Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-565/2022 07.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki ŞRPŞ-nin DYPB-nin YPX-nin polis baş serjantı X1 tərəfindən tərtib edilmiş 26 iyul 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta xəta haqqında protokoldan görünür ki, Şəxs “Vaz-21214” markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən həmin avtomobildə müvafiq icazə olmadan nəqliyyat vasitəsinə çoxavazlı səs siqnalının qurqaşdırıldığı aşkar edilmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki ŞRPŞ-dən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, həqiqətən də, 26 iyul 2022-ci il tarixdə, o, yaşadığı kəndən “Vaz- 21214” markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Şəki şəhərinə gələn zaman yol polisi tərəfindən saxlanılmışdır. Onun avtomobilinə baxış keçirilərkən avtomobilində çoxavazlı səs siqnalının (siren) qurqaşdırıldığı müəyyən edilmişdir. Bundan sonra onu Şəki ŞRPŞ-yə, avtomobili isə müvəqqəti duracağa aparmışlar. Onu polis şöbəsindən buraxdıqdan sonra, o, avtomobilinə dayanacaqdan götürmüşdür. O, avtomobilini dayanacaqdan götürəndə artıq səs siqnalı onun iştirakı olmadan sökülərək götürülmüşdür. Əslində, həmin səs siqnalını onun deyil, başqa şəxsə qaytarmalıdır. İnzibati xətanı törətməsini etiraf edir və cərimələnməsinə etiraz etmir. Lakin səs siqnalının ona qaytarılmasını xahiş edir. İş materialına əlavə edilmiş hal şahidlərinin iştirakı ilə tərtib edilmiş 26 iyul 2022-ci il tarixli aktdan görünür ki, həmin tarixdə Şəxs idarə etdiyi “Vaz-21214” markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobildən quraşdırılmış çoxavazlı səs siqnalı sökülərək təhvil götürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı ilə yanaşı iş materialları ilə də tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 342.9-cu maddəsinin sanksiyası çərçivəsində inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə inzibati cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş çoxavazlı səs siqnalı müsadirə edilməklə 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-565/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-565/2022
07.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver