Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-573/2022 24.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1959-cu il tarixdə Şəki rayonunda, anadan olmuş, evli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Şəki rayonu, İkinci Biləcik kəndində yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Şəxs xx.xx.2022-ci il tarixdə, saat təxminən 23:35 radələrində, “Ford Transit” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki rayonu ərazisində Şəki Şəhər- Rayon Polis Şöbəsi X6 Bölməsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X1 tərəfindən saxlanılmışdır. Yoxlama zamanı vətəndaş Şəxs alkaqol maddə qəbulu nəticəsində sərxoş vəziyyətdə olduğu şübhə doğurmuşdur. Müayinədən keçərkən vətəndaş Şəxs yüngül dərəcəli sərxoşluğu müəyyən olunmuş, onun Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi təsdiqini tapmış və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki şəhər-rayon X3 Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki ŞRPŞ-nə məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına iştirak etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, 07 avqust 2022-ci il tarixdə saat 23:35 radələrində etibarnamə ilə idarə etdiyi “Ford Transit” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman YPX inspektoru tərəfindən saxlanılmışdır. Yoxlama zamanı onda yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən olunmuşdur. Bildirmişdir ki, həmin günün onun nəvəsinin ad günü mərasimi keçirilmiş, həmin məclisdə 2 stəkan spirtli içki olan pivə içmişdir. Bundan başqa alkoqol tərkibli içki qəbul etməmişdir. Qeyd etmişdir ki, işdə olan protokolda “iki bakal pivə içmişəm” sözlərini və işə əlavə edilmiş iki bakal pivə içməsi ilə bağlı izahatı, həmçinin alkotestrin nəticəsinin aşağısındakı “Razıyam” sözünü özü öz xətti ilə yazmışdır. Göstərmişdir ki, ümumiyyətlə spirtli içki qəbul etmir. Çünki ürəyindən açıq əməliyyat olunmuşdur. Həmçinin bildirmişdir ki, nadir hallarda avtomobil idarə edir. Buna görə hazırda sürücülük vəsiqəsinə ehtiyacı yoxdur. Əməlindən peşmandır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan “Nəqliyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 07 avqust 2022-ci il tarixli, 277 saylı aktdan görünür ki, Şəxs yüngül dərəcəli sərxoşluq aşkar edilmişdir. İş materiallarında olan avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, Şəki ŞRPŞ-nin DYPB YPX-nin inspektoru polis serjantı X2 tərəfindən “Ford Transit” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddələrinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə Şəxs qeyd olunan hərəkəti Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş material, onun məhkəməyə ünvanladığı ərizə və digər sənədlərlə təsdiq olundu. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyası çərçivəsində onun nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə təqsirli bilinib, İXM-nin 333.1-ci maddəsi üzrə nəqliyyat vasitələrini idarə etmək hüququ 09 (doqquz) ay müddətinə məhdudlaşdırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-573/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-573/2022
24.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver