Məhkəmə qərarları › İş №3(075)-579/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-579/2020

28.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-579/2020 28.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 tərəfindən barəsində tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 tərəfindən barəsində tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarından şikayət verilmiş Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onun iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati tənbeh vermə haqqında qərar tərtib edilmiş şəxs X8 ərizəni müdafiə edərək göstərdi ki, bütün dünyada mövcud olan pandemiya (COVİD-19) ilə əlaqədar ölkədə xüsusi karantin rejimi tətbiq olunmuşdur. Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən smsicazə sistemi müəyyən edilmişdir. O, karantin rejimi tətbiq olunandan həmin qaydalara riayət etmiş, öz vətəndaşlıq məsuliyyətini dərk etmişdir. Barəsində Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən xx xxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 tərtib etdiyi xx xxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərmişdir ki, guya o, xx xxxxx 2020-ci il tarixdə, saat 10:25 radələrində Şəki rayonu ərazisində epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmuşdur. Belə ki, o, kənd təsərrüfatı ilə məşğul olur. Şəki rayonu Qırxbulaq kəndinin “Qarasov” adlı ərazisində bostanda əkin işləri ilə məşğul olmaq üçün Şəki şəhər İHB-nin Orta Zəyzid kənd İƏD üzrə Nümayəndəliyindən rayon daxilində məhdudiyyətsiz hərəkət etməsi üçün arayış almışdır. Lakin sms-icazə almadan evdən çıxdığı əsası ilə barəsində protokol tərtib edilmişdir. O, protokolla razılaşmamış, mövcud vəziyyəti izah etməyə çalışmışdır. Lakin Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 artıq barəsində tərtib olunmuş protokolun elektron sistemə vurulduğunu, lakin cəriməni özü ödəyəcəyini bildirmişdir. Həmin protokol və protokol əsasında qəbul edilmiş qərardan narazıdır. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X8 xx xxxxx 2020-ci il tarixdə, saat 10:25 radələrində Şəki rayonu ərazisində karantin rejimləri qaydalarını pozulmuşdur. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Şəki şəhər İHB-nin Orta Zəyzid kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş xx xxxxx 2020-ci il tarixli arayışdan görünür ki, X3 təsərrüfatı ilə məşğul olmaq üçün Şəki rayonu Qırxbulaq kəndindən Orta Zəyzid kəndində yerləşən “Qarasov” ərazisinə xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci ilədək gedib-gəlməsinə icazə verilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxx 2020-ci il tarixli qərarına əsasən dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında xx xxxx 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 02 aprel tarixli 124 nömrəli Qərarında dəyişiklik edilməsi barədə xx xxxxx 2020-ci il tarixli, 126 nömrəli qərarının 2.1.3-cü bəndinə əsasən xüsusi karantin rejimi dövründə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı ilə məşğul olan şəxslərin və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin bitkiçilik sahəsində fermer fəaliyyəti: şum, səpin, əkin, suvarma, budama və digər aqrotexniki qulluq (dərmanlama, gübrələmə və s.), məhsul yığımı, daşınması, anbara yığılmasına yol verilmişdir. İş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X2 xx xxxxx 2020-ci il tarixdə tərtib etdiyi MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda X6 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi qeyd edilsə də, X8 inzibati tənbeh vermə haqqında qərarda qeyd edilmiş inzibati xətanı törətmədiyini göstərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 tərəfindən həmin xətanın mövcudluğu inkar edilmiş, həmin xətanın törədilmədiyi bildirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Lakin inzibati tənbeh vermə haqqında qərarı tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmiş, həmçinin məhkəmə tərəfindən verilmiş sorğuya cavab verməmiş və tərəfindən məhkəməyə bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Bundan başqa Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 02 aprel tarixli 124 nömrəli Qərarında dəyişiklik edilməsi barədə xx xxxxx 2020-ci il tarixli, 126 nömrəli qərarı ilə bitkiçilik sahəsində fermer fəaliyyətinə: şum, səpin, əkin, suvarma, budama və digər aqrotexniki qulluq (dərmanlama, gübrələmə və s.), məhsul yığımı, daşınması, anbara yığılması icazə verilmişdir. Məhkəmə hesab edir ki, X6 bitkiçilik sahəsində fermer fəaliyyəti ilə məşğul olmaqla, barəsində inzibati tənbeh vermə haqqında qərar tərtib edilən günə, yəni xx xxxxx 2020-ci il tarixə onun Şəki rayonu Qırxbulaq kəndindən Orta Zəyzid kəndində yerləşən “Qarasov” ərazisinə maneəsiz hərəkətinə icazə verilmiş və bununla bağlı Şəki şəhər İHB-nin Orta Zəyzid kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş müvafiq arayışı olmuşdur. Həmçinin, məhkəmə qeyd edir ki, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 tərəfindən X6 barəsində tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda inzibati xətanın törətdiyi yer göstərilməmişdir. Buna görə də Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 tərəfindən X6 barəsində tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 tərəfindən X6 barəsində tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar