Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-560/2020 19.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs: Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin İTÜB inspektoru, polis kapitanı X1 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin İTÜB inspektoru, polis kapitanı X2 tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs-nin istifadəsində olan «QAZ 322131-95» markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə, saat 09:13 radələrində Qaraməryəm-İsmayıllı, Qəbələ, Oğuz- Şəki yolunun 137-ci km-liyində yolda müəyyən edilmiş sürət həddi aşılaraq qayda pozutusu törədilmiş və barəsində elektron protokol tərtib edilmişdir. İnzibati xətanın törədilməsi zamanı mikroavtobusu idarə etmiş fiziki şəxs haqqında məlumatların Şəki ŞRPŞ-ya göndərilməsi üçün dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunvericilikdə müəyyən edilmiş müddətdə hüquqi şəxs tərəfindən məlumat verilməmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki ŞRPŞ-dən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki şəhərrayon Polis Şöbəsinin DYPB-nin İTÜB inspektoru, polis kapitanı X2 izahat verərək göstərdi ki, Şəxs-nin istifadəsində olan «QAZ 322131-95» markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə, saat 09:13 radələrində Qaraməryəm-İsmayıllı, Qəbələ, Oğuz-Şəki yolunun 137-ci km-liyində yolda müəyyən edilmiş sürət həddi aşılaraq qayda pozutusu törədilmiş və barəsində elektron protokol tərtib edilmişdir. İnzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatların Şəki ŞRPŞ-ya göndərilməsi üçün dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunvericilikdə müəyyən edilmiş müddətdə hüquqi şəxs tərəfindən məlumat verilməmişdir. Buna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Protokolu müdafiə edir və qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli ŞRPŞ-nin DYPB-dən Şəxs-yə göndərilmiş bildirişindən görünür ki, Şəxs-yə məxsus «QAZ 322131-95» markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu idarə edən sürücü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə inzibati xəta törətmiş, onun barəsində 5 (gün) ərzində ŞRPŞ-nin DYPB-yə məlumat verilməsi ilə bağlı müraciət olunmuşdur. İş materiallarında olan SS676891343AZ kodlu xəbərnamədən görünür ki, ŞRPŞ-nin DYPB tərəfindən Şəxs-yə göndərilmiş müraciət xx xxxxxxxx 2020-ci il tarixdə qəbul edilmiş, lakin qanunvericiliklə müəyyən edilmiş 5 (gün) ərzində cavablandırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasənhüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Şəxs-nin qeyd olunan hərəkəti Şəki ŞRPŞ-dən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər diqqətəlayiq halları nəzərə alaraq, Şəxs-nin Azərbaycan Respublikasının İXM-in 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati cərimə növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-560/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-560/2020
19.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver