Məhkəmə qərarları › İş №3(075)-57/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-57/2024

30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-57/2024 30.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis polkovniki X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X5 iştirakı ilə, xx xxxxxx 1983-cü il tarixdə Şəki rayonu, Vərəzət kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:xxxxxxx olan, orta təhsilli, evli, işləməyən, Şəki rayonu, Vərəzət kəndində qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis polkovniki X6 tərəfindən tərtib edilmiş 30 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 29 yanvar 2024-cü il tarixdə, saat 16:00 radələrində Şəki şəhəri “Təzə” bazarda ictimai yerdə nalayiq hərəkətlər edərək xırda-xuliqanlıq etmiş, xidmətdə olan polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X6 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəxs 29 yanvar 2024-cü il tarixdə, saat 16:00 radələrində Şəki şəhəri “Təzə” bazarda ictimai yerdə nalayiq hərəkətlər edərək xırdaxuliqanlıq etmiş, xidmətdə olan polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmadığından polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. Bundan sonra Şəxs barəsində 30 yanvar 2024 il tarixdə İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 29 yanvar 2024-cü il tarixdə bazara evə ərzaq almaq üçün getmişdir. Bundan sonra o bazarda bir nəfər şəxslə restoranda yemək yemiş və spirtli içki qəbul etmişdir. O, nalayiq ifadələr işlətməyini və polis əməkdaşlarının qanuni tələblərinə əməl etməməsini xatırlamır. Əməlindən peşmandır. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X9 məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki ŞRPŞ-nin post-patrul xidməti bölüyü polis nəfəri, polis baş serjantı X7 ifadə verərək bildirdi ki, 29 yanvar 2024-cü il tarixdə, 16:00 radələrində Şəki şəhəri “Təzə” bazarda ictimai yerdə bir nəfər vətəndaşın ictimai qaydaları kobud surətdə pozaraq ünvansız söyüşlər söydüyünü görüb ona yaxınlaşıb nizam-intizama dəvət etmişdir. Buna baxmayaraq o, onun qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Ona görə də, həmin vətəndaşı Şəki ŞRPŞ-nin növbətçi hissəsinə dəvət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, 29 noyabr 2024-cü il tarixdə saat 14:30 radələrində Pərviz onun mağazasının qarşısında sərxoş halda ictimai yerdə nalayiq hərəkətlər edərək ünvansız nalayiq ifadələr işlətmişdir. Onun bu hərəkətləri icitami yerdə camaatın narahatçılığına səbə olmuşdur. Sonra polis əməkdaşları yaxınlaşaraq onun nizam-intizama dəvət etməsinə baxmayaraq o, öz hərəktlərini davam etdirmişdir. Bundan sonra polis əməkdaşı onu polis şöbəsinə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, Pərviz Şəki şəhəri “Təzə” bazarda satıcı kimi işləyir. Dəfələrlə içki içib, nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. 29 yanvar 2024-cü il tarixdə, saat 15:00 radələrində Pərvizin yenidən ucadan ünvansız nalayiq ifadər işlətdiyini görmüş və onun bu hərəkətləri barədə“102” xidmətinə məlumat vermişdir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 19:30-da tutulmuşdur. İş materiallarında olan “Şəxsi axtarış və fiziki şəxslərdə olan şeylərin yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs üzərinə baxış keçirilən zaman üzrəində qara kəmər, Leobank kartı, “Azəriqaz” qəbzi, alışqan, 2 ədəd ətir şüşəsi, 10 qəpilik pul, şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. İş materiallarında olan “Jupiter X” markalı alkotestirin 29 yanvar 2024-cü il tarixli analizindən görünür ki, Şəxs sərxoşluq aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 18A nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, müayinə zamanı Şəxs qanında 1,52 promil sərxoşluq aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasına görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və şahidlərin izahatları ilə təsdiq edildi. Məhkəmə hesab edir ki, Şəxs ünvansız nalayiq ifadələr işlətməklə, Şəki ŞRPŞ-nin polis əməkaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, nalayiq söyüşlər söyməklə səs-küy salmış, ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 33.1.7 maddəsinin inzibati xətanın sərxoş halda törətməsi məsuliyyətini ağırlaşdıran haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, digər halları nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 29 yanvar 2024-cü il saat 19:30-dan hesab edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar