Məhkəmə qərarları › İş №3(075)-566/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-566/2025

09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-566/2025 09.10.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi, X2 etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə, Azərbaycan Dövlət Su X7 Suların İstifadəsinə və X8 Xidməti 12 saylı X3 nümayəndəsi X13 iştirakları ilə, Azərbaycan Dövlət Su X7 Suların İstifadəsinə və X8 Xidməti 12 saylı X5 tərəfindən qəbul edilmiş 12 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X17 tərəfindən verilmiş şikayətə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X17 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində Azərbaycan Dövlət Su X7 Suların İstifadəsinə və X8 Xidməti 12 saylı X5 tərəfindən qəbul edilmiş 12 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı 20 oktyabr 2015-ci il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması” haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların 2026-cı il yanvarın 1-dək dayandırıldığı göstərilmişdir. Lakin 12 saylı X3 əməkdaşları cənab Prezidentin 20 oktyabr 2015ci il tarixli qanununu heçə sayaraq obyektdə yoxlama aparmış, onu xəbərdarlıq adı ilə aldatmış və barəsində protokol tərtib etmişdir. Azərbaycan Dövlət Su X6 Suların İstifadəsinə və X8 Xidməti 12 saylı X3 əməkdaşları tərəfindən Ədliyyə Nazirliyidə qeydiyyatdan keçməmiş yoxlama əsasında 06 avqust 2025-ci il tarixli 002406 saylı qanunsuz akt tərtib edilmiş və aktda qeyd olunan inzibati xətanın yalnız onun aldadılaraq imza etdiyi izahatına əsaslandığı bildirilmişdir. xx.xx.2016-cı il tarixli Su təchizatı və kanalizasiya sisteminə qoşulma aktından görürünür ki, ünvan 1 ünvanında yerləşən tikinti obyektiniun su təchizatı və kanalizasiya qurğularının texniki sənədlərinə baxış keçirilmiş, su xətləri və qurğularının layihəyə və tikinti normalarına uyğun tikildiyi və su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulmaq üçün hazır olduğu müəyyən edilmişdir. Layihə sənədi xx.xx.2016-cı il tarixində verilmişdir. Tikinti obyektinin su xətləri xx.xx.2016-cı il tarixində istismara qəbul olunmuş, bunun əsasında tikinti obyektinin su təchizatı və kanalizasiya müəssisəsinin şəbəkəsinə qoşulmasına qərar verilmiş, qoşulma isə xx.xx.2016-cı il tarixdə saat 16.20 radələrində başa çatdırılmışdır. Obyektə yazılan İXM-nin 264.0.1-ci maddəsinə əsasən yazılan qərar əsassızdır və şikayətçi hesab edir ki, Azərbaycan Dövlət Su X6 Suların İstifadəsinə və X8 Xidməti 12 saylı X3 tərtib etdiyi xx.xx.2025-ci il MN ******* saylı protokol və onun əsasında qəbul etdiyi xx.xx.2025-ci il tarixli MN1899324 nömrəli qərar ləğv edilmli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən X2 etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə şikayəti müdafiə edərək bildirdi ki, sahibkar əvvəllər fəaliyyət göstərən "xxxx" ASC ilə müqavilə bağlamış, hər ay ona təqdim edilən qəbzlər üzrə sudan istifadəyə görə yaranmış borcu ödəmiş, "xxxx" ASC-nin nümayəndələri tərəfindən ona Qurcana çayını çirkləndirməsi ilə bağlı hər hansı irad bildirilməmiş, o da bütün sənədlərin qaydasında olduğu qənaətinə gələrək sahibkar kimi fəaliyyət göstərmişdir. Onun inzibati xəta haqqında protokolda təqsirinin olduğunu etiraf etməsi onun əleyhinə şərh edilə bilməz, çünki həmin şəxsə idarənin əməkdaşları ona narahat olmamasını bildirmiş, onu arxayın etmişlər ki, tərtib edilən aktda onun ziyanına heç bir tədbir görülməyəcək. Sonda məhkəmədən şiakyətin təmin edilməsini, Azərbaycan Dövlət Su X7 Suların İstifadəsinə və X8 Xidməti 12 saylı X5 tərəfindən qəbul edilmiş 12 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Dövlət Su X7 Suların İstifadəsinə və X8 Xidməti 12 saylı X3 nümayəndəsi X19 izahatında bildirmişdir ki, Suların İstifadəsinə və X8 Xidməti 12 saylı X5 su obyektlərinə nəzarəti həyata keçirir. 06 avqust 2025-ci il tarixində ünvan 2 ünvanında “Çörək evi” adlı obyektə baxış keçirilən zaman suların zərərli təsirinin qarşısını alan qurğular və avadanlıqlar olmadan Qurcana çay su obyektinin çirkləndirilməsi qeydə alınmış həmçinin tullantı sularının axıdılmasına dair müqavilənin olmadığı müşahidə edilmişdir. Çayın çirkənləməsinin qarşısının alınması üçün yaxınlıqda yerləşən iaşə obyektləri üçün ya yarıca şambo quyusu qazılmalı, ya da kanalizasiya sisteminə qoşulma aparılmalıdır. Yaxınlıqda yerləşən 100-ə yaxın fərdi yaşayış evinin sahiblərinə 1 ay arzində rəsmi bildiriş yazılaraq təqdim edilmiş, onlara həyətlərində şambo quyusunun qazılması və yaxud kanalizasiya sisteminə qoşulmaları tövsiyə edilmişdir. Obyektə baxış keçirilən zaman orada çalışan işçilərə su kranının açılması təklif edilmiş, krandan axan suyun birbaşa Qurcana çayına axdığı müəyyən edilmiş, həmin obyekt ticarət obyekti olduğu üçün işçilərin əllərini yuyan zaman istifadə edilən sabunlu su da həmin çaya axıdılır, bu isə normadan artıq olduqda çayın çirklənməsinə səbəb ola bilər. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, S.Səmədovun obyekti ilə bağlı ona hər hansı xəbərdarlıq edilməmişdir, xəbərdarlıq şifahi formada həyata keçirilmişdir, yaxınlıqda yaşayan sakinlərə rəsmi xəbərdarlıq etmələrini onunla əsaslandırmışdır ki, xəbərdarlıq edilmədən onlar barəsində tədbir görülməsi onlar tərəfindən narazılıqla qarşılana bilərdi, həmçinin S. Səmədova məxsus olan obyektin yaxınlığında yerləşən başqa bir ticarət obyektinə də rəsmi xəbərdarlıq bildirişi göndərmişlər. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, başqa bir iri ticarət obyektindən çaya təhlükəli maddələr axıdıldığı müəyyən edilən zaman həmin maddələrin nümunələri götürülmüş, həmin normadan artıq zərərli maddələrin axıdıldığı aşkar edilmişdir. Nümayəndə sonda məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Dövlət Su X7 Suların İstifadəsinə və X8 Xidməti 12 saylı X5 tərəfindən qəbul edilmiş 12 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, əməlində inzibati xəta tərkibi olmadığı üçün X17 barəsində Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş **********777-0630 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı və daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Şəki şəhəri, M.F.Axundzadə prospekti 72 (Yeni qaydalarla Şəki şəhəri, M.F.Axundov prospekti, 163 A) ünvanında fəaliyyət göstərən qeyri-yaşayış binasının hüquq subyektləri ½ hissədə X18 və ½ hissədə X14r. "xxxx" ASC tərəfindən tərtib edilmiş 09 noyabr 2016-cı il tarixli “Su təchizatı və kanalizasiya sisteminə qoşulma” aktında abonent X11 tikinti obyektinin su təhcizatı və kanalizasiya müəssisəsinin şəbəkəsinə qoşulmasına qərar verilmiş, qoşulma 09 noyabr 2016-cı ilə tarixdə, saat 16:20-də başa çatdırılmışdır. "xxxx" ASC tərəfindən tərtib edilmiş 03 noyabr 2016-cı il tarixli Texniki şərtlərdən görünür ki, Şəki şəhəri, M.F.Axundzadə prospekti 72 ünvanında fəaliyyət göstərən qeyri-yaşayış obyektinə dair texniki şərtin icra müddəti iki il müəyyən edilmişdir. "xxxx" ASC-nin 22 noyabr 2016-cı il tarixli 04/03-3/6/17594 nömrəli “Texniki şərtlərin verilməsi barədə” məktubunda Şəki şəhəri, M.F.Axundzadə küçəsi ünvanında yerləşən qeyriyaşayış obyektinə dair texniki şərtlərin hazır olduğu qeyd edilmiş, texniki şərt alındıqdan sonra müvafiq qaydada qoşulmanın aparılmalı, müqavilənin bağlanılmalı, su sayğacının quraşdılmalı olduğu nəzərdə tutulmuşdur. Azərbaycan Dövlət Su X7 Suların İstifadəsinə və X8 Xidməti 12 saylı X3 rəisi tərəfindən verilmiş 04 avqust 2025-ci il tarixli 0005 nömrəli Sərəncama əsasən aparıcı məsləhətçimüəfəttişinə Şəki rayonunun inzibati ərazisi daxilində 5 gün müddətində nəzarət tədbirlərinin və sənədləşmə işlərinin aparılması tapşırılmışdır. Azərbaycan Dövlət Su X7 Suların İstifadəsinə və X8 Xidməti 12 saylı X5 tərəfindən tərtib edilmiş 06 avqust 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 06 avqust 2025-ci il tarixində Şəki şəhəri, M.F.Axundzadə küçəsi ünvanında “Çörək evi” adlı obyekt tərəfindən suların zərərli təsirinin qarşısını alan qurğular və avadanlıqlar olmadan Qurcana çayı su obyektinin çirkləndirilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Dövlət Su X7 Suların İstifadəsinə və X8 Xidməti 12 saylı X5 tərəfindən tərtib edilmiş 06 avqust 2025-ci il tarixli 002406 nömrəli aktdan görünür ki, keçirilən nəzarət tədbirləri zamanı Şəki şəhəri, M.F.Axundzadə küçəsi ünvanında fəaliyyət göstərən “Çörək evi” adlı obyektdə formalaşan tullantı sularının təmizlənmədən birbaşa olaraq yaxınlıqdan keçən Qurcana çayına axıdılması faktına rast gəlinmişdir. X17 həmin iaşə obyektini özünün işlətdiyini, obyektin fəaliyyət izamanı yaranan tullantı sularının çaya axıdıldığını, tullantı sularının axıdılmasına dair müqaviləsinin olmadığını bildirmişdir. Akt əsasında 06 avqust 2025-ci il tarixdə ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, protokolda X10 İMX-nin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi qeyd edilmişdir. Hüquq və vəzifələrininin izah edilməsi haqqında xx.xx.2025-ci il tarixli 0006 nömrəli protokoldan görünür ki, X15 hüquq və vəzifələri izah edilmişdir. Azərbaycan Dövlət Su X7 Suların İstifadəsinə və X8 Xidməti 12 saylı X5 tərəfindən tərtib edilmiş 12 avqust 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, Şəki şəhəri, M.F.Axundzadə küçəsi ünvanında “Çörək evi” adlı obyekt tərəfindən suların zərərli təsirinin qarşısını alan qurğular və avadanlıqlar olmadan Qurcana çay su obyektinin çirkləndirilməsi aşkar edilmiş və İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1X17 barəsində 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh növünün tətbiq edilməsi qeyd edilmişdir. X24 Sistemlərinin İstismarı İdarəsinin Suların İstifadəsinə və X8 Xidməti 12 saylı Şəki- Zaqatala Regional X1 ünvanladığı xx.xx.2025-ci il tarixli 3-53-1-12/2-241/2025 nömrəli məktubunda inzibati xəta faktı əsasında aparılmış inzibati araşdırmanın nəticəsi kimi onun barəsində tərtib edilmiş inzibati xəyata dair qərar üzrə cərimə məbləğinin 30 gün müddətində ödənilməsi təklif edilmişdir. X10 05 avqust 2025-ci il tarixli izahatından görünür ki, “Çörək sexi” adlanan obyektin tullantı sularının təmizlənməsi üçün qurğunun mövcud olmadığını, suların birbaşa yaxınlıqdan keçən Qurcana çayına axıdıldığını, yaxınlıqdan keçən kanalizasiya şəbəkəsinə qoşulmaq üçün dəfələrlə “ASAN” xidmət mərkəzinə yaxınlaşıb müraciət etdiyini, lakin bir nəticə olmadığını bildirmiş, şəbəkəyə qoşulmaq üçün köməklik göstərilməsini xahiş etmiş və məsuliyyətini dərk etdiyini buna görə də gələcəkdə belə halların təkrarlanmayacağına dair söz verdiyini bildirmişdir. X24 Sistemlərinin İstismarı İdarəsi tərəfindən 12 saylı X4 ünvanlanmış 01 oktyabr 2025ci il tarixli məktubdan görünür ki, X15 məxsus olan qeyri-yaşayış obyekti texniki olaraq kanalizasiya təchizatı sisteminə qoşulmamışdır. Azərbaycan Dövlət Su X7 Suların İstifadəsinə və X8 Xidməti 12 saylı X5 ilə X17 arasında bağlanmış Su təhcizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan 01 yanvar 2025-ci il tarixli Müqavilədən görünür ki, müqavilənin predmeti müəssisənin su təhcizatı sistemindən istehlakçının tələbatına uyğun miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 dövlət standartının tələblərinə uyğun məişət (təsərrüfat) içməli və istehsalat məqsədli suyun təhcizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən etməkdən ibarət olmuşdur. Ətraflı abonent kartından görünür ki, ünvan 7 ünvanda yerləşən iaşə obyekti barədə 2024-2025-ci illər üzrə tərtib edilmiş faktura məbləğlərində suyun qiymətləri qeyd edilsə də, çirkab suyun qiyməti bütün dövrlər üzrə 0 manat olaraq qeyd edilmişdir. Məhkəmə iclasında Azərbaycan Dövlət Su X7 Suların İstifadəsinə və X8 Xidməti 12 saylı X3 nümayəndəsi tərəfindən təqdim edilmiş 3 ədəd foto şəklin rəngli surət təqdim edilmiş, baxış zamanı foto şəkillərdə Kərbəlayi Sadiqin çörək evinin ön hissədən görüntüsünün, həmin iaşə obyektinin arxa hissəsindən 1 ədəd plastik borunun çaya doğru istiqamət aldığının əks edildiyi müəyyən edilmiş, bu hallar mübahisə obyekti olmamışdır. Məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, çörək evi adlanan obyekin sahibi X17 barəsində inzibati xəta haqqında iş üzrə icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” Haqqında Azərbaycan Respublikasi Qanununun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama -yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən salibkarlarda yoxlamaların aparılmanasını dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və obyektiv məlumatın əldə olunması məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən yoxlama plan üzrə (növbəti) və ya plandankənar ( növbədənkənar) aparılır. Həmin Qanunun 16.1.3-cü maddəsinə əsasən insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin varlanması barədə hüquq və fiziki şəxslərdən dövlət və yerli özünü idarə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlamatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda plandankənar (növbədənkənar) yoxlama Həmin Qanunun 16.11-ci maddəsinə əsasən plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməli və yoxlamanın başlamasından əvvəl reyestrdən çıxarış alınmalıdır. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar ediliniş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən AR qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ huquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Göründüyü kimi, qanunverici plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərarın yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsini və yoxlanmanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmasını, vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi olmamasını və bu cür yoxlamaların gedisində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olanmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilinməməsini imperativ norma kimi müəyyən etmişdir. Məhkəmə hesab edir ki, X15 məxsus olan ticarət obyektində 12 saylı X3 müfəttişi tərəfindən həyata keçirilən baxış yoxlama kimi qəbuledilməlidir. Belə ki, müfəttiş tərəfindən baxış zamanı akt və protokol tərtib edilmiş, həmin sənədlər əsasında isə X15 12 saylı X3 rəhbərliyi tərəfindən inzibati tənbeh cəzası tətbiq edilmişdir, yoxlama olmadan isə cəzanın tətbiqi qeyrimümkündür. Şəki şəhəri, M.F.Axundzadə küçəsi ünvanında fəaliyyət göstərən “Çörək evi” adlı obyektində həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması barədə məlumat olmamış, qeyd olunan sahibkarlıq subyektində xx.xx.2025-ci il tarixdə aparılan yoxlama barədə məlumat müvafiq icra hakimiyyəti orqanında aparılan vahid məlumat reyestrində yerləşdirilməmiş və reyestrdən çıxarış (Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən) alınmamışdır. İş materiallarında həmin halı təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, ticarət obyektinin sahibi tərəfindən təqsirin etiraf edilməsi onun inzibati xəta dair əməldə təqsirini birbaşa təsdiq etmək üçün əsas hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. İXM-də şəxsin inzibati xəta pozuntusunu etiraf etməsi ilə bağlı prosessual qayda nəzərdə tutulmadığı üçün məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə istinad edilməsini məqsədə uyğun hesab edərək qeyd edir ki, X10 öz əməlini etiraf etməsi onun barəsində qəbul edilmiş inzibati xəta haqında iş üzrə təqsirli olmasına əsas vermir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə-fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinin tələblərinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Hazırki iş üzrə hüquqi şəxsin təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyindən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə inzibati tənbehi tətbiq edən orqanın səlahiyyətli nümayəndəsinin izahatına tənqidi yanaşaraq qeyd edir ki, inzibati xəta törətmək ehtimalı olan bütün fiziki və ya hüquqi şəxslərə eyni cür münasibət göstərilməli, hər hansı şəxsin mənafeyi digərin üstün tutulmamalıdır. İş materialları ilə həmçinin müəyyən edilir ki, X15 məxsus olan obyektin kanalizasiya xəttinə qoşulub-qoşulmaması ilə bağlı ziddiyyətlər mövcduddur. Belə ki, həmin müəssisənin kanalizasiya xəttinə qoşulması barədə səlahiyyətlərinə xitam verilmiş "xxxx" ASC tərəfindən sənəd verilsə də, onun ləvğindən sonra yaradılmış qurum tərəfindən təqdim edilmiş 01 oktyabr 2025-ci il tarixli sənəddə həmin obyektin texniki olaraq kanalizasiya təchizatı sisteminə qoşulmadığı qeyd edilmişdir. Azərbaycan Dövlət Su X7 Suların İstifadəsinə və X8 Xidməti 12 saylı X5 ilə X17 arasında bağlanmış Su təhcizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan 01 yanvar 2025-ci il tarixli Müqavilədən görünür ki, tərəflər arasında uyğun məişət (təsərrüfat) içməli və istehsalat məqsədli suyun təhcizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar razılıq əldə etmişlər. Lakin 12 saylı X5 01 oktyabr 2025-ci il tarixli sənəddə həmin obyektin texniki olaraq kanalizasiya təchizatı sisteminə qoşulmadığını qeyd etmişdir. Bununla yanaşı inzibati xətaya dair akt və protokol 06 avqust 2025ci il tarixdə tərtib edilsə də, X10 obyektin tullantı sularının təmizlənməsi üçün qurğunun mövcud olmadığını, suların birbaşa yaxınlıqdan keçən Qurcana çayına axıdıldığını etiraf etməsi ilə bağlı izahatı 05 avqust 2025-ci il tarixdə tərtib edilmişdir. Həmin izahatın yoxlamadan əvvəlki tarixdə, yəni həqiqətən 05 avqust 2025-ci il tarixdə tərtib edildiyi qəbul edildiyi təqdirdə isə belə nəticəyə gəlinir ki, şəxs çatışmazlıqların aradan qaldırılması üçün 12 saylı X4 müraciət etdiyi gündən 1 gün sonra obyektə yoxlama təyin edilmişdir, nümayəndənin izahatına istinadən digər iaşə obyektinə rəsmi xəbərdarlıq edilməsi fonunda sahibkar S.Səmədova qarşı ədalətli davranış hesab edilə bilməz. Məhkəmə hesab edir ki, bu sadalanan ziddiyətli məqamlar X10 ziyanına şərh edilə, o cümlədən sahibkar olaraq maliyyə sanksiyasına cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 10-cu maddəsinə əsasən dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinin tələblərinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi, işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Azərbaycan Dövlət Su X7 Suların İstifadəsinə və X8 Xidməti 12 saylı X5 tərəfindən qəbul edilmiş 12 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, Şəki şəhəri, M.F.Axundzadə prospekti 72 (Yeni qaydalarla Şəki şəhəri, M.F.Axundov prospekti, 163 A) ünvanında yerləşən çörək sexinin vəzifəli şəxsi X10 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Dövlət Su X7 Suların İstifadəsinə və X8 Xidməti 12 saylı X5 tərəfindən qəbul edilmiş 12 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Şəki şəhəri, M.F.Axundzadə prospekti 72 (Yeni qaydalarla Şəki şəhəri, M.F.Axundov prospekti, 163 A) ünvanında yerləşən çörək sexinin vəzifəli şəxsi X10 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Qərarın surəti tərəflərə rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar