Məhkəmə qərarları › İş №3(075)-558/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-558/2023

03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-558/2023 03.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki rayonu YNH inspektoru polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakları ilə xx xxxxxxxx 1998-ci il tarixdə Şəki rayonu, Şirinbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Şəki rayonu, Şirinbulaq kəndində qeydiyyatda olmaqla, həmin ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 334.3-cü maddəsi ilə Şəki Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Şəki Şəhər-Rayon Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3cü maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki rayonu YNH inspektoru S.Ələkbərov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə “VAZ 21074” minik markalı **- BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında izahat verən inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki rayonu YNH inspektoru polis kapitanı X5 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində sürücülük hüququ olmadan, yüngül dərəcəli sərxoş vəziyyətdə, idarə etdiyi “VAZ 21074” minik markalı **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə, Şəki rayonu, Əliyar kəndi istiqamətində olarkən qarşı hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozaraq əks istiqamətdə hərəkət edən “VAZ 21064” minik markalı **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sol ön qabağından vuraraq yol –nəqliyyat hadisəsini törətmişdir. Buna görə də, tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, “VAZ 21074” minik markalı **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili əmisinin adına olmaqla müvəqqəti sürmək üçün idarə edir və sürücülük hüququ yoxdur. 02 iyul 2023-cü il tarixdə saat 17 radələrində idarə etdiyi avtomobillə Şəki rayonu ərazisində yerləşənkafelərin birində 500 qramlıq bir butulka pivə içmişdir. Axşam saat 19:00 radələrində kafedən yaşadığı evə gedərkən Şəki rayonu, Əliyar kəndi istiqamətində olarkən qarşı hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozaraq əks istiqamətdə hərəkət edən “VAZ 21064” minik markalı **-BV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sol ön qabağından vurmuşdur. Hadisə zamanı nə özü3 nə də digər avtomobildə olan şəxslər xəsarət almamışdır. Hadisə yerinə DYPŞnin əməkdaşları gəlmişdir. Hal-hazırda digər avtomobil sahibi olan Mehman Yusifovun ondan heç bir şikayəti və tələbi yoxdur. O, törətdiyi əməldə özünü təqsirli bildiyini, etdiyi hərəkətlərə görə peşman olduğunu bildirib, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli 105/2023 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs sərxoşluq müayinəsindən keçmiş və onda yüngül dərəcəli alkoqol sərxoşluğu aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş İXP5520848 nömrəli, 02 iyun 2023-cü il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində sürücülük hüququnun olmadan sərxoş vəziyyətdə “VAZ 21074” minik markalı **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etdərək yol-nəqliyyat hadisəsini törətdiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsilə protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 03 iyun 2023-cü il tarixli 158 nömrəli rəyindən məlum olur ki, Şəxs törətdiyi yol-nəqliyyat hadisəsi zamanı “VAZ 21064” minik markalı **-BV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə təmir işi üçün 930 (doqquz yüz otuz) manat, ehtiyyat hissələri üçün 550 (beş üz əlli) manat, cəmi 1480 (bir min dörd yüz səksən) manat müəyyən edilməklə X3 maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2023-cü il tarixdə “VAZ 21074” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə edərkən diqqətsizlik edərək Şəki rayonu, Əliyar kəndi istiqamətində olarkən qarşı hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozaraq əks istiqamətdə hərəkət edən “VAZ 21064” minik markalı **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sol ön qabağından vuraraq Mehman Yusifova maddi ziyan vurmuş və bununla da o Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünü təqsirli bilməsi ilə yanaşı işin digər materialları ilə tam sübuta yetirilmişdir. İnizibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azad etmək üçün əsaslar məhkəmə baxışında müəyyən edilməmişdir. Məhkəmə baxışında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəki rayonu YNH inspektoru S.Ələkbərov tərəfindən inzibati xəta düzgün olaraq Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsi ilə tövsif edilmişdir və Şəxs həmin inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati tənbeh edilməlidir. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Səlimli X4 Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin sanksiyası çərçivəsində 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar