Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-57/2023 18.01.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Şəki rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Şəki regional Vəkil Bürosunun vəkili X5 iştirakı ilə xx xxx 1988-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(075)-945/2022 saylı icra vərəqəsinə əsasən borcu Şəxs 23586 manat borc və 161 manat dövlət rüsumu tutularaq tələbkar X2 ödənilməlidir. Borclu Şəxs qeyd edilən icra sənədi üzrə borcunu tam ödmədiyi üçün Şəki rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə iclasında iştirak edən Şəki rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 bildirdi ki, Şəki Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(075)-945/2022 saylı icra sənədinə əsəsən borclu Şəxs tərəfindən nə könüllü icra müddəti ərzində, nə də ondan sonra keçən müddət ərzində tələbin icrası tam təmin edilməmiş, borc məbləğindən 1500 manat ödənilmiş, borcun 22247 manat hissəsi ödənilməmiş qalmışdır. İcra sənədinin icrası üzrə borclu şöbəyə çağırılmış, izahatı alınmış, icra sənədinin hissə-hissə icra edilməsi barədə qərar olmadığı halda borcunu hissə-hissə, ayda 500 manat olmaqla ödəyəcəyini bildirmişdir. Borclu həmçinin fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, qazancının olduğunu bildirmişdir. Göründüyü kimi borclu icra sənədini qəsdən icra etməkdən yayınır. Ona görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati həbs qərarı qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Şəki Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(075)-945/2022 saylı icra sənədinə əsəsən borc məbləğindən 1500 manat ödəniş etmişdir. Maddi imkanı aşağı olduğundan sözügedən məbləği birdəfəlik ödəyə bilmir. Lakin hissə-hissə olmaqla borcunu ödəyir. Ona görə də, barəsində tərtib edilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi X7, borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibinin olmadığını, ona görə də, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq tələbkar X4 məhkəmə iclasına gəlməmişdir. Lakin o, Şəki Rayon Məhkəməsinin elektron poçt ünvanı vasitəsi ilə məktub ünvanlayaraq, borclu Şəxs tərəfindən borc məbləğinin tam ödənilmədiyini, ona görə də, nəticə çıxarıb borcunu tam ödəməsi üçün onun barəsində həbs qərarı qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(075)-945/2022 saylı icra vərəqəsindən görünür ki, borclu Şəxs 23586 manat borc və 161 manat dövlət rüsumu tutularaq tələbkar X2 ödənilməlidir. İş materiallarına əlavə edilmiş Şəki rayon İcra və Probasiya Şöbəsinin 18 avqust 2022-ci il tarixli icraata başlamaq haqqında qərarından və borcluya ünvanlanmış həmin tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(075)- 945/2022 saylı icra sənədinin könüllü icrası üçün borcluya 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş 142226 nömrəli qəbzin surətindən görünür ki, 25 oktyabr 2022-ci il tarixdə X1 bank kartına 500 manat pul göndərilmişdir. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, 18 noyabr 2022-ci il tarixdə X1 bank kartına 155 manat və 350 manat pul göndərilmişdir. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, 15 dekabr 2022-ci il tarixdə X1 bank kartına 502 manat vəsait göndərilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzə təqdim edilmiş sənədlərə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material üzrə icraata xitam verilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmin Qanunun 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti,idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclu tərəfindən üzrsüz səbəbdən icra olunmaması halında və ya icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi halında təqsirkar şəxslərə münasibətdə yaranır, hazırkı iş üzrə icra sənədləri isə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi hesab edilmədiyindən hazırkı halda borclu Şəxs barəsində inzibati xəta haqqında protokol icra məmurunun qanuni tələbinə əməl edilməməsi əsası ilə tərtib edilə bilərdi. Ancaq icra məmuru tərəfindən borclu Şəxs barəsində hansı əsasla protokol tərtib edildiyi hazırki işin materiallarında öz əksini tapmamışdır. Lakin məhkəmə iclasında Şəxs icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsi müəyyən edilmədi. Həmçinin məhkəmə iclası zamanı Şəxs, borc məbləğindən 1000 manat da ödəniş etmişdir. Göründüyü kimi, borclu Şəxs icra məmuru tərəfindən alınmış izahatlarında borcu ödəməkdən imtina etmədiyini, icra sənədi üzrə tam ödəniş etməyə maddi imkanının olmadığını bildirərək hissə-hissə ödəyəcəyinə söz vermiş və qeyd etdiyi kimi Şəki Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(075)-945/2022 saylı icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul olunduğu vaxtdan hazırkı vaxtadək az müddət keçməsinə baxmayaraq Şəxs borc məbləğinin 2500 manat hissəsini könüllü şəkildə hissə-hissə ödəmişdir. Bu isə icra məmurunun qanuni tələblərinə tabe olmama kimi qiymətləndirilə bilməz. Şəxs icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsi müəyyən edilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi hazırkı işdə Şəxs tərəfindən qeyd edilən inzibati xətaların törədilməsi istisna edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-57/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-57/2023
18.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver