Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-577/2021 02.11.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, X2, Zərərçəkmiş şəxs iştirakı ilə, X3 Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən barəsində qəbul edilmiş 06.10.2021-ci il tarixli, MN-0843289 nömrəli inzibati tənbeh verilməsi haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki Şəhər-Rayon Polis Şöbəsi tərəfindən barəsində qəbul edilmiş 06.10.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Şəki şəhər-rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Şəki şəhər-rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X3 ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, o, zərərçəkmiş Zərərçəkmiş şəxs ilə 2015-ci ildə rəsmi qaydada nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından iki əkiz övladları dünyaya gəlmişdir. 15 avqust 2021-ci ildə aralarında ailə münasibətləri zəminində mübahisə yaranmış və söz-söhbət olmuşdur. Həmin söz-söhbət zəminində həyat yoldaşı telefonu atmaq istədikdə o, həyat yoldaşının qolundan tutmuş və telefonu onun əlindən almışdır. Daha sonra isə uşaqlarını götürüb parka aparmışdır. Evə qayıtdıqda həyat yoldaşının evdə olmadığını, atası evinə getdiyini bilmişdir. Daha sonra o, polis şöbəsinə dəvət edildikdə həyat yoldaşının ondan polisə şikayət etdiyini və onun barəsində iş aparıldığını bilmişdir. Onun əməllərində cinayət tərkibi olmadığından 24 avqust 2021-ci ildə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. 15 oktyabr 2021-ci ildə ona məktub gəldikdə bilmişdir ki, Şəki Şəhər-Rayon Polis Şöbəsinin 06.10.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə barədə qərarı ilə o, İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç) yüz manat cərimə edilmişdir. Halbuki o, həyat yoldaşı Zərərçəkmiş şəxs ilə barışmış və hal-hazırda ailə münasibətlərini mehriban şəkildə davam etdirirlər. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, o, ərizəçi ilə 2015-ci ildə rəsmi qaydada nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından iki əkiz övladları dünyaya gəlmişdir. 15 avqust 2021-ci ildə aralarında ailə münasibətləri zəminində mübahisə yaranmış və söz-söhbət olmuşdur. Daha sonra o, əsəbi olduğundan bu barədə Şəki ŞRPŞ-nə müraciət etmişdir. Şəki ŞRPŞ tərəfindən cinayət işininbaşlanması rədd edilmiş və Şəki Şəhər-Rayon Polis Şöbəsinin 06.10.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə barədə qərarı ilə X3 İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç) yüz manat cərimə edilmişdir. Lakin onlar barışmışlar və ovladları ilə birlikdə X3 ilə bir yerdə yaşayırlar. X1 şikayət və tələbi yoxdur. Şəki Şəhər-Rayon Polis Şöbəsi tərəfindən X7 barəsində tərtib edilmiş MN- 0837870 nömrəli protokolun və həmin protokol əsasında qəbul edilmiş 06.10.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə sorğusu nəticəsində əldə olunaraq iş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin 24 iyun 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının təsdiq edilmiş surətindən görünür ki, HK-1/1044 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilməsi, X6 həmin əməlinə görə inzibati məsuliyyətə cəlb olunması və ailəninin münaqişəli ailə kimi qeydiyyata alınması uçün qəbul edilmiş qərarın surəti şöbənin aidiyyatı xidmət sahəsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Şəki ŞRPŞ tərəfindən tərtib edilmiş MN-0837870 nömrəli protokolun və onun əsasında qəbul edilmiş 06.10.2021-ci il tarixli, MN-0843289 saylı inzibati tənbeh vermə haqqında qərarının təsdiq edilmiş surətindən görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə olunmuşdur. İş materiallarını araşdıraraq, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, X10 ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarının araşdırılması nəticəsində müəyyən olundu ki, ərizəçi ilə zərərçəkmiş şəxs 2015-ci ildə rəsmi qaydada nikaha daxil olaraq ailə qurmuşdur. Daha sonra Zərərçəkmiş şəxs əsəbi olduğundan bu barədə Şəki ŞRPŞ-nə müraciət etmişdir. Şəki ŞRPŞ tərəfindən cinayət işinin başlanması rədd edilmiş və Şəki Şəhər-Rayon Polis Şöbəsinin 06.10.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə barədə qərarı ilə X3 İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç) yüz manat cərimə edilmişdir. Lakin onlar barışmışlar və ovladları ilə birlikdə X3 ilə bir yerdə yaşayırlar. X1 şikayət və tələbi yoxdur. Buna görə də Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş MN-0837870 nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş 06.10.2021-ci il tarixli, MN-0843289 nömrəli inzibati tənbeh verilmə haqqında qərar ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş MN-0837870 nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş 06.10.2021-ci il tarixli, MN- 0843289 nömrəli inzibati tənbeh verilmə haqqında qərar ləğv edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-577/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-577/2021
02.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver