Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-558/2020 14.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi ilə, xx xxxx 1973-cü il tarixdə Ermənistan Respublikası, Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki rayonu Çolaxlı kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 23:00 radələrində sürücülük hüququ olduğu halda alkoqol sərxoşluğu vəziyyətində «VAZ 21074» markalı, **-BO-*** dövlət qeydiyyat nömrəli minik avtomobilini Şəki şəhəri ərazisində idarə edərkən Şəki ŞRPŞ DTPB-nin əməkdaşı tərəfindən saxlanılmış və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki şəhər-rayon Polis Şöbəsindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş edərkən Şəki ŞRPŞ-nə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məlumat verilməsinə baxmayaraq Şəki ŞRPŞ nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına iştirak etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 23:00 radələrində sürücülük hüququ olduğu halda alkoqol sərxoşluğu vəziyyətində «VAZ 21074» markalı, **-BO-*** dövlət qeydiyyat nömrəli minik avtomobilini Şəki şəhəri ərazisində idarə etdiyini etiraf etmiş və Şəki ŞRPŞ DTPB-nin əməkdaşı tərəfindən saxlanılaraq avtomobili alkoqol sərxoşluğu vəziyyətində idarə etməsi ilə əlaqədar barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini təsdiq etmişdir. İş materiallarında olan “Nəqliyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx xxxxxxxx 2020-ci il tarixli, 199 saylı aktdan görünür ki, Şəxs yüngül dərəcəli sərxoşluq aşkar edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixdə alkotektor müayinəsinin nəticəsinə görə Şəxs alkotektor dərəcəsi 0.332 mq/l promil səviyyəsində olmuşdur. İş materiallarında olan Şəki ŞRPŞ DYPB-nin rəisi, polis mayoru X1 inzibati xəta haqqında işin məhkəməyə göndərilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardaddan görünür ki, Şəki rayonu, Çolaxlı kənd sakini 1973-cü il təvəllüdlü Şəxs xx.xx.2020-ci il tarixdə, saat təxminən 23:00 radələrində, “Vaz-21074” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki şəhəri ərazisində Şəki Şəhər-Rayon Polis Şöbəsi Dövlət Yol Polis Bölməsinin yol patrul xidməti ınspektoru, polis baş serjantı X2 tərəfindən saxlanılmışdır. Yoxlama zamanı vətəndaş Şəxs alkaqol maddə qəbulu nəticəsində sərxoş vəziyyətdə olduğu şübhə doğurmuşdur. Həkim və alkotestr müayinəsindən keçdikdən sonra vətəndaş Şəxs yüngül dərəcəli sərxoşluğu müəyyən olunmuş və onun Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi təsdiqini tapmışdır. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1 -ci maddəsi ilə toplanmış inzibati xəta haqqnda material baxılıb qərar qəbul olunması üçün Şəki Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə Şəxs qeyd olunan hərəkəti Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib, 400 manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-558/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-558/2020
14.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver