Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-586/2025 10.09.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi ilə, Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş sənədləri nəzərdən keçirib, məhkəmə müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında sənədlərdən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilir. Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud həmin Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-in 127-ci maddəsinə əsasən həmin Məcəllənin 529.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla, onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Göründüyü kimi Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: törədilmiş əməl yol hərəkəti qaydaları əleyhinə, yaxud həmin Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xəta olmalı; həmin xətanın törədilməsinə görə şəxsin barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməli; bu qərar qanuni qüvvəyə minməli; qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməlidir. Məhkəmə qeyd edir ki Şəxs tərəfindən törədilmiş inzibati xəta haqqında qərar iş üzrə materiallara əlavə edilməmişdir. Belə olan təqdirdə məhkəmə cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarın mövcud olub-olmamasını yoxlaya bilmir və bu hal Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranıb-yaranmamasını müəyyən edilməsi üçün zəruridir. Digər şərtin, qərarın qanuni qüvvəyə minməsi şərtinin mövcudluğu ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İXM-in 125.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə yerləşdirilir. Azərbaycan Respublikası İXM-in 125.2-ci maddəsinə əsasən İnzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır. Qanunvericiliyin tələbindən aydın olur ki, inzibati xəta istər foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə, istərsə də edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə həmin əmələ hüquqi qiymətin verilməsi nəticəsi olaraq qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsindən sonra o, elektron kabinetə dərhal yerləşdirilməli və bu barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məlumat verilməli, eyni zamanda qərar rəsmi qaydada barəsində inzibati xətə törətmiş şəxsə göndərilməli və ya təqdim edilməli, sonuncu həmin qərarı aldıqdan sonra 3 ay müddətində icra etmədikdə isə onun barəsində Azərbaycan Respublikası Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə protokol tərtib edilməsinə əsas olmuş cərimə qərarı, şəxsin həmin qərar barədə məlumatlandırılması barədə məlumat iş materiallarına əlavə edilmədiyindən həmin cərimə qərarının qanuni qüvvəyə minmə vaxtını və qərarın icra müddətini müəyyən etmək mümkün deyildir. Göründüyü ki, materiallar natamamdır və işə baxılarkən də tamamlamaq mümkün deyil. Azərbaycan Respublikası İXM-in 109.1 və 109.1.6-cı maddələrinə görə isə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş material geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 106-111-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində tərtib edilmiş Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında sənədlər Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Pərvanə Məmmədova
Məhkəmə qərarları › İş №3(075)-586/2025
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-586/2025
10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver