Məhkəmə qərarları › İş №3(075)-585/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-585/2020

20.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-585/2020 20.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx xxx 1985-ci il tarixdə Şəki rayonu, Sarıca kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şəki rayonu, Sarıca kəndində qeydiyyatda olmaqla Qayabaşı kəndində yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə Protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-141/2019 saylı, xx xxxxx 2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2018-ci il tarixdən başlayaraq xx xxx 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1017/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclular Şəxs və X5 icra sənədində göstərilən cehiz əşyaları, bundan başqa 1 ədəd 300 manat dəyərində, üzük şüşə qaşlı 583 əyarlı 5 qr çəkidə 300 manat dəyərində, boyunbağı tros 583 əyarlı 20 qr çəkidə 1250 dəyərində, boyunbağı klonu ilə şüşə qaşlı 583 əyarlı 5 qr çəkidə 350 manat dəyərində, bilərzik 583 əyarlı 8 qr çəkidə 600 manat dəyərində olan əşyalar, olmadıqda onların dəyərləri alınaraq tələbkar X4 verilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X6 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-141/2019 saylı, xx xxxxx 2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2018-ci il tarixdən başlayaraq xx xxx 2017ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1017/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclular Şəxs və X5 icra sənədində göstərilən cehiz əşyaları, bundan başqa 1 ədəd 300 manat dəyərində, üzük şüşə qaşlı 583 əyarlı 5 qr çəkidə 300 manat dəyərində, boyunbağı tros 583 əyarlı 20 qr çəkidə 1250 dəyərində, boyunbağı klonu ilə şüşə qaşlı 583 əyarlı 5 qr çəkidə 350 manat dəyərində, bilərzik 583 əyarlı 8 qr çəkidə 600 manat dəyərində olan əşyalar, olmadıqda onların dəyərləri alınaraq tələbkar X4 verilməlidir. Qeyd edilən icra sənədləri müvafiq olaraq xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya göndərilmiş, tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmiş, həmin müddət ərzində icra sənədləri üzrə tələb borclu tərəfindən icra edilmədiyi üçün Şəxs dəfələrlə rəsmi və şifahi şəkildə xəbərdarlıq edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi onun nəzərinə çatdırılmışdır. Lakin bugünədək borclu tərəfindən icra sənədləri üzrə tələbin icrası tam olaraq təmin edilməmişdir. Eyni zamanda tərəflərindən borclunun adına banklarda pul vəsaitinin və başqa sərvətlərinin, mülkiyyətində tələbin yönəldiləsi daşınar və ya daşınmaz əmlakının, pensiya və müavinət kimi gəlirlərinin olub-olmaması barədə müvafiq orqanlara sorğular edilmişdir. Nəticədə borcluya məxsus banklarda pul vəsaitinin və başqa sərvətlərinin, mülkiyyətində tələbin yönəldiləsi əmlakının olmadığı müəyyən edilmişdir. Bundan başqa icra sənədinin icrası ilə əlaqədar borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə onun qeydiyyatda olduğu və yaşadığı Şəki rayonu, Qayabaşı kəndində yerləşən ünvanına baxış keçirilmiş, baxış zamanı tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-141/2019 saylı, xx xxxxx 2019-cu il tarixli icra sənədi üzrə tələbkar ərizə ilə Şəki rayonu üzrə İPŞ-nə müraciət edərək borclunun hazırda 680 manat məbləğində aliment borcunun olduğunu və Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1017/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclunun hazırda 1250 manat məbləğində borcunun olduğunu bildirmiş və borclu barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Borclu Şəxs xx.xx.2020-ci il tarixdə icra və probasiya şöbəsində izahatı alınmış, həmçinin rəsmi qaydada xəbərdarlıq edilərək icra sənədləri üzrə borcunun tam şəkildə ödənilməsi ondan tələb edilmişdir. Lakin borclu izahatında icra sənədləri üzrə borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Bununlada icra sənədləri üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Hazırda borclu Şəxs Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin icraatında olan iki icra sənədi üzrə jmumi borcu 1930 manat təşkil edir. Əlavə olaraq bildirdi ki, xx xxxxxxx 2020-ci il tarixdən, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 12:40-da məhkəməyə aparılmışdır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 141/2019 saylı, xx xxxxx 2019-cu il tarixli icra sənədinə əsasən ondan xx.xx.2018-ci il tarixdən başlayaraq xx xxx 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1017/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ondan və X5 icra sənədində göstərilən cehiz əşyaları, bundan başqa 1 ədəd 300 manat dəyərində, üzük şüşə qaşlı 583 əyarlı 5 qr çəkidə 300 manat dəyərində, boyunbağı tros 583 əyarlı 20 qr çəkidə 1250 dəyərində, boyunbağı klonu ilə şüşə qaşlı 583 əyarlı 5 qr çəkidə 350 manat dəyərində, bilərzik 583 əyarlı 8 qr çəkidə 600 manat dəyərində olan əşyalar, olmadıqda onların dəyərləri alınaraq tələbkar X4 verilməlidir. İcra sənədindən xəbəri var. Lakin maddi imkanı olmadığından icra sənədi üzrə borcunu tam şəkildə ödəyə bilməmişdir. Belə ki, o usta işləri görür. Hazırda isə pandemiya ilə əlaqədar olaraq heç bir yerdə iş olmadığından hər hansı bir gəlir mənməyi yoxdur. Bildirdi ki, halhazırda 680 manat aliment borcu, 1250 manat qızıl-zinət borcu vardır. Əlavə olaraq bildirdi ki, xx xxxxxxx 2020-ci il tarixdən, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 12:40-da məhkəməyə aparılmışdır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X7 izahat verərək göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-141/2019 saylı, xx xxxxx 2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2018-ci il tarixdən başlayaraq xx xxx 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1017/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclular Şəxs və X5 icra sənədində göstərilən cehiz əşyaları, bundan başqa 1 ədəd 300 manat dəyərində, üzük şüşə qaşlı 583 əyarlı 5 qr çəkidə 300 manat dəyərində, boyunbağı tros 583 əyarlı 20 qr çəkidə 1250 dəyərində, boyunbağı klonu ilə şüşə qaşlı 583 əyarlı 5 qr çəkidə 350 manat dəyərində, bilərzik 583 əyarlı 8 qr çəkidə 600 manat dəyərində olan əşyalar, olmadıqda onların dəyərləri alınaraq tona verilməlidir. Lakin borclu icra sənədləri üzrə borcunu tam şəkildə ödəməmişdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydad həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs xx xxxxxxx 2020ci il tarixdən, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 12:40-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı xx xxxxxxx 2020-ci il tarixdən, saat 10:00-da məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, xx xxxxxxx 2020-ci il tarixdən, saat 10:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, xx xxxxxxx 2020-ci il tarixdən, saat 10:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar