Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-582/2021 26.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxxxx 1989-cu il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 93/2013 nömrəli, 21.01.2013-cü il tarixli icra sənədinə əsasə borclular Şəxs və X3 cəmi 2221,34 manat məbləğində borc və 20 manat rusum alınaraq “Unibank“ KB ASC-nin xeyrinə ödənilməlidir. Şəki Regional “ASAN xidmət“ mərkəzində notariat ofisinin 9867 nömrəli, 08.09.2020-ci il tarixli icra sənədinə əsasən X1 2185,69 manat məbləğində borc alınaraq "xxxx" ASC-yə ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X6 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-93/2013 nömrəli, 21.01.2013-cü il tarixli icra sənədinə əsasə borclular Şəxs və X3 cəmi 2221,34 manat məbləğində borc və 20 manat rusum alınaraq “Unibank“ KB ASC-nin xeyrinə ödənilməlidir. Şəki Regional “ASAN xidmət“ mərkəzində notariat ofisinin 9867 nömrəli, 08.09.2020-ci il tarixli icra sənədinə əsasən X1 2185,69 manat məbləğində borc alınaraq "xxxx" ASC-yə ödənilməlidir. İcra sənədləri müvafiq olaraq 01.04.2013-cü il və 09.09.2020-ci il tarixlərində icraata daxil olmuş, həmin tarixlərdə tələbin könüllü icrası üçün borcluya 10 gün müddətində vaxt verilmişdir. Lakin, könüllü icra müddəti ərzində icra sənədlərinin icrası təmin edilməmişdir. Görülmüş icra tədbirləri nəticəsində borcluya məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlak və gəlirlər aşkar edilməmişdir. Hər iki icra sənədlərinin icrası ilə əlaqədar borclu Şəxs müxtəlif tarixlərdə dəfərlərlə rəsmi xəbərdarlıqlar edilərək borc məbləğini ödəməsi tələb edilsə də, borclu həmin xəbərdarlıqlara da heç bir əhəmiyyət verməmişdir. Müxtəlif tarixlərdə verdiyi izahatlarında qapı-pəncərə sexi işlətməklə qazanc əldə etdiyini bildirmiş, borcunu isə hissə-hissə ödəyəcəyini göstərmişdir. Lakin, onun tərəfindən heç bir ödəniş edilməmişdir. Borcluya bildiriş göndərilərək 26.10.2021-ci il tarixində yaşadığı mənzildə baxış keçiriləyəcəyi barədə məlumat verilmiş, həmin vaxt icra məmuru tərəfindən onunla mobil telefon əlaqəsi saxlanılaraq mənzildə baxış keçirilməli olduğu bildirilərkən o, təhqiramiz ifadələr işlədərək heç kəsin onun mənzilində baxış keçirə bilməyəcəyini bildirmişdir. Həmin gün borclu Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə dəvət edilmiş, həmin vaxt bir daha borclarından əsaslı ödəniş etməsi tələb edilsə də, heç bir nəticə əldə edilməmişdir. Həmçinin, izahat verməkdən və tərtib edilmiş inzibati xəta haqqında protokola imza etməkdən imtina etmişdir. Borcluya bir daha yaşadığı mənzilə baxış keçirilməsi təklif edilsə də, o həmin icra hərəkətlərinin həyata keçirilməsinə imkan verməyəcəyini bildirmişdir. Göründüyü kimi borclu X2 dəfələrlə xəbərdarlıqlar edilməsinə və faktiki gəlirləri olmasına baxmayaraq heç bır üzrlü səbəb olmadan icra sənədi üzrə borcunun heç bir hissəsini ödəməmiş, yaşadığı mənzilə baxış keçirilməsinə maneə yaratmaqla icra məmurunun qanuni tələblərim yerinə yetirməkdən boyun qaçırmışdır. Şəxs oğlu 26 oktyabr 2021-ci il tarixdən, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 13:00-da məhkəməyə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-93/2013 nömrəli, 21.01.2013-cü il tarixli icra sənədinə əsasə o və X3 cəmi 2221,34 manat məbləğində borc və 20 manat rusum alınaraq “Unibank“ KB ASC-nin xeyrinə ödənilməlidir. Şəki Regional “ASAN xidmət“ mərkəzində notariat ofisinin 9867 nömrəli, 08.09.2020-ci il tarixli icra sənədinə əsasən ondan 2185,69 manat məbləğində borc alınaraq "xxxx" ASC-yə ödənilməlidir. İcra sənədlərindən məlumatı vardır. Lakin işin bu qədər ciddi olmasını anlamamışdır. Fərdi əməklə məşğuldur, ayda 450-500 manat gəliri olur. Hazırda ona vaxt verilərsə bankla razlığa gələrək müəyyən ödənişlər edər. Ailəsi ilə birlikdə yaşayır. Əlavə olaraq bildirdi ki, 26 oktyabr 2021-ci il tarixdən, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 13:00-da məhkəməyə aparılmışdır. Əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərdi ki, Şəxs qərəzli olaraq icra sənədlərindən yayınmır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 26 oktyabr 2021ci il tarixdən, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 13:00-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 26 oktyabr 2021-ci il tarixdən, saat 10:00-da məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 26 oktyabr 2021-ci il tarixdən, saat 10:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 26 oktyabr 2021-ci il tarixdən, saat 10:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-582/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-582/2021
26.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver