş, aliment borcu ödənilməmiş, nəticədə 2960 manat aliment borcu yaranmışdır. Borcludan icra sənədinin icrası tələb olunmuş, aliment ödənilməmiş, tələb yerinə yetirilməmiş, çağırışlara gəlməmişdir. Borclunun yeri müəyyən olunmadığından xx.xx.2021 -ci il tarixində borclunun axtarılması barədə qərar qəbul edilmiş və icra edilməsi üçün Şəki şəhər Polis Şöbəsinə göndərilmiş, şöbədən bildirilmişdir ki, borclu Şəxs barəsində xx.xx.2021-ci il tarixdə, 820738 saylı axtarış işi açılmışdır. Şəxs 21.01.202-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi axtarışda olmuşdur. İcra sənədi üzrə borclu Şəxs xx.xx.2022-ci il tarixində Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Ondan həmin tarixdə izahat alınmışdır. Borclu izahatında işlədiyini, növbəti bir ay müddətində borcunu ödəyəcəyini bildirmişdir. Eyni zamanda borclunun adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə müvafiq orqanlara sorğular göndərilmişdir. Lakin borclunun adına heç bir pul vəsaiti və əmlak aşkar edilməmişdir. Göründüyü kimi Şəxs icra sənədi borcunu ödəməsi üçün faktiki imkanlara malik olmasına baxmayaraq icra sənədini qərəzli olaraq icra etməmiş, həmçinin çağırış üzrə gəlməkdən icradan yayınmaqla icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və bununla da AR İXM-nin 528.1-ci maddisində, göstərilən inzibati xətanı törətmişdir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh verilməsini xahiş edir. Əlavə olaraq bildirdi ki Şəxs 22 avqust 2022-ci il tarixdə, saat 11:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 14:30-da məhkəməyə aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, usta işləyir, icra sənədlərindən xəbəri olmuşdur. Lakin tələbkarla razılaşmışlar ki, onun Bakı şəhərində yaşadığı ərazidə olan torpağının bir hissəsini borcun əvəzi olaraq tələbkara versin. Lakin ayrı-ayrı vaxtlarda onun avtoqəza keçirməsi və tələbkarın yaxın qohumunun dünyasının dəyişməsi səbəblərindən torpağın tələbkara verilməsinə dair razılaşmaları baş tutmamışdır. Hətta istifadəsində olan avtomobili də tələbkara verməyə hazırdır. Əlavə olaraq bildirdi ki, 22 avqust 2022-ci il tarixdə, saat 11:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 14:30-da məhkəməyə aparılmışdır. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 Elşən Tahir oğlunun əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Göründüyü kimi, Şəxs icra məmurunun qanuni tələblərini əməl etməkdən qəsdən boyun qaçırmış, məhkəmə qərarlarının qəbul edilərək icraya yönəldilməsindən kifayət qədər vaxt keçməsinə baxmayaraq borcunu ödəməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 22 avqust 2022-ci il tarixdə, saat 11:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 14:30-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 22 avqust 2022-ci il tarixdə, saat 11:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni 22 avqust 2022-ci il tarixdən, saat 11:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmasının əvvəli 22 avqust 2022-ci il tarixdə, saat 11:30-dan hesab edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-557/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-557/2022
22.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver