Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-582/2025 05.09.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,FİN: xxxxxxx olan, subay, orta təhsilli, işləməyən, Şəki rayonu, Baş Şabalıd qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Şəki Rayon Məhkəməsinin 2(075)-2677/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədini icra etmədiyinə və icra məmurunun qanuni tələblərinə əməl etməkdən qərəzli olaraq boyun qaçırdığına görə Şəki Rayon İcra və Probasiya Şöbəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavədə qeyd olunur ki, Şəki Rayon Məhkəməsinin 2(075)-2677/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq X3 xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2024-cü il tarixlərdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Həmin tarixdə icraata başlanılmış və tərəflərə müvafiq bildiriş göndərilmişdir. İcra sənədi üzrə tələbin məcburi icrası ilə bağlı borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədi ilə müxtəlif dövlət orqanlarına və banklara sorğular verilmiş, sorğulara alınan cavablarda borclunun adına hər hansı əmlak və ya qızıl-zinət əşyası aşkar edilməmişdir. Hazırda borclu Şəxs ödənilməmiş aliment məbləği 3260 manat təşkil edir. Borclu tərəfindən icra sənədi icra edilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədi üzrə tələbin icrası təmin edilməmişdir.X2 şöbəyə gəlmədiyinə görə xx.xx.2025-ci il tarixli təqdimat baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmiş və Şəxs məcburi qaydada gətirilməsi barədə Şəki Rayon Məhkəməsinin 8(075)-216/216 saylı xx.xx.2025-ci il tarixli qərardadı qəbul edilmişdir. Həmin qərardad icra olunması üçün Şəki ŞRPŞ-nə göndərilmişdir.Borclu Şəxs xx.xx.2025-ci il tarixdə şöbəyə gəlmiş və həmin tarixdə borcludan izahat alınmışdır. Borclu şöbədə verdiyi izahatında halhazırda hər hansı ödəniş etmək imkanının olmadığını bildirdi. Həmçinin borclu 10 gün ərzində həmin borcdan 150 manat ödəyə biləcəyini bildirdi. Bununlada keçən müddət ərzində icra sənədi üzrə tələbin icrası borclu tərəfindən qərəzli olaraq icra edilmədiyinə görə 3260 manat aliment borcu yaranmışdır. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı Şəki rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X9 bildirdi ki, protokol tərtib edildikdən sonra zərərçəkmiş şəxsin ərizəsi daxil olmuşdur. xx.xx.2025-ci il tarixdə zərərçəkmiş şəxs X1 rayonu üzrə İcra və Probasiya Şöbəsinə ərizə təqdim edərək Şəki Rayon Məhkəməsinin 2(075)-2677/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin geri qaytarılmasını, eyni zamanda borclu barəsində aparılan bütün icra tədbirlərinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmədən qeyd edilən ərizənin nəzərə alınmasını müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, zərərçəkmiş şəxslə övladı 15 iyun 2020-ci il təvəllüdlü X4 onun himayəsində qalması ilə bağlı razılığa gəlmişlər. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X13 məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-2677/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icra tələbi yerinə yetirmədiyinə görə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Aliment borcu 3260 manat təşkil edir. - Şəki Rayon Məhkəməsinin 2(075)-2677/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Şəxs hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq X3 xeyrinə tutulmalıdır. - İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs X1 Rayon Məhkəməsinin 2(075)-2677/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin geri qaytarılmasını, eyni zamanda borclu barəsində aparılan bütün icra tədbirlərinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunan maddənin dispozisiyasından görünür ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət yaradır. Məhkəmə işdə olan sənədləri nəzərdən keçirib, barəsində inzibati iş üzrə icraat aparılan şəxsin və icra məmurunun ifadələrini dinləyib hesab edir ki, Şəxs barəsində olan icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmamışdır. Həmçinin tələbkar X5 ərizə təqdim edərək, Şəki Rayon Məhkəməsinin 2(075)- 2677/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin geri qaytarılmasını, eyni zamanda borclu barəsində aparılan bütün icra tədbirlərinin geri qaytarılmasını, Şəxs barəsində tənbeh tədbiri görülməməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi işə məhkəmədə baxılarkən Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması təsdiq olunmadı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə araşdırması zamanı Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan xətanın olması müəyyən edilmədi. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərvanə Məmmədova
Məhkəmə qərarları › İş №3(075)-582/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-582/2025
05.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver