Məhkəmə qərarları › İş №3(075)-576/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-576/2021

04.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-576/2021 04.11.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, X1, Şəki ŞRPŞ-nin DYPB ypx inspektoru, polis baş serjantı X10 iştirakı ilə, X1 10.04.2021-ci il tarixli, İXP ******* nömrəli protokolun ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.04.2021-ci il tarixli, İXP ******* nömrəli protokolun ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı X2 izahatında göstərdi ki, o, 10 aprel 2021-ci il tarixdə Şəki şəhəri, S.Rəhman küçəsində atasına məxsus “NAZ Lifan” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərkən, X8 idarə etdiyi Qazel markalı avtomobili ilə onun idarə etdiyi avtomobi ilə toqquşmuşdur. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və Elvin Məmmədova “Yol hərəkəti haqqında” Qanunu pozduğuna görə inzibati protokol tərtib etmişlər. Həmçinin onun sürücülük hüququ olmadan avtomobil idarə etməsinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və İXM-nin 332.2-ci maddəsi ilə 100 manat cərimə edilmişdir. Halbuki, onun atası X11 2-ci dərəcəli əlildir və həmin inzibati protokolda və qərarda göstərilən cərimə məbləğinin ödənilməsi onun imkanı xaricindədir. Hesab edir ki, hadisə zamanı təqsir qarşı nəqliyyat vasitəsinin sahibi X5 olduğundan o nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etsə də barəsində protokol və qərar qəbul edilməməli idi. Buna görə də şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin DYPB YPX inspektoru, polis baş serjant X12 izahat verərək göstərdi ki, 10 aprel 2021-ci il tarixdə Şəki şəhəri, S.Rəhman küçəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, “Ford Transit” yük markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü “Yol hərəkəti haqqında” Qanununun tələblərini pozaraq, “NAZ Lifan” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Daha sonra onlar hadisə yerinə gələrək araşdırma aparmışlar və “Ford Transit” yük markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsü X6 İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda “NAZ Lifan” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsünün nəqliyyat vasitələrini idarə etmək hüququnun olmadığı müəyyən edilmiş və onun barəsində 332.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş edilmiş və o İXM-nin 332.2-ci maddəsi ilə 100 manat cərimə edilmişdir. Hesab edir ki, şikayət əsassızdır. Şikayət ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Şəki ŞRPŞnin 11.04.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş 11.04.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının təsdiq edilmiş surətindən görünür ki, vətəndaş X4 10.04.2021-ci il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş X3 Şəki ŞRPŞ-də verdiyi izahatının təsdiq edilmiş surətindən görünür ki, o, 10.04.2021-ci il tarixdə atasına məxsus “NAZ Lifan” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilini nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyini etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi X2 məhkəmə iclasındakı izahatında onun İXM-nin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etməsi aydın olur. Belə ki, o, məhkəmə iclasında göstərmişdir ki, 10.04.2021-ci il tarixdə atasına məxsus “NAZ Lifan” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilini nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyini göstərmişdir. Eyni hal onun Şəki ŞRPŞ-nə vermiş olduğu izahatla da təsdiq edilir. Göstərilən əsaslarla məhkəmə X3 10.04.2021-ci il tarixli, İXP ******* nömrəli qərarın ləğv edilməsi barədə tələbi ilə razılaşmır və buna görə də hesab edir ki, onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 10.04.2021-ci il tarixli, İXP ******* nömrəli protokolun ləğv edilməsinə dair şikayət ərizəsi təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar