Məhkəmə qərarları › İş №3(075)-572/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-572/2020

26.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-572/2020 26.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə, X1 Şəki rayonu YPX inspektoru, polis baş serjantı Qaffarov Elçin Rövşən oğlu tərəfindən barəsində tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu YPX inspektoru, polis baş serjantı Qaffarov Elçin Rövşən oğlu tərəfindən barəsində tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və qərarı tərtib edən barəsində tədbir xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4 və qərarından şikayət verilmiş Şəki rayonu YPX inspektoru, polis baş serjantı Qaffarov Elçin Rövşən oğlu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakları olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4 ərizəsini onunla əsaslandırmışdır ki, barəsində tərtib edilmiş qərar natamamdır. Qərar qəbul edən vəzifəli şəxs işə baxarkən müəyyən edilmiş hallar olmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati haqqında iş üzrə qərarda qeyd edilməlidir. Ancaq bu qərarda “müəyyən etdi” hissəsi və hansı “xüsusi texniki vasitələr”dən istifadə edilərək inzibati xətanın aşkar edilməsi qeyd olunmamışdır. Qanunvericiliyin tələblərinə uyğun olmayan bu cür tərtib edilən qərarın hüquqi əsası ola bilməz. İnzibati xəta hadisəsi və tərkibini əks etdirən tam dolğun məlumatlar qərarda qeyd olunmamışdır. Belə ki, YPX inspektoru, polis baş serjantı Qaffarov Elçin Rövşən oğlu idarə etdiyi nəqliyyat vasitəsini dayandıraraq ona bildirmişdir ki, “kameraya düşüb”. Əgər onun inzibati xəta törətdiyi foto və ya video qeydiyyat funksiyalarına malik olan xüsusi texniki vasitənin köməyi ilə aşkar edilmişdirsə bu halda YPX inspektoru tərəfindən nəqliyyat vasitəsini dayandıraraq inzibati tənbeh vermə haqqında qərar çıxarılması qadağandır. Həmçinin, İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülməklə tərtib edilir. Qərardan görünürki xüsusi texniki vasitələrin məlumatları da mövcud deyil. Tərtib edilmiş inzibati tənbeh haqqında qərarla razılaşmadığına görə qərarın digər nüsxəsinə imza etməkdən imtina etmişdir. Belə olan halda protokol tərtib edilərək İXM-nin 124-cü maddəsinə əsasən icraat aparılmalı idi. Halbuki qanunvericiliyin tələblərini pozaraq haqqında birbaşa inzibati tənbeh haqqında qərar çıxarılmışdır. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə 60 (altmış) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin İXM-in 124.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. İş materiallarına əlavə edilmiş Şəki rayonu YPX inspektoru, polis baş serjantı Qaffarov Elçin Rövşən oğlunun xx xxxxxxxx 2020-ci il tarixdə tərtib etdiyi İXP seriyalı, ******* nömrəli protokolda və onun əsasında qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi qeyd edilsə də, X4 inzibati xəta haqqında protokolda qeyd edilmiş inzibati xətanı törətmədiyini göstərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 tərəfindən həmin xətanın mövcudluğu inkar edilmiş, həmin xətanın törədilmədiyi bildirilmişdir. Şəki rayonu YPX inspektoru, polis baş serjantı Qaffarov Elçin Rövşən oğlu xx xxxxxxxx 2020-ci il tarixdə tərtib etdiyi İXP seriyalı, ******* nömrəli protokola istinad etməklə X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilərək, 60 manat məbləğində inzibati cərimə edilməsinə dair qərar qəbul etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Lakin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmiş, həmçinin məhkəmə tərəfindən verilmiş sorğuya cavab verməmiş və tərəfindən məhkəməyə bununla bağlı heç bir sübut (videoçəkiliş və s.) təqdim edilməmişdir. Şəki rayonu Şəki rayonu YPX inspektoru, polis baş serjantı Qaffarov Elçin Rövşən oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinin tələblərini pozaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmamasına baxmayaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul etmişdir. Buna görə də Şəki rayonu YPX inspektoru, polis baş serjantı Qaffarov Elçin Rövşən oğlu tərəfindən X3 barəsində tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və həmin protokol əsasında qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Şəki rayonu YPX inspektoru, polis baş serjantı Qaffarov Elçin Rövşən oğlu tərəfindən X3 barəsində tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar