Məhkəmə qərarları › İş №3(075)-579/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-579/2025

02.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-579/2025 02.09.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X4 Vəkil Bürosunun (vəkili) Vəkil iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, dediyinə görə məhkum olunmamış, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 02 sentyabr 2025-ci il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin verdiyi 12787 nömrəli, xx.xx.2020-ci il tarixli, 12618 nömrəli, xx.xx.2020-ci il tarixli, 5532 nömrəli, xx.xx.2022-ci il tarixli və Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-883/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədlərinə əsasən borclu Şəxs müvafiq olaraq 3221.89 (üç min iki yüz iyirmi bir manat, səksən doqquz qəpik) manat pul vəsaiti, 20 (iyirmi) manat manat dövlət rüsumu, 373 (üç yüz yetmiş üç) manat pul vəsaiti alınıb tələbkar "xxxx" ASC-nin xeyrinə, 426,5 (dörd yüz iyirmi altı manat, əlli qəpik) manat pul vəsaiti alınıb tələbkar "xxxx" MMC-nin xeyrinə və 19349,38 (on doqquz min üç yüz qırx doqquz manat, otuz səkkiz qəpik) manat pul vəsaiti alınıb "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Hazırki tarixədək icra sənədləri üzrə borlcu Şəxs icra sənədləri üzrə ödəməli olduğu borcdan heç bir ödəniş etməmişdir. Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin verdiyi 12787 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə 3241,89 (üç min iki yüz qırx bir manat, səksən doqquz qəpik) manat, Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin verdiyi 12618 nömrəli, xx.xx.2020-ci il tarixli, icra sənədi üzrə 373,00 (üç yüz yetmiş üç) manat, Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin verdiyi 5532 nömrəli, xx.xx.2022-ci il tarixli, icra sənədi üzrə 426,50 (dörd yüz iyirmi altı manat, əlli qəpik) manat, Şəki Kommersiya Məhkəməsinin e-2- 2(117)-883/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 19349,38 (on doqquz min üç yüz qırx doqquz manat, otuz səkkiz qəpik) manat olmaqla, ümumilikdə 23390,77 (iyirmi üç min üç yüz doxsan manat, otuz səkkiz qəpik) manat məbləğində borc mövcuddur. Qeyd olunan icra sənədləri üzrə müvafiq olaraq, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası üçün borclu Şəxs bildiriş göndərilmiş, lakin icra sənədləri üzrə tələb borclu tərəfindən könüllü icra edilmədiyi üçün xx.xx.2021-ci il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2025-ci il tarixdə xəbərdarlıqlar edilmişdir. Lakin icra sənədləri üzər tələbin icrası tam şəkildə təmin edilməmişdir. xx.xx.2025-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilən Şəxs verdiyi izahatında hal-hazırda borc məbləğini ödəmək imkanının olmadığını bildirmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, qalıq borcunu birdəfəlik ödəməyə maddi imkanı yoxdur. Məhkəmədən iş üzrə qanuni qərarın çıxarılmasını xahiş etmişdir. X4 Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün və icra məmurunun izahatları və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. İş materiallarına əlavə edilmiş; Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin verdiyi 12787 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, borclu Şəxs 3241,89 (üç min iki yüz qırx bir manat, səksən doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin verdiyi 12618 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, borclu Şəxs 373,00 (üç yüz yetmiş üç) manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin verdiyi 5532 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, borclu Şəxs 426,50 (dörd yüz iyirmi altı manat, əlli qəpik) manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-883/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, borclu Şəxs 19349,38 (on doqquz min üç yüz qırx doqquz manat, otuz səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMc-nin xeyrinə ödənilməlidir. Tələbin könüllü icrası haqqında xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin verdiyi 12787 nömrəli, xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin verdiyi 12618 nömrəli, xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin verdiyi 5532 nömrəli, xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-883/2024 nömrəli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli, və xx.xx.2025-ci il tarixli borclunun axtarışı haqqında qərarlarından görünür ki, icra sənədi üzrə borclu Şəxs yaşadığı yer müəyyən edilmədiyi üçün onun barəsində axtarış elan edilmişdir. İcra sənədi üzrə borclu Şəxs çağırış üzrə gəlmədiyinə görə xx.xx.2025-ci il tarixdə borclunun məcburi gətirilməsi haqqında qərar qəbul edilərək borclunun qeydiyyatda olduğu olduğu ünvan 2 ünvanına göndərilmişdir. Borclu Şəxs həmin ünvanda yaşamadığı üçün onun Şəki Rayonu üzrə icra və Probasiya Şöbəsinə məcburi gətirilməsi mümkün olmamışdır. Borclunun yaşadığı yeri müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə borclunun xx.xx.2025-ci il tarixdə ölkə sərhədlərini RF-in Novosibirsk şəhəri istiqamətində tərk etdiyi müəyyən olunmuşdur. Bu səbəbdən xx.xx.2025-ci il tarixdə borclunun axtarışa verilməsi haqqında qərar qəbul edilərək icra edilməsi üçün Şəki Şəhər-Rayon Polis Şöbəsinə göndərilmişdir. Borclunun adına tələbin yönəldilə biləcəyi əmlakının, bankda pul vəsaitinin olub olmaması barədə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı, bankda pul vəsaiti aşkar edilməmişdir. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra vərəqələrinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericilikin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikasını İXM- 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsi məqsədə uyğun hesab edilir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasinda olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruuhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 02 sentyabr 2025-ci il tarixdə, saat 15:00-da şöbəyə gəlmişdir. Şəxs saxlanıldıqdan sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli şöbəyə gəldiyi vaxtdan, yəni 02 sentyabr 2025-ci il tarixdən, saat 15:00-dan hesablanmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 02 sentyabr 2025-ci il tarixdən saat 15:00-dan hesab edilsin. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar