Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-563/2021 14.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, 27 avqust 1972-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 144/2021 nömrəli, 02.03.2021-ci tarixli icra sənədinə əsasən 11 noyabr 2012-ci il təvəllüdlü X2 və 18 sentyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün icra sənədi üzrə borclu Şəxs hər ay hər uşaq üçün sabit pul məbləğində 130 (bir yüz otuz) manat olmaqla, 260 (iki yüz altmış) manat aliment tutularaq Hüseynova (Mustafayeva) Leyli Xanlar qızına verilməlidir. Aliment tutulmasının əvvəli 28 oktyabr 2020-ci il tarixdən hesablanmalıdır. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-144/2021 nömrəli, 02.03.2021-ci tarixli icra sənədinə əsasən 11 noyabr 2012-ci il təvəllüdlü X2 və 18 sentyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün icra sənədi üzrə borclu Şəxs hər ay hər uşaq üçün sabit pul məbləğində 130 (bir yüz otuz) manat olmaqla, 260 (iki yüz altmış) manat aliment tutularaq Hüseynova (Mustafayeva) Leyli Xanlar qızına verilməlidir. Aliment tutulmasının əvvəli 28 oktyabr 2020-ci il tarixdən hesablanmalıdır. Qeyd olunan icra sənədi 02.03.2021-ci il tarixdə icraata daxil olmuş, həmin tarixdə icraata başalanılmış və tələbin 10 gün müddətində könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Borclu bildirişi icraata başlamaq haqqında qərarla birlikdə 13.03.2021-ci il tarixdə poçt vasitəsi ilə almışdır, lakin borclu həmin müddət ərzində icra sənədi üzrə tələbi təmin etməmişdir. Buncan sonra borcluya 15.03.2021-ci il tarixdə xəbərdarlıq göndərilmişdir. Borclu bildirişi icraata başlamaq haqqında qərarla birlikdə 19.03.2021-ci il tarixdə poçt vasitəsi ilə almışdır. 09.06.2021-ci il tarixdə “Borclunun məcburi gətirilməsi“ haqqında qərar qəbul edilmişdir. Borclu qərarı poçt vasitəsi ilə 14.06.2021-ci il tarixdə qəbul etməsinə baxmayaraq şöbəyə gəlməmiş və keçən müddət ərzində icra sənədi üzrə tələbi təmin etməmişdir. 25.06.2021-ci il tarixdə borclunun məcburi gətirilməsi barədə təqdimat tərtib edilmiş və baxılması üçün Şəki rayon Məhkəməsinə göndərilmişdir. Şəki rayon Məhkəməsi təqdimata baxılması üçün məhkəmə iclasını 12.07.2021-ci il tarixə təyin edilmişdir. Borclu Şəxs izahatında cərimə olunması barədə məlumatı olmasına baxmayaraq həmin məbləği ödəyə bilmədiyini bildirmişdir. 12.07.2021-ci il tarixdə borclu Şəxs barəsində MN ******* saylı protokol tərtib edilmişdir. Protokol Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə geri qaytarılmışdır. 13.07.2021-ci il tarixdə tələbkar Hüseynova (Mustafayeva) Leyli Xanlar qızı ərizə ilə müraciət edərək 14.08.2021-ci il tarixə qədər borclu Şəxs vaxt verilməsini və icra tədbirlərinin dayandırılmasını xahiş etmişdir. Hazırda borclunun 3120 manat aliment borcu var. Lakin keçən müddət ərzində toplanmış aliment borcundan hər hansı bır məbləğ ödəməmişdir. Əlavə olaraq bildirdi ki, X5 14 oktyabr 2021-ci il tarixdən, saat 13:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə gətirilmişdir. Qanuni qərar verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-144/2021 nömrəli, 02.03.2021-ci tarixli icra sənədinə əsasən 11 noyabr 2012-ci il təvəllüdlü X2 və 18 sentyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ondan hər ay hər uşaq üçün sabit pul məbləğində 130 (bir yüz otuz) manat olmaqla, 260 (iki yüz altmış) manat aliment tutularaq Hüseynova (Mustafayeva) Leyli Xanlar qızına verilməlidir. Aliment tutulmasının əvvəli 28 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. Maddi imkanı olmadığından icra sənədi üzrə borcunu ödəyə bilməmişdir. Heç bir yerdə işləmədiyi üçün icra sənədi üzrə borcunu ödəyə bilmir. Lakin uşaqlarına sovqat şəklində ödəniş edir. Əlavə olaraq bildirdi ki, 14 oktyabr 2021-ci il tarixdən, saat 13:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 15:00-da məhkəməyə aparılmışdır. Əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərdi ki, Şəxs qərəzli olaraq icra sənədlərindən yayınmır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 qeyd olunan hərəkətləri özünün, icra məmurunun, izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 14 oktyabr 2021ci il tarixdən, saat 13:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, sonra məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 14 oktyabr 2021-ci il tarixdən, saat 13:00-da məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 14 oktyabr 2021-ci il tarixdən, saat 13:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 14 oktyabr 2021-ci il tarixdən, saat 13:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-563/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-563/2021
14.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver