Məhkəmə qərarları › İş №3(075)-565/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-565/2021

15.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-565/2021 15.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, X1 iştirakı ilə, X1 barəsində tərtib edilmiş 09.10.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbrh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər DYPİ Yol patrul Xidməti tərəfindən tərtib edilmiş 09.10.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbrh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ Yol patrul Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ Yol patrul Xidmətinin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, 09 oktyabr 2021-ci il tarixdə saat 15:33 radələrində Bakı şəhəri, Tblisi prospekti ilə S.Mehdiyev küçəsinin kəsişməsində idarə etdiyi ** ML *** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən Bakı şəhər, DYP X9 inspektoru kiçik polis serjantı X5 YPX abtomobli ilə işarə verərək onun idarə etdiyi avtomobili saxlatmışdır. Bu zaman polis əməkdaşı onun işıqforun qırmızı işığında hərəkət etdiyini bildirmişdir. Lakin o, bununla razılaşmayaraq polis əməkdaşına həmin xətanı törətmədiyini bildirmişdir. Buna baxmayaq YPX əməkdaşı onun barəsində İXP ******* nömrəli protokol tərtib etmiş və həmin protokol əsasında 09.10.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbrh vermə haqqında qərar qəbul edilmişdir. Həmin vaxt narazı olduğundan protokola imza etməmişdir. Buna görə də o, həmin protokoldan narazı qalmış və hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bütün bunları nəzərə alaraq onun barəsində tərtib edilmiş İXP ******* nömrəli protokolun və həmin protokol əsasında qəbul edilmiş 09.10.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbrh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 09 oktyabr 2021-ci il tarixli İXP ******* seriya nömrəli inzibati xəta haqqında protokoldan və onun əsasında qəbul edilmiş 09 oktyabr 2021-ci il tarixli TP ******* seriya nömrəli inzibati tənbeh vermə haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, X4 Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Göründüyü kimi X4 İXM-nin 327.2-ci maddəsində göstərilən inzibati xətanı törədilməsi ehtimal edildiyinə görə 60 manat cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər hər hansı bir sübutla əsaslandırılması protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Ərizəçi şikayət ərizəsində göstərmişdir ki, İXM-nin 327.2-ci maddəsində göstərilən xətanı törətməmişdir. Bundan başqa ondan hər hansı sənəd tələb edilməmiş, həmçinin ona hər hansı sənəd təqdim edilməmişdir. İşin araşdırılması ilə bağlı protokol və qərar qəbul etmiş orqana sorğu verilmiş, protokolun və qərarın çıxarılmasına səbəb olan hallar (sübutlarfotoşəkil, videoçəkiliş, xəta törətmiş şəxsin izahatı) onlardan istənilmişdir. İnzibati orqanın vəzifəli şəxsi tərəfindən məhkəməyə yalnız inzibati protokol və onun əsasında qəbul edilmiş qərar təqdim edilmişdir. Beləliklə də inzibati orqan tərəfindən X3 yol verdiyi qayda pozuntusunu əks etdirən hər hansı fotoşəkili, videoçəkilişi, həmçinin onun izahatını əks etdirən ərizəsi məhkəməyə təqdim edilməmişdir. İXM-nə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qanunvericiliyin yuxarıda sadalanan göstərişini nəzərə alaraq məhkəmə hazırkı iş üzrə şübhələri X3 xeyrinə şərh edir. Buna görə də Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ YPX tərəfindən X3 barəsində tərtib edilmiş 09 oktyabr 2021-ci il tarixli İXP ******* seriya nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş 09 oktyabr 2021-ci il tarixli TP ******* seriya nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ YPX tərəfindən X3 barəsində tərtib edilmiş 09 oktyabr 2021-ci il tarixli İXP ******* seriya nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş 09 oktyabr 2021-ci il tarixli TP ******* seriya nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar