Məhkəmə qərarları › İş №3(075)-559/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-559/2020

19.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-559/2020 19.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin DYPB-nin nümayəndəsi: X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Azərbaycan Meliorasiya və X11 Səhmdar Cəmiyyəti Şəki X2 İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, Azərbaycan Meliorasiya və X11 Səhmdar Cəmiyyəti Şəki X2 İdarəsinin haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci-ci maddəsi ilə Şəki ŞRPŞdən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Meliorasiya və X11 Səhmdar Cəmiyyəti Şəki X2 İdarəsi nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verməmiş və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Azərbaycan Meliorasiya və X11 Səhmdar Cəmiyyəti Şəki X2 İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki ŞRPŞ-dən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin DYPB-nin nümayəndəsi X8 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Azərbaycan Meliorasiya və X11 Səhmdar Cəmiyyəti Şəki X1 məxsus nəqliyyat vasitəsinin sürücüsü haqqında qanunda nəzərdə tutulmuş 5 gün müddət ərzində Şəki ŞRPŞ-nə məlumat verməmişdir. Belə ki, Azərbaycan Meliorasiya və X11 Səhmdar Cəmiyyəti Şəki X1 göndərilmiş məktub-bildirişi xx.xx.2020-ci il tarixdə almışdır.Azərbaycan Meliorasiya və X11 Səhmdar Cəmiyyəti Şəki X1 göndərilmiş bildirişi xx.xx.2020-ci il tarixdə almasına baxmayaraq daha 5 gün gözləmişdir. Buna görə də Azərbaycan Meliorasiya və X11 Səhmdar Cəmiyyəti Şəki X2 İdarəsi barəsində İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş qaydanı pozduğuna görə xx xxxxxxx 2020-ci il tarixdə inzibati protokol tərtib edilmşdir. Hesab edir ki, protokol əsaslıdır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Meliorasiya və X11 Səhmdar Cəmiyyəti Şəki X2 İdarəsinin nümayəndəsi X6 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Azərbaycan Meliorasiya və X11 Səhmdar Cəmiyyətinin müvafiq Sərəncamına əsasən istehsalatla əlaqədar əvəzsiz olaraq xx xxxxxx 2020-ci il tarixdə PİKAP Mitsubishi L-200 markalı minik avtomobili Şəki X2 İdarəsinin balansına qəbul edilmiş və xx xxxxxx 2020-ci il tarixdə dövlət nömrə nişanı alınmışdır. Şəki X2 İdarəsi Respublika büdcəsindən maliyyələşir və xx xxxxxxxx 2020-ci il tarixədək idarənin hesabında, yəni 222600 maddəsində maliyyə vəsaiti olmadığı üçün göstərilən avtomobilin icbari dövlət sığortası aparılmamışdır. İdarə tərəfindən Cəmiyyətə müraciət olunaraq yuxarıda göstərilən maddəyə maliyyə vəsaitinin açılması xahiş olunmuşdur. xx xxxxxxxx 2020-ci il tarixdə istismar işləri ilə əlaqədar göstərilən avtomobil Bakı şəhərində olmuş və sığorta olunmaması qeydə alınmışdır. Həmin maddə üzrə Cəmiyyət tərəfindən maliyyələşmə aparıldıqdan dərhal sonra xx.xx.2020-ci il tarixdə xxxxxxxxxxxx ASC ilə müqavilə bağlanmış və xx.xx.2020-ci il tarixdə ödəniş aparılaraq göstərilən avtomobil sığortalanmışdır. Şəki SQİİ-nin Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarında balansında olan subartezian-artezian quyuları vasitəsi ilə əhalinin içməli və suvarma suyu ilə təmin olunmasında idarənin maşın-mexanizmlərindən daim məcburi istifadə olunur ki, əhalinin fasiləsiz su təminatı təmin olunsun. Göstərmişdir ki, həmin avtomobilin sürücüsü barədə DYP-nə məlumat verməli olduqları halda səhlənkarlıq edərək lazımı məlumatı vaxtında verməmişlər. Bir daha belə hərəkətlərə yol verməmişlər. Göstərilənləri nəzərə alaraq müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Şəki ŞRPŞ-nin DYPB-nin nümayəndəsi: X8 tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, AP-0169653 seriya nömrəli protokoldan görünür ki, Şəki rayonu, Qoxmuq kəndində yerləşən Azərbaycan Meliorasiya və X11 Səhmdar Cəmiyyəti Şəki X2 İdarəsi tərəfindən MİTSUBİSHİ L200 (minik) markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi barədə məlumat verilməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə bağlanmış icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Şəki X2 İdarəsi ilə “xxxxxxxxxxxx” ASC arasında icbari sığorta müqaviləsi bağlanmış və Şəki X2 İdarəsinə məxsus MİTSUBİSHİ L200 (minik) markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci-ci maddəsinə əsasən Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə-vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Beləliklə, Azərbaycan Meliorasiya və X11 Səhmdar Cəmiyyəti Şəki X2 İdarəsinin qeyd olunan hərəkəti Şəki ŞRPŞ-dən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. İşdən görünür ki, Azərbaycan Meliorasiya və X11 Səhmdar Cəmiyyəti Şəki X1 göndərilmiş məktub-bildirişi xx.xx.2020-ci il tarixdə almış, qanunvericilikdə göstərilən 5 gün ərzində Azərbaycan Meliorasiya və X11 Səhmdar Cəmiyyəti Şəki X2 İdarəsi-yə məxsus nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verməmiş və buna görə də barəsində İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş qaydanı pozduğuna görə xx xxxxxxx 2020ci il tarixdə inzibati protokol tərtib edilmşdir. Məhkəmə DVB Service” MMC-nə Azərbaycan Respublikası İXM-nin 347-ci-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Azərbaycan Meliorasiya və X11 Səhmdar Cəmiyyəti Şəki X2 İdarəsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar