Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-574/2025 27.08.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüryanova Şəbnəm Fərhad qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4, tələbkar X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X7 Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxx 1981-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 27 avqust 2025-ci il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli ******* MN nömrəli İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1398/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə olan 3408 manat aliment borcunun ödənilməsi ilə əaglı icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclasında protokolu müdafiə etmiş və izahat verib göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin e-2(075)-1398/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 2 uşağın saxlanması üçün Şəxs hər ay 392 manat aliment alınaraq X2 ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borclunun ünvanına göndərilmişdir. Eyni zamanda borclunun adına pul vəsaitlərinin və bank hesablarının olubolmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə “Elektron İcra” sistemi vasitəsilə sorğular edilmiş, lakin borclunun adına heç bir pul vəsaiti və daşınar və daşınmaz əmlak, tələbin yönəldilə biləcəyi gəlir və ya əmlak aşkar edilməmişdir. Buna görə borcluya xx.xx.2025-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq elan edilmiş və xx.xx.2025-cü il tarixə Şöbədə olması ondan tələb edilmişdir. Lakin borclu xəbərdarlıqda qeyd edilən tarixdə Şöbəyə gəlməmişdir. Bu səbəbdən xx.xx.2025-ci il tarixdə borclu Şəxs barəsində axtarış qərarı elan edilmişdir. Borclu Şəxs xx.xx.2025-ci il tarixdə Şöbəyə gəlmişdir. Şöbədə borcludan izahat alınmış, ondan icra sənədinin icrası tələb olunmuşdur. İzahatda borclu borcunu 1 həftə ərzində tam şəkildə ödəyəcəyini bildirmişdir. Borcluya rəsmi qaydada xəbərdarlıq elan edilmiş və xx.xx.2025-cü il tarixə Şöbədə olması ondan tələb edilmişdir. Lakin borclu xəbərdarlıqda qeyd edilən tarixdə Şöbəyə gəlməmişdir. Bununla da icra sənədindəki tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Şəxs 27 avqust 2025-cü il tarixdən, saat 1600 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra borclu barəsində müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 1730-da məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında tələbkar X3 izahat verərək icra sənədinin tam icra edilməsini və 3408 manat aliment borcunun borcludan tam şəkildə tutularaq ona ödənilməsini tələb etmiş, borc tam edilmədiyi təqdirdə borclu barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, Şəki Rayon Məhkəməsinin e-2(075)-1398/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə ondan hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəl 340 manat pul tutulması qət olunmuşdur. Sonra isə həmin pul indeksasiya edilərək 392 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməli olmuşdur. O, işləmək üçün Bakı şəhərinə getmiş, gedərkən icra məmuruna məlumat verməmiş, bununla bağlı barəsində axtarış elan edilmişdir. Axtarışda olduğu üçün Bakı şəhərində tez-tez saxlanılmış, alimenti ödədiyi barədə qəbzləri göstərməklə buraxılsa da, hər dəfə iş yerinə gecikdiyi üçün müvafiq qazanc əldə etmək imkanı olmamışdır. Bundan başqa o, aliment ödənişləri etsə də, indeksasiyadan sonra ödəməli olduğu 392 manatı özü ödəmək istəməmiş, 340 manat ödəməklə qalan pulu özü uşaqları ilə birlikdə vaxt keçirib uşaqlarına xərcləmək istədiyi üçün və əvvəldən hesablanma nəticəsində yığılan pullara görə borcu yaranmışdır. Hazırda da 340 manatdan hesablanan borcu ödəməyə razı olduğu, lakin artıq pulları ödəməyə razılaşmadığı üçün, tələbkar uşaqları ilə özünün və valideyninin görüşünə lazımi şərait yaratmadığından qalan borcunu verməmişdir. Bundan sonra da ödəmək fikri olmamışdır. hesab edir ki, 2500 manat borcu ola bilər, bunu da hesablayıb düzgün borclu olduğu məbləği ortaya çıxardarlarsa və tələbkar qeyri-rəsmi verdiyi pulları da aldığını boynuna alarsa və vaxt verilərsə gedib borcxərc edib düzgün hesablanacaq borcu ödəyə bilər. O, qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etdi. X7 Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs barəsində olan inzibati xəta haqqında protokolun təmin edilməməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, tələbkarın və icra məmurunun izahatları və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin e-2(075)-1398/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, borclu Şəxs hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 340 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 27 dekabr 2024-cü il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsinin e-2(075)-1398/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. Şəki rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, indeksasiya edilməklə borclu Şəxs hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(075)-1398/2024 nömrəli qətnaməsi ilə təyin edilmiş hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.492 (170x100:345=0,492) misli həddində aliment müəyyən edilmişdir. İş materiallarından görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi əmlakının, bankda pul vəsaitinin olub olmaması barədə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı, bankda pul vəsaiti aşkar edilməmişdir. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmişdir. Məhkəmə baxışında müəyyən edildi ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin himayəsində azyaşlı uşaqları vardır. Məhkəmə həmin halı cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Cəzanı ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və tələbkarın izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra vərəqənin icrasını təmin etməmiş, bundan sonra icra sənədləri üzrə ödəniş edəcəyini bildirsə də, indiyədək icra sənədləri üzrə tam ödəniş etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini, ödənilməmiş borcunun məbləğini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 27 avqust 2025-ci il tarixdən, saat 16-da Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 27 avqust 2025-ci il tarixdən, saat 16-da Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni 27 avqust 2025-ci il tarixdən, saat 16-dan hesablanmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 27 avqust 2025-ci il tarixdən saat 16-dan hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №3(075)-574/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-574/2025
27.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver