Məhkəmə qərarları › İş №3(075)-56/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-56/2021

22.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-56/2021 22.01.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Niymət Əlicabbar (Cabbarov) oğlunun və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx xxxxxx 1966-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əlilliyi olmayan Şəki şəhəri, Azadlıq küçəsi, 32 ünvanında qeydiyyatda olmaqla yaşayan, Niymət Əlicabbar (Cabbarov) oğlunun haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə Protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 6718/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu Şəxs xx.xx.2017-ci il tarixdən hesablanmaqla hər ay hər bir uşaq üçün 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində aliment alınaraq xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün tələbkar X2 verilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X7 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-6718/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu Şəxs xx.xx.2017-ci il tarixdən hesablanmaqla hər ay hər bir uşaq üçün 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində aliment alınaraq xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün tələbkar X2 verilməlidir. Hal-hazırki tarixə icra sənədi üzrə borclu Şəxs 2236 manat məbləğində aliment borcu yaranmışdır. Qeyd edilən icra sənədi xx.xx.2018-ci il tarixində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında müvafıq bildirişlə birlikdə borclu Şəxs göndərilmişdir. Lakin borclu Şəxs könüllü icra müddəti ərzində icra sənədi üzrə tələbi icra etməmişdir. Borclu Şəxs dəfələrlə rəsmi və şifahi qaydada xəbərdarlıqlar edilməsinə, barəsində tətbiq edilmiş digər məcburi icra tədbirlərinə baxmayaraq icra sənəd üzrə tələbin icrasını təmin etməmiş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. xx.xx.2021-ci il tarixində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində olan borclu Şəxs verdiyi izahatında hal-hazırki tarixdə icra sənədi üzrə borc məbləğindən heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Əlavə olaraq bildirdi ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdən, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 16:30-da məhkəməyə aparılmışdır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-6718/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə ondan xx.xx.2017-ci il tarixdən hesablanmaqla hər ay hər bir uşaq üçün 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində aliment alınaraq xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün tələbkar X2 verilməlidir. İcra sənədindən xəbəri var. İcra sənədi üzrə alimentin vaxtı ilə ödəmişdir. Lakin hazırda heç bir yerdə işləmir, ona görə də 2236 manat aliment borcu yaranmışdır. Maddi imkanın aşağı olması ilə bağlı son aylarda ödəniş edə bilməmişdir. Əlavə olaraq bildirdi ki, xx xxxxxx 2021-ci il tarixdən, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 16:30-da məhkəməyə aparılmışdır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərdi ki, Niymət Əlicabbar oğlunun aliment məbləğinin ödəməməkdə qərəzi yoxdur. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X5 izahat verərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 6718/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu Şəxs xx.xx.2017-ci il tarixdən hesablanmaqla hər ay hər bir uşaq üçün 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində aliment alınaraq xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ona verilməlidir. Lakin Şəxs icra sənədi üzrə heç bir ödəniş etmir. İcra sənədini icra etməkdən qəsdən yayınır. Bu da onun uşaqlarının maddi sıxıntılar çəkməsinə səbəb olur. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, zərərçəkmiş şəxsin, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdən, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 16:30-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı xx xxxxxx 2021-ci il tarixdən, saat 10:00-da məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, xx xxxxxx 2021-ci il tarixdən, saat 10:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Niymət Əlicabbar (Cabbarov) oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, xx xxxxxx 2021-ci il tarixdən, saat 10:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar