Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-583/2025 29.10.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, X1 iştirakı ilə, X2 barəsində İV X8 xidməti inspektoru polis baş serjantı X3 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tarixdə İsmayıllı-Şəki yolunun 29-cu km-də İV X8 Xidmətinin inspektoru, polis baş serjantı X7 tərəfindən barəsində tərtib olunmuş TP745022 saylı inzibati tənbeh qərarı ilə (protokol № İXP7362565) razılaşmır. Onun idarə etdiyi Nissan Wingroad, dövlət qeydiyyat nişanı 77SY731 markalı nəqliyyat vasitəsi ilə guya yol hərəkəti qaydasını pozduğu iddia olunmuş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi tətbiq edilməklə barəmdə 100 manat məbləğində inzibati cərimə nəzərdə tutulmuşdur. Hadisənin mahiyyəti isə tamamilə fərqlidir. O, yol ayrıcını təhlükəsiz şəkildə keçmiş və həmin vaxt yol patrul xidməti əməkdaşı hələ yol ayrıcına daxil olmamışdır. O, keçdikdən sonra o, sürətini artıraraq qovşağa daxil olub arxasınca gəlmiş və onu saxlamışdır. Daha sonra ona yol vermədiyini bildirmişdir. O, isə əməkdaşa izah etmişdir ki, o, yol ayrıcına daxil olmamış, ona heç bir maneə törətməmişdir. Bununla bağlı e-polis.gov .az portalı vasitəsilə rəsmi qaydada şikayət ərizəsi təqdim etmişdir. Lakin şikayəti təmin edilməmiş, BDYPİ-yə yaxud İsmayıllı postuna yaxınlaşaraq, videogörüntüyə baxması tövsiyə edilmişdir. O, videogörüntü üçün getsə də, buna müvəffəq olmamışdır. Qəbul edilən qərar onun hüquqlarını pozmuşdur. Məhkəmə iclasında iştirak edən şikayətçi X4, şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətinin əsaslı olduğundan təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati qərardan şikayət verilmiş orqana lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə inzibati qərardan şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə idarə etdiyi Nissan Wingroad markalı, 77SY731 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir və 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında hadisənin təfərrüatlarını özündə əks etdirən videogörüntülərə baxış keçirilən zaman, xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarında qeyd edilənlər bir daha öz təsdiqini tapmışdır. İsmayıllı-Şəki yolunun 29-cu km-də Nissan Wingroad markalı, 77SY731 dövlət qeydiyyat nişanlı avtomobil dairəvi hərəkət təşkil olunmuş yolayrıcını keçmə qaydalarını açıq-aşkar pozaraq Yol Patrul Xidməti avtomobilini gözləmədən ötmə hərəkəti etmiş, yol hərəkəti iştirakçılarına təhlükə yaratmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət yaradır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsindin XV bənddə qeyd edilmişdir ki, yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddələrinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması iş materiallarında olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X2 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM–in 134.1.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Odur ki məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, X2 barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Şikayətçinin öz təqsirsizliyi ilə bağlı gətirdiyi dəlil isə əsaslı və qanuni deyil. Məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126, 128 və 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X2 İV X8 xidməti inspektoru polis baş serjantı X3 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərvanə Məmmədova
Məhkəmə qərarları › İş №3(075)-583/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-583/2025
29.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver