Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-58/2021 25.01.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxx 1961-ci il tarixdə Şəki rayonu Baş Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, il ərzində inzibati məsuliyyətə cəlb edilməyən, əlilliyi olmayan, Şəki rayonu Baş Göynük kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X6 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 22:00 radələrində Şəki rayonu Baş Göynük kəndində “xxxx” ASC-nin əməkdaşları ilə mübahisə edərək səs-küy yaratmış, tərtib edilmiş protokolu yararsız hala salmaqla ictimai qaydanı pozmuş, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X6 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 22:00 radələrində Şəki rayonu Baş Göynük kəndində “xxxx” ASC-nin əməkdaşları ilə mübahisə edərək səsküy yaratmış, tərtib edilmiş protokolu yararsız hala salmaqla ictimai qaydanı pozmuş, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, o, Şəki rayonu Baş Göynük kəndində “Qarasov” adlanan düşərgədə ailəsi ilə birlikdə yaşayır. xx xxxxxx 2020-ci il tarixdə, saat 22:00 radələrində “xxxx” ASCnin əməkdaşları onun və ailəsinin razılığı və icazəsi olmadan həyətinə daxil olaraq elektrik sayğacına baxış keçirmiş, ona 670 manat cərimə yazmışlar. Bu zaman aktın surəti ona təqdim edilmiş, təqdim edilmiş akt onun və “xxxx” ASC-nin işçisinin arasında qalaraq cırılmışdır. Onun aktı qəsdən yararsız hala salmaq kimi niyyəti olmamış, “xxxx” ASC-nin əməkdaşlarını təhqir etməmişdir. Sadəcə gecə vaxtı qanunsuz baxış və çəkiliş apardıqlarına etiraz etmiş, aralarında sözlə mübahisə yaranmışdır. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi Vəkil qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İşdə olan “xxxx” ASC-nin əməkdaşları X1, X4 və X2 izahatlarından görünür ki, həmin şəxslər Şəxs qüsur aktını bilə-bilə cırıb atdığı, həmçinin Nahid Məmmədkərimova şər böhtan ataraq ondan DİN-nin 102 xidmətinə yalandan məlumat verəcəyini bildirmiş, bununla bağlı akt tərtib etmişlər. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapdığından həmin maddənin sanksiyası çərçivəsində inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə tərəfindən Şəxs hərəkətləri qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış qaydalarının qərəzli surətdə pozulması kimi qiymətləndirilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib manat inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-58/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-58/2021
25.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver