Məhkəmə qərarları › İş №3(075)-565/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-565/2025

09.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-565/2025 09.09.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bərdə rayonu, Gərənə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx olan, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bərdə rayonu, Gərənə kəndində qeydiyyatda olmaqla, Şəki şəhəri, 104-cü kvartalda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-983/2011 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirilmədiyindən borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-983/2011 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclu Şəxs hər ay 1 uşağın saxlanılması üçün cəmi 50 manat sabit pul məbləğində aliment indeksasiya olunub. Sonrakı artırmalar nəzərə alınaraq hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.59 misli həddində tutulub tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədi Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borclu Şəxs göndərilmişdir. Lakin könüllü icra müddəti ərzində borclu hər hansı bir icra sənədi üzrə tələbin icrasını təmin etməmişdir Sorclu Şəxs tələbkara aliment məbləği indeksasiya olunana dədər 8150 manat, indeksasiya olunduqdan sonra isə 1398 manat pul vəsaiti ödəməli idi. Borclu Şəxs ötən illərdə tələbkara cəmi 350 manat, xx.xx.2025- ci il tarixdə 2000 manat, sonradan 2025-ci ilin iyul ayında isə poçt vasitəsi ilə tələbkara 300 manat pul göndərmişdir. Hazırda borclunun tələbkara 2025-ci ilin avqust ayı daxil olmaqla 6898 manat borcu olmuşdur. Borclu Şəki rayonu üzrə lcra və probasiya şöbəsində izahat verərək bildirmişdir ki, hər ay tələbkara 300 manat pul vəsaiti ödəməyə imkanı çatır. Lakin bundan narazı qalan tələbkar Zərərçəkmiş şəxs toplanmış borcun hamısını ödənilməsini tələb edir. Eyni zamanda tərəfimizdən borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi məqsədilə müvafiq dövlət orqanlarına və təşkilatlara, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Elektron icra" informasiya sisteminə sorğu edilmiş və nəticədə banklarda borcluya məxsus pul vəsaitinin və başqa sərvətlərinin, mülkiyyətində tələbin yoneldiləsi əmlakının, pensiya və müavinət kimi gəlirlərinin olmadığı müəyyən edilmişdir. Sonuncu dəfə 400 manat ödədiyi bildirdi. Ödəməli olduğu növbəti aylıq aliment borcu ilə birlikdə hazırd 6530 manat borcu yaranmşdır. 2011-ci ildə Bərdə rayon icra şöbəsinə aidiyyəti üzrə gönədilmə barədə məlumat verilmişdir ki, icra sənədi onlara daxil olmamışdır. Hər bir halda icraata başlamaq qərarı mövcuddur. Şəxs bilirdi ki, qətnaməni icra etməlidir. İcra şöbəsində icra sənədinə xitam verilməyib, məhkəməyə geri qaytarılmayıb, tələbkar borcdan imtina etməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Zərərçəkmiş şəxs bildirdi ki, mövcud qətnamənin icrasından heç bir zaman imtina etməmişdir. Həmin borc övladının haqqıdır. Borcun ödənilməsini tələb etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, aliment borcunu ödəməli olduğunu bilirdi. İlk 7 ayı ödəmişdir. Daha sonra özü müxtəlif vaxtlarda uşaq üçün paltar, baxım, müəllim yanında hazırlıq məqsədilə ödənişlər etmişdir. O, uşaq üçün 800 manata mobil telefon da almışdır. Hazırda bütün borcu bir dəfəyə ödəməyə imkanı yoxdur. Hər ay borcundan 300 manat ödəyə bilər. Məhkəmədən işə xitam verilməsini xahiş etdi. X6 Vəkil Bürosunun vəkili X7 izahatında Şəxs əməlində hər hansı qərəz olmadığını, həmçinin Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığını bildirdi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İşdə olan Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-983/2011 nömrəli, xx.xx.2011-ci il tarixli icra sənədi, yenidən icraya yönəldilmə barədə məktubdan görünür ki, Şəxs hər ay 1 uşağın saxlanılması üçün cəmi 50 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmiş, icraya yönəldilmişdir. Həmçinin alimentin indeksasiya olunması barədə xx.xx.2025-ci il tarixli məhkəmə qərarına əsasən 50 manat alimentin sonrakı artımlar nəzərə alınaraq hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.59 misli həddində tutulması müəyyən olunmuşdur. xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015-ci il tarixli qəbzləri təqdim edən borclu aliment borcundan poçt vasitəsi ilə ödədiklərini göstərdi. Şəki rayonu üzrə İcra Bölməsinin xx.xx.2011-ci il tarixli məktubu ilə icra sənədini Bərdə rayonu icra qrupuna göndərdiyini bildirsə də, məktub Bərdə rayonu İcra və Probasiya şöbəsinə çatmamışdır. Əksinə Bərdə rayonu İcra və Probasiya şöbəsinin icraatında olmaması bildirilmişdir. Hər bir halda Şəki rayonu üzrə İcra və Probasiya şöbəsində icra sənədi üzrə icraata başlanmış, icra sənədi barədə ödənişlər borcludan tələb edilmiş, icra sənədi üzrə borclar ödənilməmişdir. Məhkəmə, Şəki Rayon Məhkəməsinin arxivinə müraciət etmiş, 2(075)-983/2011 nömrəli işin sənədlərinə baxış keçirmiş, məhkəmə aktı mövcuddur, qüvvədədir. Məhkəmə araşdıraraq bu nəticəyə gəlir ki, Dövlətin adından çıxarılmış qanuni qüvvəsini almış məhkəmə aktı icra edilməmişdir. Borclu icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş könüllü icra müddətində icra etməmişdir. Məhkəmə iş materiallarını araşdırıb və proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir və buna görə o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Borclu tərəfindən icra sənədlərində göstərilən borcdan ödəniş edilməmiş, icra sənədləri tam olaraq icra edilməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 09 sentyabr 2025-ci il tarixdən, saat 16:40-dan məhdudlaşdırıldığından, Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan, yəni 09 sentyabr 2025-ci il tarixdən, saat 16:40-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 09 sentyabr 2025-ci il tarixdən, saat 16:40-dan hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar