Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-58/2022 11.02.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, İmamverdiyeva Pərvin Arif qızının katibliyi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs ASC barəsində Azərbaycan Respublikasının İXM-nin 548.2-ci maddəsi ilə tərtib edilmiş 20 dekabr 2021-ci il tarixli, EP-0030248 saylı inzibati xəta haqqında protokola Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs ASC-nin barəsində Аzərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 548.2-ci mаddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan material baxılması üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin aparıcı hüquq məsləhətçisi X1 tərəfindən 20 dekabr 2021-ci il tarixdə tərtib edilmiş EP-0030248 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Mərkəzi Bankın 26-13590-2021 saylı, 03 noyabr 2021-ci il tarixli sorğusu ilə tələb edilən sənədlər Şəxs ASC tərəfindən Mərkəzi Banka təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankına və barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs ASC-nə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı və Şəxs ASC nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının və Şəxs ASC-nin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Аzərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsində deyilir ki, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göründüyü kimi Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ASC-yə 04 oktyabr 2021-ci il tarixli, 26-12242-2021 göstəriş məktubu göndərilmişdir. Həmin göstəriş məktubunda Azərbaycan Respublikasının Mərkəzi Bankına vətəndaş Vaqif Teymurov tərəfindən müraciət daxil olduğu, bununla əlaqədar olaraq, vətəndaşın müraciətində qeyd edilən məsələnin araşdırılması və nəticəsi barədə məlumatı zəruri sənədlər (2017-2020-ci illərin illik hesabatları, onun nizamnaməsi, səhmdarların reyestri, həmin illərin yekunlarına görə keçirilən səhmdarların ümumi yığıncaqlarının protokolları və aidiyyəti şəxslərlə bağlanılan əqdlər və xüsusi əhəmiyyətli əqdlərin əlavələri) əlavə edilməklə 7 (yeddi) gün ərzində Mərkəzi Banka təqdim edilməsi tələb olunmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankından Şəxs ASC-yə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, məktub Şəxs ASC-nin rəsmi qeydiyyatda olan hüquqi ünvanına göndərilmiş və 17.10.2021-ci il tarixdə “Süleymanov” soyadlı şəxs tərəfindən qəbul olunmuşdur. Bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxs Şəxs ASC tərəfindən həmin sənədlərin Mərkəzi Banka təqdim edilməsinə dair hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Bununla da Şəxs ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs ASC-nin Аzərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 548.2-ci mаddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiaları ilə tam təsdiq оlundu. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Odur ki, məhkəmə Şəxs ASC barəsində inzibati tənbeh tətbiq edərkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 75, 84, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC Аzərbаycаn Respublikаsı İnzibati Xətalar Məcəlləsinin 548.2-ci mаddəsi ilə təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-58/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-58/2022
11.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver