Məhkəmə qərarları › İş №3(075)-558/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-558/2022

22.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-558/2022 22.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx xxxxxx 1981-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əlilliyi olmayan, himayəsində 3 azyaşlı övladı olan, ünvan 1 ünvanında yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: xx.xx.2022-ci il tarixli İnzibati xəta haqqında protokola əsasən Şəxs 22 avqust 2022-ci il tarixdə Şəki şəhəri ərazisində narkotik vasitə olan marexuana qəbul etmişdir. Beləliklə də Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X4 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 22 avqust 2022-ci il tarixdə saat 12:01 radələrində Şəki ŞRPŞ-nin İTB-nin PÜ baş inspektoru, polis mayoru X6 ŞRPŞ-nin NMQnun əməliyyat müvəkkili polis leytenantı Kənan Qurbanovla birlikdə xidmət apararkən Şəki şəhəri, Gənclər küçəsində yeləşən 37 nömrəli evin qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər. Polis əməkdaşları həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxslə söhbət ərəfəsində həmin şəxsin hər hansısa narkotik vasitənin təsiri altında olduğunu hiss olunmuş və polis əməkdaşları həmin şəxsi polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində həmin şəxsin ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs olması müəyyən olunmuşdur. Daha sonra həmin şəxsdən həkim narkoloq tərəfindən yoxlanılarkən alınmış sidik analizindən onun narkotik vasitə hesab edilən marixuana, morfin və barbituratlar qəbul etməsi aşkar olunmuşdur. Bu səbəbdən də Şəxs barəsində inzibati xəta haqqında protkol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, təxminən 1 il olar ki, narkotik vasitə olan marexuanadan istifadə edir. O, narkotik vasitəni dərələrdən yığaraq təkbaşına istifadə etmişdir. Axırıncı dəfə təxminən bir ay əvvəl marexuana istifadə etmişdir. Marexuanadan başqa narkotik maddələr qəbul etməmişdir. Bildirmişdir ki, himayəsində 6, 10 və 11 yaşlı azyaşlı uşaqları vardır. Etdiyi əməlin qanun pozuntusu olduğunu bilir, əməlinə görə peşmandır və gələcəkdə belə halların baş verməyəcəyinə söz verir. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə olan 22 avqust 2022-ci il tarixli X1 X3 analizindən görünür ki, Şəxs sidiyində narkotik vasitə olan “Marixuana”, “Morfin” və “Barbituratlar” aşkar edilmişdir. İşdə olan 22 aprel 2022-ci il tarixli inzibati tutma haqqında protokoldan görünür ki, Şəxs 22 avqust 2022-ci il tarixdə, saat 12:20-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə də Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam təsdiq edildi. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar