Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-569/2020 09.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1996-cı il tarixdə Şəki şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Şəki Şəhər-Rayon Polis Şöbəsi tərəfindən verilmiş ******* saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu X1 100 manat inzibatı cərimə alınaraq dövlət bücəsinə ödənilməlidir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə məlumat verilməsinə baxmayaraq Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Şəki Şəhər-Rayon Polis Şöbəsi tərəfindən verilmiş ******* saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs 150 manat inzibati cərimə alınaraq dövlət bücəsinə ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2019-cu il tarixli qərarla icraata başlanılmış və tələbi icra etməyi üçün borcluya 10 gün könüllü müddət verilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində tələbin icrası təmin edilməmiş və çağırışa münasibət bildirilməmişdir Borclunun adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə müvafiq orqanlara sorğular göndərilmişdir. Lakin borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı gəlir və əmlak aşkar edilməmişdir 25 02.2020-ci il tarixdə borcluya xəbərdarlıq məktubu göndərilmiş, borcunu ödəməyi və Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə gəlməyi tələb edilmişdir. Borclu 27.02 2020-cı il tarixdə çağrışa gəlmişdir. Borclu xx.xx.2020-ci il tarixli izahatında iki gün vaxt verilsə borcunu ödəyə biləcəyini bildirmişdir. Borclu xx.xx.2020-ci il tarixdə iltizam verərək xx.xx.2020-ci ıl tarixdə icra sənədinin icrası ilə əlaqədar olaraq Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə gələcəyini bildirmişdir. Lakin borclu indiyədək keçən müddətdə nə izahatında dediklərinə, nə də verdiyi iltizama əməl etmişdir. Borclu barəsində xx.xx.2020-cı ıl tarixdə “borclunun məcburi gətirilməsi haqqında qərar qəbul edilmiş və ünvanına göndərilərək Şəki rayonu üzrə icra və Probasiya şöbəsinə gəlməli olduğu, əks təqdirdə barəsində məcburi gətirilməsi barədə məhkəməyə təqdimat veriləcəyi bildirilmişdir. Lakin, borclu bu çağrışada münasibət bildirməmişdir. Tərəfindən xx.xx.2020-ci il tarixdə borclu barəsində məhkəməyə borclunun məcburi gətirilməsi barədə təqdimat verilmişdir. Borclu barəsində Şəki Rayon Məhkəməsi tərəfindən 8(075)-211/2020 saylı, xx.xx.2020-ci il tarixli məcburi gətirilmə barədə qərardad qəbul edilmişdir. Borclu xx.xx.2020-ci il tarixli izahatında borcunu ödəməyə imkanı olmadığını bildirmişdir. Göstərilənlərə əsasən borclu Şəxs 150 manat inzibatı cəriməm qanunla müəyyən olunmuş müddətdə ödəməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Şəhər-Rayon Polis Şöbəsi tərəfindən verilmiş ******* saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ondan 150 manat inzibatı cərimə alınaraq dövlət bücəsinə ödənilməlidir. Lakin maddi imkanı olmadığından o, cəriməni ödəyə bilməmişdir. Lakin bü gun, yəni xx xxxxxxx 2020-ci il tarixdə icra sənədi üzrə borcdan 50 manat məbləğində ödəniş etmişdir. Əgər ona vaxt verilərsə qalan 100 manat məbləğində borcu da bu ayın sonunadək hissə-hissə ödəyə bilər. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səllahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə 160 saatdan 240 saatadək ictimai işlər tətbiq olunur. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialla tam təsdiq edildi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinib onun barəsində inzibati qaydada 160 (bir yüz altmış) saat ictimai işlər tətbiq edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-569/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-569/2020
09.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver